İnstaqram Azərbaycanda niyə musiqili videoları bloklayır? - Açıqlama
Son 1 həftə ərzində instaqram kütləvi şəkildə Azərbaycan və bir sıra ölkələrdə musiqili videoları bloklamağa başlayıb.
Səbəb isə videolar üçün istifadə olunan musiqilərin müəllif hüquqlarının pozulmasıdır. Lakin istifadəçilərə göstərilən bildirişdə videoların Azərbaycanla yanaşı bir sıra Afrika, Mərkəzi Amerika və digər IEOÖ-də (İnkişaf Etməkdə Olan Ölkələr) bloklandığı göstərilir. Burada isə əsas sual ortaya çıxır ki, videolar niyə məhz bu ölkələrdə bloklanır?
"Qafqazinfo" xəbər verir ki, məsələ ilə bağlı texnobloqer Fərid Pərdəşünas Technote.az-a açıqlama verib.
Onun sözlərinə görə, instaqramda yalnız müəlliflik hüququ özümüzə məxsus olan video və fotolar paylaşa bilərik: "Bu cür görüntülərdə başqasına məxsus olan bir musiqi parçasını istifadə etmək, birbaşa müəlliflik hüququnun pozulmasıdır. İnstaqram isə bunu yalnız məhdud ölkələrdə tətbiq edir".
Pərdəşünas bunun səbəbinin əslində sadə olduğunu deyib: "İlk olaraq videolarda musiqilərin istifadəsi ilə bağlı instaqram 2020-ci ilin 20 may tarixində yeni qaydalar toplusu qəbul edib. Bu qaydalar ilə instaqramın rəsmi saytından tanış ola bilərsiniz. Belə ki, instaqramın "Instagram music" adlanan musiqi servisi yalnız onların partyonrlarının olduğu ölkələrdə aktivdir. Bu servis vasitəsilə instaqram insanlara musiqilərdən istifadə imkanını yaradır. Lakin bu servis bizim ölkədə aktiv deyil".
Texnobloqer, həmçinin bildirib ki, bir sıra ölkələrdə belə hallara rast gəlinmir: "Musiqilərdən videolarda istifadəyə o ölkələrdə icazə verilir ki, instaqramın həmin ölkədə müəllif hüquqlarını qoruyan partnyor şirkəti olsun. İnstaqram belə şirkətləri "rights holders" adlandırır. Yeni qaydalara görə hətta siz musiqidən istifadə edən zaman müəllifin adını, kanalını işarələyib, ona keçid versəniz belə bloklana bilərsiniz. İnsaqram yalnız rəsmi icazə ilə, musiqilərin müəllif hüquqları tam qorunduqda belə videoların yayılmasına imkan verir. Bunu isə təyin etmək üçün instaqram "rights holders"lər ilə əməkdaşlıq etməlidir".
Pərdədüşnas qeyd edib ki, instaqram Azərbaycanda heç bir "rights holder", yaxud musiqi leybılı ilə əməkdaşlıq etmir: "Buna görə də həmin musiqilərin heç birinin müəllif hüquqlarını qoruya bilmədiyi üçün ən asan yol olan bloklamağa əl atır. Yəni siz bu musiqini instaqramın əməkdaşlıq etdiyi şirkətin olduğu ölkədən paylaşsaydınız, bu belə olmayacaqdı. Siyahıda olan ölkələrə nəzər salanda da görmək olar ki, instaqram üçün maraqlı olmayan bazarların adları burada yer alır. Belə vəziyyətdə vətəndaşların və sosial media istifadəçilərin edə biləcəyi heçnə yoxdur. Sadəcə özümüzün bəstəsi olmayan heç bir musiqidən istifadə etməli deyilik. Ümid edək ki, instaqram ölkəmizdən olan bir şirkətlə əməkdaşlığa başlayıb, müəllif hüquqlarının təmin edilməsinə şərait yaradar".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 883 Tarix: 28 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTarixi müqavilənin bağlandığı yerdə üçrəngli bayraq
Türkiyənin Qars şəhərində yerləşən tarixi Qars qalasında 9 Noyabr-Bayraq Günü münasibətilə Azərbaycan bayrağı dalğalanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycanın Qarsdakı baş konsulu Qoşqar Zeynalov sosial şəbəkə hesabında paylaşım edib. Baş konsul üçrəngli bayrağımızın tarixi Qar
17:30 152 Dövlət Bayrağımız - milli kimliyimizin, müstəqilliyimizin və qalib dövlətçilik iradəmizin əbədi rəmzi
Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini, milli-mənəvi dəyərlərini, azadlıq və müstəqillik uğrunda mübarizəsini özündə ehtiva edən müqəddəs dövlət rəmzidir. Üçrəngli bayrağımızın tarixi Azərbaycanın milli dövlətçilik tarixinin ayrılmaz tərkib hissəsi olmaql
15:07 192 İlham Əliyevin Zəfər Günü müraciəti: Azərbaycan tarixinin şanlı Qələbəsinə siyasi və mənəvi baxış
8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin bərpasının rəmzidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı müraciət bu tarixi Qələbənin əhəmiyyətini, Azərbaycanın keçdiyi çətin v
14:01 178 Şuşadan dünyaya ünvanlanan siyasi mesaj: Azərbaycan-Türkiyə müttəfiqliyi regional reallıqların əsas dayaqlarından biridir
Azərbaycan və Türkiyə münasibətləri müasir beynəlxalq münasibətlər sistemində tarixi köklərlə strateji maraqların vəhdət təşkil etdiyi nadir tərəfdaşlıq nümunələrindən biridir. Bu münasibətlərin mahiyyəti yalnız ortaq dil, din, mədəniyyət və tarixi bağlılıqla ölçülmür. İki dövlət arasındakı əlaqələ
12:37 185 Maşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi
Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində avtomobillə səyahət edənlərə xəbərdarlıq edib. BİG.AZ xəbər verir ki, xəbərdarlıq deyilir:. "Bayramla əlaqədar qeyri-iş günlərində ölkə ərazisində avtomobillə səyahətlərin sayı artıb. Təəssüf ki, bu artım həm də bölgələrdə baş verən yol-nəqliyya
11:33 191 Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü
11:52 209 "Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu
"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. Şou Prodakşının layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məlumat verib. C. Zamanlını
19:22 110 Tehrandan 14 vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsinə reaksiya
"Prinsipcə, 14 İran vətəndaşının "persona non grata" (arzuolunmaz şəxs) adlandırılması məntiqli deyil, çünki bu insanlardan heç biri diplomat deyil və ya Azərbaycan Respublikasında olmayıb". -ın " nəşrinə istinadən xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüs
16:10 195 Tramp Putin və Si Cinpinlə gözlənilən görüşündən danışdı: "Maraqlı olacaq"
ABŞ Prezidenti Donald Tramp noyabrın 18-19-da Çində keçirilməsi nəzərdə tutulan Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində bu ölkənin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə görüşünü istisna etməyib. Prezidentin sözlərinə görə, digər məsələlərlə yanaşı
15:10 182