"Mənə dedi ki, sənin yerinə arvadınla yatıram" – Dəhşətli qətlin TƏFƏRRÜATLARI

"Mənə dedi ki, sənin yerinə arvadınla yatıram" – Dəhşətli qətlin TƏFƏRRÜATLARIBakıda arvadını və qayınanasını qətlə yetirib daha sonra meyitlərini yandırmaqda təqsirləndirilən Vaqif Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Vaqif Hüseynovun bibisi olan qayınanası, bibisinin qızı olan arvadını nə üstündə öldürdüyü ictimaiyyətə qaranlıq qalıb.

Lent.az həmin cinayət işi üzrə bütün məqamları öyrənib.

Cinayət işinin materiallarında qeyd olunur ki, hadisə Binəqədi rayonu, Alıbəyli küçəsi 22 ünvanında baş verib.

Belə ki, 1971-ci il təvəllüdlü Vaqif Hüseynov bibisi qızı olan həyat yoldaşı, 40 yaşlı Təranə İsmayılovanı bıçaqlayıb. Daha sonra o, qayınanası 85 yaşlı Luiza İsmayılovanı da bıçaqlayıb.

Hər iki şəxs hadisə yerində ölüb. Qətli törədən Vaqif Hüseynov meyitlərin üzərinə neft tökərək onları yandırıb.

Özü isə hadisə yerindən qaçarkən "Azadlıq prospekti" metrostansiyası ətrafında onu sərnişin avtobusu vurub və xəstəxanaya yerləşdirilib.

İstintaq orqanı tərəfindən Vaqif Hüseynova Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha çox şəxsi öldürmə) maddəsi ilə ittiham verilib.

İstintaqda danışan Vaqif Hüseynov özünü təqsirli bilib. O bildirib ki, bibisi qızı Təranə ilə evləndikdən sonra kirayə mənzildə yaşayıb:

"Kirayə yaşadığımız müddət ərzində Təranə ilə aramızda narazılıq olmayıb. İki aydan sonra Təranənin anası, bibim Luizanın vəziyyəti ağırlaşdı. Bu səbəbdən Təranə anasına baxmağa getdi. Artıq Təranə ora köçdü. Mən də bu səbəbdən onların evinin yaxınlığında özümə mənzil kirayələdim. Təranə axşama qədər anasıgildə olurdu, sonra mən işdən qayıdanda evə gəlirdi. Orda qaldığımız müddətdə bibim də, bibimin oğlu Ramildə bütün işləri Təranənin üstünə qoymuşdular. Özlərinin görməli olan işləri də Təranə edirdi. Bu səbəbdən aramızda mübahisələr düşürdü. Bibimə də bu barədə iradımı bildirmişdim. Həmin ərəfələrdə biz kirayədən çıxıb bibimin evinə köçmüşdük. Günlərin bir günü bibim mən qaldığım otağa gəldi. Otağa gələndə belində yırtıq var idi. Bu səbəbdən əsanın köməyi ilə hərəkət edirdi. Mən ona kömək etmək istəyəndə məni itələdi və təhqir etməyə başladı. Bundan sonra mən bibimə Təranənin bütün gün onun yanında qalmasından narazı olduğumu bildirdim. Luiza bu sözümdən əsəbiləşdi və Təranəni mənim yanıma qoymayacağını bildirdi. Hətta onlarda olan əşyalarımı tullayacağını dedi. Təranə anasının sözündən çıxmayaraq mənim əşyalarımı yığıb, qapının ağzına qoydu. Mən də taksi ilə gedib götürdüm".

Təqsirləndirilən şəxs qeyd edib ki, bu hadisələrdən sonra yenidən bibisinin evinin yaxınlığında kirayədə qalıb:

"Ayrı evə çıxdığım gündən Təranə ilə demək olar ki, hər gün telefonla danışırdım. Həftədə 2-3 dəfə də görüşürdük. Lakin bibim bizi bir yaşamağa qoymurdu. Lakin, buna baxmayaraq, Təranə mənimlə əlaqəni kəsmir və gizlicə görüşməyə davam edirdi. Hadisədən təxminən 2 ay əvvəl Təranənin qardaşı Ramil mənə zəng elədi. Biz razılaşıb görüşdük. Ramillə görüş zamanı Təranə aramda olan münasibətləri barədə soruşdu. Mən də ona daim əlaqə saxladığımızı, ayrı yaşamağımıza baxmayaraq, paltarlarımı yuduğunu, eləcə də yemək hazırladığını dedim. Ramil belə olduğu halda Təranə ilə barışmağımıza qarşı olmadığını bildirdi. Lakin, sonradan Ramilin məndən söz aldığını başa düşdüm. Çünki bu söhbətimizdən yarım saat sonra Təranə mənə zəng edərək evdə dava düşdüyünü, anası və qardaşının mənimlə danışmağa, barışmağa qoymadıqlarını bildirdi. Təranə məndən kirayə tutduğum evdən çıxmağımı xahiş elədi, çünki evlərimiz çox yaxın idi. Mən də onun xahişini yerə salmadım və oradan Masazıra köçdüm".

Vaqif Hüseynov deyib ki, bir müddət sonra Təranə ilə görüşüb:

"Görüş zamanı Təranə mənə münasibətimizin qurtardığını və bir də mənimlə danışmayacağını dedi. Onun bu söhbətindən sonra mənə xəyanət etdiyini düşünməyə başladım. Bir neçə gün bu beynimdə fırlandı. Bir gün Təranənin ev telefonuna zəng elədim. O, telefonu götürdü, lakin danışa bilmədiyini dedi. Danışıq zamanı səslərdən Təranənin cinsi əlaqədə olduğunu başa düşdüm və sonra tanımadığım şəxs telefonu götürdü. O adam telefonda dedi ki, sənin əvəzinə arvadınla yatıram, cinsi əlaqədə oluram. Mən telefondan onu söyüb buladım və tələb etdim ki, telefonu Təranəyə versin. Təranə telefonu götürərək, ünsiyyətimizin qurtardığını, özünün isə nə istəsə, onu da edəcəyini bildirdi. Təranənin yaşadığı evdə kabelsiz ev telefonu olduğundan onun yaxınlıqda kiminləsə görüşdüyünü fikirləşdim. Təranə ilə danışığım zəngi telefonumda qeyd elədim. Bütün gecə yatmayaraq səs yazısına qulaq asdım. Təranənin hərəkətlərini vicdanıma sığışdıra bilmirdim. Yenidən ona zəng elədim. Bu cür hərəkəti niyə etdiyini soruşdum. O, mənə yaxşı elədiyini dedi. Həmin gün işdən çıxıb evə gəldim. Təranənin cinsi əlaqədə olmasının səs qeydinə təxminən 40 dəfə qulaq asdım. Həmin gündən fikrimdə Təranəni necə öldürəcəyimi fikirləşdim. Çünki onun xəyanət etməsini özümə sığışdıra bilmədim. Bundan başqa ailəmin dağıdılmasının səbəb olan Luizanın kəlbətinlə dilini çıxarıb kəsmək istədim ki, o, bir daha daha danışa bilməsin".

Təqsirləndirilən şəxs hadisə günündən danışıb. Deyib ki, həmin gün spirtli içki qəbul edib:

"Evdə oturub tək araq içdim. Hansı yolla Təranəni öldürə biləcəyimi planlaşdırdım. Bundan başqa Luizanın da dilini kəlbətinlə kəsməyə vaxtımın olmayacağını başa düşdüm. Bu səbəbdən hər ikisini öldürmək qərarına gəldim. Evdən çıxıb avtobusla Binəqədiyə gəldim. Yolda hər ikisini benzinlə yandırmaq fikrinə düşdüm. Ona görə yolda marketə girib 5 litrlik su aldım. Onun içini boşaldaraq yanacaqdoldurma məntəqəsinə getdim. Orada işləyənə benzinimin bitdiyini deyərək boş qaba 2 manatlıq benzin aldım. Daha sonra piyada Rəsulzadə qəsəbəsində yerləşən bazara getdim və ev əşyaları satılan mağazadan 2 manata dəstəyi qara rəngli olan bıçaq aldım. Yolda Təranənin bacısı Lamiyəyə zəng elədim. Lamiyəyə bacısının başqa adamla cinsi əlaqə olan zaman səsini yazdığımı dedim. O da "əgər elədirsə, ondan əl çək" dedi. Bundan sonra Luizaya zəng etdim. O, telefonu açan kimi atamın qəbrinə söyərək niyə zəng etdiyimi soruşdu. Heç nə demədim. Onların evi istiqamətində getdim. Evə girən kimi stolda oturan Luizanı gördüm. Ona yaxınlaşan zaman mənim dədəmi yenə söydü. Luizaya "sənə demişdim ki, imkan ver barışaq, indi al, kimə söyürsən" deyərək benzini üzərinə səpdim və qabı otaqda olan stolun yanında yerə tulladım. Bundan sonra Luiza qışqıraraq "bu evi yandırmaq istəyir" bildirdi. Bu zaman kimsə məni arxadan vurdu. Bundan sonra Luiza çarpayının qarşısında olan masanın altına yıxıldı. Luiza iməkləyərək masanın altından keçib məni vurmağa başladı. Bu zaman sağ arxa cibimdə olan bıçağı çıxarıb onu bıçaqla vurdum. Luiza qaçmaq istəyəndə palaz tərəfdən alışqanı yandırıb atdım. Bir də baxdım ki, Luiza yanmağa başlayır və qışqırır. Həmin vaxt Təranə qaçaraq anasını söndürməyə cəhd etdi. O da alışmağa başladı. Təranəyə "ay fahişə sənə dedim ki, mənə xəyanət etmə, al gəldi" deyərək sağ əlimdə olan bıçaqla bir neçə dəfə də ona zərbə endirdim. Mən də həyət qapısından çıxıb yamacdan aşağı tullandım. Üzü aşağı olduğu üçün müvazinətimi itirdim və yuvarlanaraq avtomobil yoluna yıxıldım. Yola yıxılan zaman ağ rəngli sedan tipli avtomobil məni vurdu. Bundan sonra ayağa qalxaraq avtomobil yolu ilə "Hollywood" şadlıq sarayı istiqamətində hərəkət etdim və yolu keçmək istəyərkən sərnişin avtobusu məni vurdu. Bundan sonra huşunu itirdim. Gözümü açanda artıq xəstəxanada idim".

Vaqif Hüseynov bildirib ki, Təranə və bibisini öldürmək məqsədi ilə bıçaqla xəsarətlər yetirib:

"Luiza ailəmi dağıtdığından və atamı təhqir etdiyindən yandıraraq ondan acıq çıxartmaq istəmişəm. Təranəni çox sevirdim, amma mənə elədiyi xəyanəti özümə sığışdıra bilmirdim".

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vaqif Hüseynov ömürlük azadlıqdan məhrum edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3157   Tarix: 22 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kəlbəcərdə FACİƏ: Azərbaycan Ordusunun iki hərbçisi dərəyə düşüb, biri HƏLAK OLUB - FOTO

"Kəlbəcər rayonu Ömər aşırımı ərazisində xidməti vəzifələrini yerinə yetirərkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Rəcəb Miriş oğlu Mənsimli və İlyas Coşqun oğlu Osmanov bölgənin qarlı və buzlu olması səbəbindən yıxılaraq dərəyə düşüblər". Bu barədə -ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyində

06.06.2026 248
.

Tanışlarını görüşə çağırıb döyən və marketdən oğurluq edənlər tutuldular

Bakının Nəsimi rayonunda quldurluq və oğurluq edən şəxslər saxlanılıblar. -ın məlumatına görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində cinayət törətməkdə şübhəli bilinən şəxslər tutulublar. Belə ki, iki nəfər tanışları olan bir şəxsl

06.06.2026 157
.

ŞAD XƏBƏR: On minlərlə ailəyə birdəfəlik müavinət verilib

Bu ilin yanvar-may aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu 34 470 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət ödənişi edib. bu barədə Fonda istinadən xəbər verir. Məlumata görə, müavinət ödənişləri 16 044 nəfər qız, 18 42

06.06.2026 286
.

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb

Cəlilabad Rayon Polis Şöbəsi narkotik vasitə və psixotrop maddələrin dövriyyəsinə qarşı əməliyyat həyata keçirib. "Report"un Muğan bürosunun məlumatına görə, tədbirlərlə hər ikisi əvvəllər məhkum olunmuş 35 yaşlı Ruslan Quliyev və 36 yaşlı Tural Hacıyev saxlanılıblar. Həmin şəxslərdən ümumilikd

06.06.2026 163
.

SON DƏQİQƏ: Pensiyaçılar kommunal ödənişlərdən azad ediləcək? - VACİB AÇIQLAMA

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı müzakirələrdə tez-tez gündəmə gələn məsələlərdən biri də pensiyaçıların kommunal xərclərinin dövlət tərəfindən qarşılanmasıdır. Xüsusilə, enerji daşıyıcılarının və kommunal xidmətlərin qiymətlərinin artdığı dövrlərdə yaşlı insanların maddi yükünü

00:09 35
.

Rendi Koul: ABŞ təhsili azərbaycanlı tələbələr üçün çox əhəmiyyətlidir

Son 5 ildə ABŞ-də təhsil alan azərbaycanlı tələbələrin sayında hər il təxminən 20 % artım müşahidə olunur. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin mədəniyyət və təhsil məsələləri üzrə müşaviri Rendi Koul "ABŞ-də təhsil" sərgisi çərçivəsində jurnalistlər

06.06.2026 137
.

Konqoda Ebola virusuna yoluxanların sayı KƏSKİN ARTDI

Konqo Demokratik Respublikasında (KDR) təsdiqlənmiş Ebola virusuna yoluxma hallarının sayı 450-ni keçib. xəbər verir ki, bu barədə EFE sözügedən Afrika ölkəsinin Milli İctimai Səhiyyə İnstitutuna istinadən məlumat yayıb. Məlumata görə, indiyə qədər 452 yoluxma halı təsdiqlənib və 82 xəstə ölüb. Yerl

06.06.2026 159
.

Ermənistan Prokurorluğuna "Güclü Ermənistan"ın seçki siyahısındakı 6 üzvünü həbs etmək hüququ verilib

Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) müxalif "Güclü Ermənistan" blokunun seçki siyahısının bəzi üzvlərinə qarşı cinayət təqibinin başlanması barədə ölkə prokurorluğunun vəsatətlərini təmin edib. "Report" xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb. Qeyd olunu

06.06.2026 73
.

Cənubi Koreyada polis təqibi avtoqəzaya səbəb olub, 2 nəfər ölüb

Cənubi Koreyanın Pyontek şəhərində "Tesla" markalı avtomobili və şəhərlərarası avtobusun toqquşması nəticəsində 2 nəfər ölüb, daha 6 nəfər xəsarət alıb. "Report" xəbər verir ki, bu barədə "JoongAng Daily" qəzeti məlumat yayıb. Toqquşma nəticəsində "Tesla"nın sürücüs

06.06.2026 113
.

TOP MP3