Zelenskidən Avropaya XƏBƏRDARLIQ

Zelenskidən Avropaya XƏBƏRDARLIQƏgər Ukrayna taxıl ixracı üçün limanları açmasa, o zaman Avropa miqrasiya sunamisinə məruz qala bilər.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Vyanada keçirilən rəqəmsal texnologiyalar və media "4Gamechangers" festivalında çıxışı zamanı deyib.

"Əgər bu aclıq təhlükəsi aradan qaldırılmasa, Qara dənizin blokadası dərhal açılmasa, o zaman ərzaq böhranının nəticəsi elə bir miqrasiya sunamisi olacaq ki, Avstriya hələ dənizdən uzaqda olsa da, sizə də çatacaq", - deyə o bildirib.

Zelenski qeyd edib ki, Rusiya Ukraynanı işğal etməklə Qara dənizi bağlayaraq genişmiqyaslı aclıq təhlükəsi yaradıb və hazırda Afrika, Asiya və Avropa da daxil olmaqla milyonlarla insanı girov saxlayır.

O, Avropanın Rusiya qazından asılılığını da xatırladıb:

"Sadəcə, yanacağın, qazın və s.-nin qiymətlərinə baxın. Nə baş verir? Bazarlar Rusiya şirkətlərindən, "Qazprom"dan və Rusiya neft tədarükçülərindən çox asılıdır.

Bu o deməkdir ki, avropalıların pul kisəsi bir dövlətin onlardan nə qədər çıxarmaq istəməsindən çox asılıdır".

O əlavə edib ki, bir dövlət Avropada, hətta dünyada hər kəsin həyatını poza bilməz.

"İllərdir deyilir ki, Avropa Rusiyanın enerji resurslarından asılı olmamalıdır. Növbəti qışın fəlakətli olmaması üçün bu il biz bunu etməliyik", - deyə Zelenski vurğulayıb.

Bundan əlavə, o xatırladıb ki, Rusiya Federasiyası enerji resursları üçün bütün demokratik ölkələrin birliyinə qarşı pul xərcləyir.

"O, bütün qitə üçün parçalanmaların və dezinformasiyaların, anti-Avropa siyasi hərəkatlarının və problemlərin sponsorudur. Demokratik dünyaya qarşı istifadə olunan bu pul axını bu il dayandırılmalıdır. Əks halda, demokratiyaya nifrət edən hər kəs anlayacaq ki, demokratik dünya özünü müdafiə edə bilmir", - deyə Zelenski vurğulayıb.

Ukrayna prezidenti bir daha bəyan edib ki, tərəfdaşlar Rusiyaya qarşı sanksiya siyasətini gücləndirməli və qələbə üçün silahlanmaya kömək etməlidirlər./Oxu.az


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 948   Tarix: 01 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib

Bakı şəhərinin və Abşeron rayonunun qəsəbələrində aparılan təmir-tikinti işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. "Report" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir

29.08.2026 152
.

Bakıda fərdi yaşayış evi yandı

Bakıda fərdi yaşayış evində yanğın olub. Fövqəladə Hallar Nazirliyindən (FHN) -a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə FHN-in Dövlət Yanğında

29.08.2026 142
.

Pensiyalarla bağlı ŞAD XƏBƏR: 10 faiz artım...

Azərbaycanda aylıq pensiyaların orta məbləği artıb. "Yeni Sabah" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Qeyd olunub ki, təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 10.5 faiz artaraq 594.4 manata çatıb. Ortaaylıq pensiyanı

29.08.2026 240
.

Səhv karta göndərilən pul necə geri alınır?

Kart və ya bank hesabına yanlışlıqla başqa şəxsə məxsus vəsaitin köçürülməsi halları ilə bağlı vətəndaşların əsas suallarından biri pulun sahibinə necə qaytarılmasıdır. Hazırda belə vəziyyətlər üçün vahid və avtomatik tətbiq olunan geri qaytarma mexanizminin olub-olmaması da maraq doğurur. Bank ekspert

00:24 0
.

Pensiya ilə bağlı YENİ RƏQƏMLƏR AÇIQLANDI

2026-cı il iyulun 1-i vəziyyətinə Azərbaycanda 1 milyon 100 min (ötən ilin iyulun 1-i vəziyyətinə 1 milyon 103,3 min) pensiyaçı qeydiyyatda olub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd edilib. Məlumata görə, bu, ölkə əhalisinin 10,7 faizini təşkil edib. Təyin olunmu

00:07 52
.

Bilet qiymətləri və quru sərhədləri ilə bağlı ŞAD XƏBƏR - TARİX

Azərbaycana daha çox turist cəlb etmək və hava nəqliyyatında əlçatanlığı artırmaq məqsədilə ölkəyə aşağıbüdcəli aviaşirkətlərin gətirilməsi planlaşdırılır. Bu məsələ Prezidentin təsdiqlədiyi 2026-2030-cu illər üçün Turizmin İnkişafı üzrə Dövlət Proqramında da əksini tapıb. Eyni zamanda, Dövlət Turiz

29.08.2026 296
.

Azərbaycan alüminium ixracından gəlirini 39 %-dən çox artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan 165,25 milyon ABŞ dolları dəyərində 46,7 min ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edilib. "Report" Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulların dəyər

29.08.2026 142
.

NASA: "Starship" kosmik sisteminin sınaq buraxılışları hər həftə həyata keçirilə bilər

"SpaceX" şirkəti 2027-ci ildən başlayaraq "Starship" kosmik gəmisinin sınaq uçuşlarını təqribən hər həftə reallaşdırmağa başlaya bilər. xəbər verir ki, bu proqnozu ABŞ-nin Aeronavtika və Kosmik Fəzanın Tədqiqi Milli İdarəsinin (NASA) rəhbəri Cared Ayzekman "Fox News" telekanalını

29.08.2026 143
.

21 marşrutun yolu dəyişdirilir - Sərnişinlərin nəzərinə!

Paytaxtın və Abşeron rayonunun qəsəbələrində aparılan təmir-tikinti işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Məhdudiyyət səbəbindən Sabunçu rayonunu

29.08.2026 190
.