Quru sərhədləri niyə açılmır? - Deputatlardan Operativ Qərargaha ÇAĞIRIŞ - VİDEO
Pandemiya qaydaları yumşaldıqca şans daha da artır, amma hələ ki, bir irəliləyiş yoxdur. Söhbət quru sərhədlərinin açılmasından gedir. Millət vəkili Razi Nurullayev quru sərhədlərinin açılmasının çox vacib olduğunu və məsələni Milli Məclisin sabahkı iclasında da müzakirəyə çıxaracaqlarını bildirib.
"Operativ Qərargah tərəfindən quru sərhədlərin açılması ilə bağlı qərarın bu dəfə də verilməməsi məni çox məyus etdi. Çünki biz vətəndaşların təzyiqi altında qalmışıq". Bu fikirləri səsləndirən millət vəkili Razi Nurullayev deyir ki, çox sayda insan uzun müddətdir sərhədin o tərəfində qalıb, turistlər ölkəmizə gələ bilmirlər. Həmçinin, 1 milyona yaxın Azərbaycan vətəndaşı da məhz quru sərhədlərindən istifadə etməklə kiçik alış-verişlə məşğul olur, ailəsini dolandırırdı. Bu isə dövlətin üzərində olan yükü xeyli azaldırdı.
Millət vəkili deyir ki, quru sərhədlərinin açılması ilə bağlı məsələ Milli Məclisdə də dəfələrlə müzakirəyə çıxarılıb. Elə sabahkı sessiyada da məsələ yenidən qaldırılacaq. Deputatın sözlərinə görə, hava yolu açıq olan ölkədə quru sərhədinin hələ də bağlı qalması məntiqsiz yanaşmadır.
Qeyd edək ki, Operativ Qərargahın son qərarı ilə vətəndaşların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağası, həmçinin şənliklərlə bağlı məlumatların portala daxil edilməsi tələbləri ləğv olunub. Xüsusi karantin rejiminin müddəti isə sentyabrın 1-nə kimi uzadılıb.(xəzərxəbər)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 930 Tarix: 26 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan millisi Dakarda çempion oldu
Azərbaycanın çimərlik güləşi üzrə oğlanlardan ibarət millisi Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında çempion olub. xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsi məlumat yayıb. Yığma 70 xalla komanda hesabında birinci yeri tutub. Kollektivin üzvlərindən Tuna
17:40 164 Prezident Draqan Vladisavljeviçi "Dostluq" ordeni ilə təltif etdi
Draqan Vladisavljeviç Azərbaycan Respublikasının "Dostluq" ordeni ilə təltif edilib. AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrini
14:20 176 Günəşdə partlayışların kütləvi spamı: Nə baş verir?
Günəşdə mülayim gücdə partlayışların kütləvi spamı davam edir: ötən həftəsonu ərzində Günəşdə 57 partlayış qeydə alınıb, daha 10-u isə 9 noyabrın ilk səkkiz saatında baş verib. -ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyas
17:00 180 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Hacıqabul rayonundan paylaşım edib. xəbər verir ki, o, paylaşımına "Hacıqabul rayonu, Bakı yolunda. Təbii Qələbə Tağı. 9.11.26" qeydini əlavə edib
19:52 76 "Ukraynanın coğrafiyası artıq dəyişib"
Kremlin sözçüsü Dmitri Peskov Ukraynanın ərazi görünüşünün dəyişdiyini bildirərək cəbhədəki reallıqların bunu təsdiqlədiyini deyib. "Qafqazinfo" xəbər verir ki, Peskov Moskvada jurnalistlərə açıqlamasında Ukrayna ilə bağlı ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında Birləşmiş Ərəb Əmirliklərini
16:50 172 Şəhid qardaşı Avrasiya çempionu oldu
İdmançımız Avrasiya çempionatında uğur qazanıb. xəbər verir ki, Elmir Rzalı INBA (Beynəlxalq Natural Bodibildinq Assosiasiyası) tərəfindən təşkil olunan Avrasiya çempionatında uğurla çıxış edib. Belə ki, o, "Men"s Physique" kateqoriyası üzrə mübarizədə birinci yeri tutaraq çempionatı
20:00 62 Ərdoğanın Azərbaycana səfəri: qardaşlığın, strateji tərəfdaşlığın və ortaq gələcəyə baxışın növbəti nümayişi
Azərbaycan-Türkiyə münasibətləri təkcə iki dövlət arasında formalaşmış diplomatik əlaqələr deyil, ortaq tarixə, milli-mənəvi dəyərlərə, qarşılıqlı etimada və sarsılmaz qardaşlıq prinsiplərinə əsaslanan strateji müttəfiqlik modelidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və ik
11:56 181 Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
Böyük Britaniya hökuməti 16 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını məhdudlaşdırmaq planlarını genişləndirərək, daxilində mesajlaşma funksiyası olan onlayn alış-veriş platformalarını və tətbiqlərini də bu qadağaya daxil etməyi nəzərdən keçirir. "Qafqazinfo" xəbər verir ki, Britaniyanı
18:30 150 Krit sahillərində faciə: Gəmidən 12 miqrantın meyiti çıxarıldı
Yunanıstan Sahil Mühafizəsi Xidməti Krit adası sahillərində xilasetmə əməliyyatı keçirib. "Reuters"ə istinadən xəbər verir ki, əməliyyat zamanı gəmidən 12 miqrantın meyiti çıxarılıb. Hazırda onların ölüm səbəbləri müəyyənləşdirilir. Xilasedicilər Kaloy-Limenes limanından təxminən 15 dəniz mil
20:15 4