Xəzər - dostluq və əməkdaşlıq dənizi
İyunun 29-da Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısının keçirildi. Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan prezidentlərinin iştirakı ilə keçirilən görüşdə dövlət başçıları Xəzər dənizində əməkdaşlığa, aktual beynəlxalq və regional məsələlərə, o cümlədən Xəzərin ekoloji problemlərinə dair müzakirələr aparıblar.
Azərbaycan hər zaman Xəzər dənizinə sahilyanı ölkələrlə dostluğu və əməkdaşlığı daha da möhkəmləndirən bir imkan kimi yanaşıb. Ölkəmizin həyata keçirdiyi enerji və nəqliyyat layihələri, nəhəng logistik infrastrukturun yaradılması Xəzəryanı dövlətlər arasında iqtisadi inteqrasiyanı gücləndirib, onların Xəzər dənizi vasitəsilə Avropa və dünya bazarlarına çıxışına böyük töhfələr verib.
2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində imzalanmış "Xəzər dənizinin hüquqi statusu haqqında" Konvensiya ölkəmizin milli maraqlarını təminatı baxımından böyük uğurudur. Bu konvensiya ilə 20 ildən artıq davam edən danışıqlara yekun vuruldu, Xəzərin hüquqi statusu müəyyən olundu.
4 il əvvəl Aktauda imzalanan konvensiya isə Xəzərin təhlükəsizlik və sabitlik dənizinə çevrilməsi üçün hüquqi baza yaratdı, bu bölgədə mehriban qonşuluğu, qarşılıqlı faydalı əməkdaşlığı möhkəmlətmək üçün yeni imkanlara yol açdı. Ötən dövrün mənzərəsi göstərir ki, indi sahilyanı dövlətlər arasında münasibətlər daha da möhkəmlənib. Prezident İlham Əliyevin VI Zirvə Toplantısında qeyd etdiyi kimi, bizim qarşılıqlı fəaliyyətimizin əsasını bütün tərəflərin mənafelərinin nəzərə alınması, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq təşkil edir.
Aşqabadda keçirilən VI Zirvə Toplantısı vacib müzakirələrlə yadda qaldı. "Xəzər dənizi bizim regionun xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir. Qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaq sahilyanı dövlətlərin əsas prioritetləri olaraq qalır" deyən Prezident İlham Əliyev ölkəmizin bu məsələyə verdiyi töhfələri diqqətə çatdırıb.
Ələt Beynəlxalq Dəniz Ticarət Limanının tikilməsi və istifadəyə verilməsi Xəzərdə nəqliyyat-logistika infrastrukturunun inkişafı işinə Azərbaycanın mühüm töhfəsidir. Zəngəzur dəhlizi isə Xəzəryanı dövlətlərin beynəlxalq nəqliyyat əlaqələrinin inkişafına və şaxələnməsinə yol açacaq.
Bütövlükdə Azərbaycanın həyata keçirdiyi layihələr Xəzəryanı ölkələrin əməkdaşlığını daha da dərinləşdirir. O cümlədən respublikamızda görülən işlər Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün böyük potensialın olduğunu göstərir.
Adil Hüseynov – ADİU-nin dosenti, İqtisad elmləri doktoru
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 825 Tarix: 01 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda məktəb direktoru vəfat etdi
Yardımlıda vəzifəli şəxs vəfat edib. xəbər verir ki, rayonun Bilnə kənd natamam orta məktəbinin direktoru Ələsgər Naib oğlu Əsgərov dünyasını dəyişib. Bakı Dövlət Universitetinin məzunu olan Ə.Əsgərov uzun illər həmin məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışıb. Son illərdə isə təhsi
18:00 140 Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
Böyük Britaniya hökuməti 16 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını məhdudlaşdırmaq planlarını genişləndirərək, daxilində mesajlaşma funksiyası olan onlayn alış-veriş platformalarını və tətbiqlərini də bu qadağaya daxil etməyi nəzərdən keçirir. "Qafqazinfo" xəbər verir ki, Britaniyanı
18:30 131 "Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu
"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. Şou Prodakşının layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məlumat verib. C. Zamanlını
19:22 75 Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü
11:52 208 Tramp Putin və Si Cinpinlə gözlənilən görüşündən danışdı: "Maraqlı olacaq"
ABŞ Prezidenti Donald Tramp noyabrın 18-19-da Çində keçirilməsi nəzərdə tutulan Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində bu ölkənin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə görüşünü istisna etməyib. Prezidentin sözlərinə görə, digər məsələlərlə yanaşı
15:10 175 Tehrandan 14 vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsinə reaksiya
"Prinsipcə, 14 İran vətəndaşının "persona non grata" (arzuolunmaz şəxs) adlandırılması məntiqli deyil, çünki bu insanlardan heç biri diplomat deyil və ya Azərbaycan Respublikasında olmayıb". -ın " nəşrinə istinadən xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüs
16:10 187 Ərdoğanın Azərbaycana səfəri: qardaşlığın, strateji tərəfdaşlığın və ortaq gələcəyə baxışın növbəti nümayişi
Azərbaycan-Türkiyə münasibətləri təkcə iki dövlət arasında formalaşmış diplomatik əlaqələr deyil, ortaq tarixə, milli-mənəvi dəyərlərə, qarşılıqlı etimada və sarsılmaz qardaşlıq prinsiplərinə əsaslanan strateji müttəfiqlik modelidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və ik
11:56 178 Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb
Rusiyanın Odessaya hücumunda üç nəfər ölüb, bir nəfər xəsarət alıb. APA xəbər verir ki, bu barədə Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib. Onun sözlərinə görə, yaralının vəziyyəti ağırdır. Lısak bildirib ki, Rusiya qüvvələri Odessada mülki infrastruktura zərbə endiri
15:40 174 Almaniya prezidenti postunda qadın görmək istəyir
Almaniya kansleri Fridrix Merts ölkənin ilk qadın prezidenti postuna İlze Aygnerin namizədliyini dəstəkləyib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Mənbələrin bildirdiyinə görə, Merts partiyadaxili görüş zamanı İ.Aygnerə dəstəyini ifadə edib
14:50 175