İyul ayı üçün hava proqnozu açıqlanıb

İyul ayı üçün hava proqnozu açıqlanıbAzərbaycanda iyul ayına olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən BiG.AZ-a verilən məlumata görə, iyul ayında havanın orta aylıq temperaturunun iqlim normasından yüksək olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə bir qədər az olacağı ehtimal olunur.

Birinci ongünlüyün birinci yarısında əksər rayonlarda yağmursuz hava şəraiti müşahidə olunsada şimal və qərb rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 26-29 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 21-26 dərəcə isti , gündüzlər 31-36 dərəcə isti, bəzi günlərdə 38-41 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 2-3 mm).

Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 27-30 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 21-26 dərəcə isti, gündüzlər 31-36 dərəcə isti, bəzi günlərdə 38-43 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 6-16 mm).

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 19-24 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 17-22 dərəcə isti, gündüzlər 24-29 dərəcə isti, bəzi günlərdə 32-35 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 36-73 mm).

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 26-29 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-3 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 19-24 dərəcə isti, gündüzlər 29-34 dərəcə isti, bəzi günlərdə 38-40 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 10-32 mm).

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 23-27 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2-3 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 19-24 dərəcə isti, gündüzlər 29-34 dərəcə isti, bəzi günlərdə 37-39 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər az olacağı gözlənilir (norma 9-118 mm).

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 27-30 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu gecə 22-27 dərəcə isti, gündüzlər 32-37 dərəcə isti, bəzi günlərdə 40-43 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər az olacağı gözlənilir (norma 3-22 mm).

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun 23-27 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 21-26 dərəcə isti, gündüzlər 29-34 dərəcə isti, bəzi günlərdə 37-39 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər az olacağı gözlənilir (norma 7-33 mm).


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1014   Tarix: 01 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bazar günü Bakıya yağış yağacaq - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

05.06.2026 343
.

Azov dənizindəki hücumun təfərrüatı: Yaralı azərbaycanlılar hadisə anından danışdılar

Azov dənizində Palau bayrağı altında üzən gəmiyə pilotsuz uçuş aparatı ilə endirilən zərbə nəticəsində yaralanan Azərbaycan vətəndaşlarının sayı dördə çatıb. APA-ya istinadən xəbər verir ki, hadisə zamanı xəsarət alan daha bir nəfər - gəminin bosmanı Rəşad Mədətxanov Yeysk Şəhər Mərkəzi Xəstəxanasını

05.06.2026 305
.

Yandırıcı yay istiləri turistlərin istirahət vərdişlərini dəyişdirir

Son illərdə yayılan güclü istilər dünya üzrə turizm davranışlarını dəyişməyə başlayıb. Qaynarifno xəbər verir ki, bu barədə "National Geographic" yazır. Məlumata görə, Avropada turistlərin böyük hissəsi artıq ənənəvi yay tətili modelini - xüsusilə Aralıq dənizi sahillərində istirahəti - yenidə

05.06.2026 220
.

Çin lideri Koreya Xalq Demokratik Respublikasına səfər edəcək

Çin Xalq Respublikasının Sədri Si Cinpin 8-9 iyun tarixlərində Koreya Xalq Demokratik Respublikasına (KXDR) rəsmi dövlət səfəri edəcək. Məlumata görə, səfər Koreya Əmək Partiyasının Baş katibi və KXDR Dövlət İşləri üzrə Sədri Kim Çen Inın dəvəti əsasında baş tutacaq. Bu barədə Çin Kommunist Partiyas

05.06.2026 198
.

Xamenei buna görə ictimaiyyət qarşısına çıxmır

İranın Ali Lideri Müctəba Xamenei İslam Respublikasındakı proseslərdə yaxından iştirak edir və inkişaflara təsir göstərir, lakin təhlükəsizlik tədbirləri səbəbindən ictimaiyyət qarşısına çıxmır. xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib. O qeyd edib ki, müvafiq orqanlar Xameneiy

05.06.2026 287
.

Dünya çempionatında 40 yaşdan yuxarı yeddi futbolçu oynayacaq

2026-cı il Dünya çempionatı üçün heyətlər açıqlanıb və 40 yaşdan yuxarı yeddi oyunçu meydanda olacaq. -ın xəbərinə görə, 11 iyun - 19 iyul tarixləri arasında ABŞ, Kanada və Meksikada keçiriləcək Dünya çempionatında oynayacaq 40 yaşdan yuxarı oyunçular arasında turnirdə 6-cı dəfə meydana çıxacaq 41 yaşl

05.06.2026 252
.

ABŞ İranı 48 saat ərzində bombalayacaq

ABŞ-ın İranı yaxın 48 saat ərzində bombalayacağı ilə bağlı iddialar beynəlxalq mediada geniş müzakirə olunur. Bir sıra mənbələrdə Prezident Donald Trampın İrana ultimatum verdiyi və müəyyən şərtlərin yerinə yetirilməyəcəyi halda hərbi əməliyyatların mümkün ola biləcəyi qeyd edilir. BİG.AZ CBS News-

05.06.2026 285
.

Bu ərazidə pensiyalar tam verildi

Naxçıvan Muxtar Respublikası üzrə iyun ayının pensiya ödənişləri yekunlaşıb. xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Belə ki, nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyun ayının pensiya ödənişi başa çatdırılı

12:12 144
.

Kreml sözçüsü: Vaşinqton hələ əməkdaşlığa hazır deyil

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskva ilə Vaşinqton arasındakı münasibətlərə toxunaraq "tanqoya iki nəfər lazımdır" ifadəsini işlədib. xəbər verir ki, o, bu barədə Çin Mərkəzi Televiziyasına (CCTV) verdiyi müsahibədə danışıb. "Tanqonu birlikdə rəqs etmək lazımdır. Laki

10:04 143
.

TOP MP3