"Ailədə kişi faktorunu gücləndirməliyik, çünki..." - ÖNƏMLİ AÇIQLAMALAR

"Ailədə kişi faktorunu gücləndirməliyik, çünki..." - ÖNƏMLİ AÇIQLAMALARSosioloq: "İndiki ailələr 30 il bundan əvvəlki deyil"

Sağlam ailə mühitinin yaranması üçün ailədə hər iki valideyn, yəni ata və ana uşaqların həyatında aktiv iştirak etməlidir. Adətən Azərbaycan ailələrində uşaqlar daha çox ana ilə ünsiyyətdə olur. Bir çox hallarda ata "qazanc dalınca gedən" ailə başçısı rolu oynayır və uşaqların təlim-tərbiyəsindən kənarda qalır.

Mütəxəssislər isə qeyd edir ki, atanın ailədəki rolu uşaqların həm psixoloji, həm də fiziki sağlamlığı üçün çox önəmlidir. Belə ki, araşdırmalar da göstərir ki, atalar uşaqların böyüməsində aktiv iştirak etdiyi zaman uşaqların davranışlarında az problemlər müşahidə olunur, onların fərd olaraq sosiallaşması daha asanlaşır. Onu sevən və ona qayğı göstərən ata ilə böyüyən qız uşaqları böyüdükcə oğlanların onlara hörmətlə davranmalı olduğunu öyrənir və gələcək həyat yoldaşını seçərkən daha həssas olur. Oğlan uşaqlarına isə atalar dürüstlük, təvazökarlıq, məsuliyyət hissləri aşılayır.

Bəs hazırda Azərbaycan ailələrində ataların rolu kifayət qədərdirmi?

Psixoloq Azad İsazadə mövzu ilə bağlı danışıb: "İlk növbədə qeyd edim ki, valideynləri bölmək düzgün deyil, ailədə ata və ananın rolu təxminən eynidir. Sadəcə, əvvəllər atalar özlərini köhnə adət-ənənə ilə bir qədər ağır aparırdı. Məsələn, uşaqlarla daha az ünsiyyətdə olurdu, uşaqlar ondan çəkinirdi. Bununla belə, atalar həmişə öz davranışları ilə uşaqlara nümunə olurdu. Əgər ata axşam evə gec saatlarında, içkili gəlirsə, uşaqların anasını döyürsə, deməli, davranışı mənfi davranışdır. Yox əgər özünü ağır aparır, arada müəyyən pərdə saxlayır, öz davranışı ilə nümunə olur, bunlar müsbət göstəricidir. Bu, analara da aiddir.

"Qız xeylağının ilk sevdiyi kişi atası, oğlanların isə ilk sevdiyi qadın anası olur"

Ailədə əsas odur ki, ata və ananın bir-biri ilə ünsiyyətində hərəkətləri ilə sözləri arasında fərq olmasın. Məsələn, tutaq ki, hansısa hərəkətin doğru olmadığını deyirlər, amma ata hansısa anda o hərəkəti edir və deyir ki, o kişidir, ona olar. Bu zaman uşaqlarda stereotiplər yaranır ki, hansısa hərəkət anaya olmaz, amma ataya olar. Və yaxud ata və ya ana tövsiyə edirsə ki, yalan danışmaq olmaz, amma özü bunun əksini edir, bu da uşaqların tərbiyəsinə mənfi təsir edir.

Bəli, bu doğrudur ki, son illər atalar uşaqların inkişafında, sağlam böyüməsində, tərbiyəsində yaxından iştirak edirlər və bu çox müsbət haldır. Lakin yaxşı xüsusiyyətlərlə yanaşı, mənfi xüsusiyyətlər də artmağa başlayıb. Unutmayaq ki, son vaxtlar ailə zorakılığında daha çox ataların adı çəkilir, istər uşaqların anasına, istərsə də uşaqlara qarşı. Bu məsələ ilə bağlı ciddi işlər görülməli, cəmiyyətə sağlam ailələr yetişməlidir. O ki qaldı atanın ailədəki rolunun uşaqların gələcək həyatlarına təsir etməsi, ümumiyyətlə, qız xeylağının ilk sevdiyi kişi atası, oğlanların isə ilk sevdiyi qadın anası olur. Sözsüz ki, anadan, atadan görülən qayğı gələcək ailə həyatına da təsir edir, uşaqlar gördükləri stereotipləri qəbul edirlər.

Bununla belə, göstərilən qayğı da ifrat həddə olmamalıdır. Bu zaman uşaq ərköyün böyüyür. Həmin uşaq gələcəkdə real həyatda qayğı görməyəcək, deməli, onu real həyata da hazırlamalıyıq. Yəni qayğının dozası orta olmalıdır - nə az, nə də çox. Çox olanda da mənfi təsir göstərir".

Sosioloq Əhməd Qəşəmoğlu isə qeyd edib ki, Azərbaycanda artıq ailə institutu yenidən formalaşmağa başlayıb: "Yəni indiki ailələr 30 il bundan əvvəlki deyil. Ona görə də düşünməliyik, elə bir maarifləndirmə işi aparaq ki, ailədə atanın rolu aktiv olsun. Qloballaşan dövrdə yaşadığımız üçün artıq aldığımız məlumatlar çoxalıb. Yəni indi hamımız məlumatlıyıq ki, xarici ölkələrdə ataların ailədə rolu, təsiri nə qədərdir və sairə. Əvvəllər isə məlumatımız heç də çox deyildi. Ona görə də biz çalışmalıyıq ki, ataların ailədə rolu çox vacib və lazımi səviyyədə olsun, xüsusən də oğlan uşaqlarının təlim-tərbiyəsində.

Bizdə belə bir problem var, bağçada, məktəbdə, universitetlərdə müəllimlərin böyük əksəriyyəti qadınlardır. Uşaq evdə daha çox anası ilə ünsiyyətdə olur, bağçaya, məktəbə gedir, orada da yenə qadın müəllimlərlə ünsiyyətdə olur. Yəni ona görə də ailədə atanın rolunun artmasına böyük ehtiyac var. Əgər ətrafda kişi faktoru zəifdirsə, gərək evdə kişi faktoru güclənsin. Ya oğlan, ya qız uşağı, fərqi yoxdur, uşaqlar atadan impuls alsınlar. Lakin təəssüflə qeyd edim ki, indiki valideynlərimizin bir çoxu heç valideyn, ata funksiyasının nədən ibarət olduğu barədə aydın təsəvvürə malik deyil. Ona görə də biz aydın şəkildə ailə institutu ilə işləmək, fəaliyyət proqramları hazırlamaylıq və arzuolunan səviyyədə ata rolunu inkişaf etdirməliyik. Cəmiyyətimiz müxtəlif səbəblərdən çox həssaslaşıb, xeyli mürəkkəbləşib. Ona görə də incə metodlarla böyük işlər görməliyik".

Yeni Müsavat


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 658   Tarix: 10 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.