MTV-yə xəbərdarlıq

MTV-yə xəbərdarlıqAzərbaycan Respublikası Audiovizual Şurasının yayım zamanı qanunvericiliyin pozulması faktı ilə əlaqədar iclası keçirilib.

BiG.AZ xəbər verir ki, bu barədə Şura məlumat yayıb.

Bildirilib ki, iclasda MTV televiziya kanalının efirində 25 iyun 2022-ci il tarixdə saat 12.00–13.00 arası yayımlanan "MTV maqazin" proqramında "Media haqqında" Azərbaycan Respublikası Qanununun 14.1.4-cü maddəsinin (irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkiliyin təbliğ olunması) tələbinin pozulması faktı müzakirə olunub.

Belə ki, qeyd olunan proqramın yayımı zamanı (saat 12.44-də) müsahibə alınan müğənni tərəfindən "...Ailəni dağıtdın e. Bax, o, kişidi. Yenə də gedib ikinci dəfə evlənəcək. Ay qadın yazıq, bəs sən neynəyəcəksən? Bax, uşaqla da qalacaqsan evin bir küncündə... İkinci dəfə ərə gedəcəksən. O ya çata, ya bata. Uşaqla kimdi səni alan?... Oturacaqsan evdə tək?... boşananlar var ha (qadınlar nəzərdə tutulur), 99 faizi hamısı peşmandı. Nəyə görə? Oturub evdə, ailə yox, bir uşaqla, ərə gedə bilmir, saxlayanı yoxdu... nə xanım kimi xanımdı, ya nökər kimi nökərdi..." ifadələri səsləndirilib.

Efirdən bu cür ifadələrin səsləndirilməsinə yayımçı tərəfindən imkan yaradılması Azərbaycan Respublikasında gender bərabərliyi və bu kontekstdə insan hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən fəaliyyətə kölgə salmaqla yanaşı, cəmiyyətdə baş verən boşanma və ailə dağılması prosesində zərərçəkən tərəf kimi yalnız qadının göstərilməsi, onun "yazıq" simasının yaradılması cinsi ayrıseçkiliyin təbliği hesab olunur və bununla da "Media haqqında" Azərbaycan Respublikası Qanununun müvafiq tələbi pozulur.

Aparılan müzakirələrdən sonra Azərbaycan Respublikası Audiovizual Şurası "Muz TV Azərbaycan" peyk yayımı həyata keçirən platforma yayımçısına bir daha belə halın təkrarlanacağı təqdirdə ciddi inzibati sanksiya tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edilməsi barədə qərar qəbul edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1048   Tarix: 30 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Məleykə Abbaszadədən TƏSİRLİ PAYLAŞIM: "Mən 17 yaşımda…"

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ixtisas seçiminin nəticələrinin açıqlamasından sonra tələbə adını qazananlara səslənib. M.Abbaszadə öz tələbəlik illərini xatırlayıb və yeni tələbələrə tövsiyələrini verib. xəbər verir ki, DİM sədrinin paylaşımında deyilir:. "Əzi

29.08.2026 222
.

MİNİMUM PENSİYA NƏ QƏDƏR OLMALIDIR? - "Əgər ərzaq və dərman qiymətləri artırsa..."

Azərbaycanda pensiyaların indeksləşdirilməsi və artımı fonunda yaşlı insanların real gəlirləri məsələsi yenidən müzakirə olunur. Ərzaq, dərman və kommunal xərclərin yüksəlməsi pensiyaların alıcılıq qabiliyyətinə təsir edir. Pensiyalar real bahalaşmanı tam kompensasiya edirmi? Azərbaycanda minimum pensiy

00:20 99
.

Bakıda fərdi yaşayış evi yandı

Bakıda fərdi yaşayış evində yanğın olub. Fövqəladə Hallar Nazirliyindən (FHN) -a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə FHN-in Dövlət Yanğında

29.08.2026 146
.

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb

Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb. "Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, avqustun 28-də ölkə ərazisində qeydə alınan 57, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfində

29.08.2026 152
.

Tokayev Təhlükəsizlik Şurasının strukturunda yeni dövlət orqanı təsis edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Qazaxıstan Respublikasının dövlət idarəetmə sisteminin daha da təkmilləşdirilməsi tədbirləri haqqında" fərman imzalayıb. "Report" Akordaya istinadən xəbər verir ki, fərmana əsasən, Qazaxıstan Təhlükəsizlik Şurasının aparatı yaradılıb. Yen

29.08.2026 152
.

Yasamalda 18 yaşlı oğlan binadan yıxılıb öldü

Dünən Yasamal rayonunda dəhşətli hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, saat 14 radələrində Salyan rayon sakini 18 yaşlı Ş.Atayev Hüseyn Cavid prospekti 81 ünvanındakı binadan yıxılıb. Çoxmərtəbəli binanın 13-cü mərtəbəsinin girişindəki eyvandan yıxılan gənc hadisə yerində ölüb. Faktl

29.08.2026 285
.

Azərbaycanda manatla geniş pul kütləsi 20 %-ə yaxın artıb

Bu ilin avqustun 1-nə Azərbaycanda geniş mənada pul kütləsi (M3 aqreqatı) 53 milyard 925,5 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, iyulun 1-i ilə müqayisədə 1,9 %, ilin əvvəlinə nisbətən 8,15 %, 2025-ci ilin avqustun 1-i ilə müqayisəd

29.08.2026 120
.

Azərbaycanda könüllü sığorta bazarı 15 % böyüyüb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 823,048 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,9 % çoxdur. Hesabat dövründə könüllü sığorta növləri üzr

29.08.2026 141
.

Hər ailəyə 120 min manat yardım - Azərbaycanda Sinqapur təcrübəsi?

Dünyanın bir çox ölkəsində doğum səviyyəsinin azalması artıq sadəcə sosial deyil, həm də iqtisadi və strateji problemə çevrilib. Əmək qabiliyyətli əhalinin gələcəkdə azalması, pensiya və sosial təminat sisteminə təzyiqin artması, yaşlanan cəmiyyətin formalaşması dövlətləri yeni demoqrafik siyasətlə

00:13 106
.