Bayram günü qızının qoluna heroin vurub öldürdü - Qatil atanın CİNAYƏT İŞİ - FOTO

Bayram günü qızının qoluna heroin vurub öldürdü - Qatil atanın CİNAYƏT İŞİ - FOTOCİNAYƏT İŞİ

Qısa arayış...

2021-ci il martın 22-də, Novruz bayramında Bakının Xəzər rayonu, Buzovna qəsəbəsindəki evlərdən birində 1985-ci il təvəllüdlü Gülər Salamovanın qətlə yetirilməsi barədə polisə məlumat daxil olur. Polisə bu məlumatı verən isə onun atası, 1960-cı il təvəllüdlü Hacı Ağa Salamov idi. Qızını öldürdüyünü deyən ata hadisə yerində polisi gözləyir.

Dərhal hadisə yerinə gələn polis və prokurorluq əməkdaşları Gülər Salamovanın divanda uzanmış vəziyyətdə meyitini aşkar edirlər. Hadisə yerindən götürülmüş 5 ml qramlıq boş şprisin içərisində, kustar üsulla hazırlanmış heroin izi tapılır.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanır.

Araşdırmalarla məlum olub ki, H. A. Salamov 1998-ci ildə qəsdən adam öldürmə maddəsi ilə 9 il, 2014-cü ildə isə narkotiklərin qanunsuz dövriyyəsinə görə, 1 il 6 ay azadlıqdan məhrum edilib.

BiG.AZ lent.az istinadən həmin dəhşətli qətlin istintaq materiallarını təqdim edir:

İstintaqla müəyyən edilib ki, martın 22-si saat 19 radələrində Hacı Ağa Salamov qızı Gülər Salamovanı yerə yıxıb və əllərini tutub. Şprisin içərisinə doldurduğu narkotik vasitə olan heroini, inyeksiya yolu ilə övladının sol bazu əzələsinə yeridib. Lakin qızının narkotik vasitənin təsirindən ölmədiyini, müqavimət göstərib, qaçmaq istədiyini gördükdə, əlləri ilə boğazından tutub onu boğaraq öldürüb.

İş üzrə dindirilmiş Hacı Ağa Salamov bildirib ki, əvvəllər narkotik vasitələrdən istifadə etdiyinə və qəsdən adam öldüyünə görə məhkum olunub. Gülər Salamova onun ilk övladı olub:

"Gülər 2007-ci ildə Eldəniz adlı qohumumuz ilə ailə qurmuşdu, nikahdan 3 övladları var. Təxminən 6-7 il Rusiyada yaşayırdılar, kürəkənim orada ticarətlə məşğul idi. 2015-2016-cı illərdə onlar Bakıya qayıtdılar. 2018-ci ildə Eldəniz yenidən işləmək üçün Rusiyaya getdi. Bundan sonra qızımla əri arasında problemlər yarandı. Hadisədən 1 il əvvəl Gülər Maştağa qəsəbəsində, özəl məktəbəqədər təhsil müəssisəsində tərbiyəçi işləməyə başlamışdı. 2020-ci ilin noyabr ayında qızımın əxlaqsızlıq etdiyini, kiminləsə yaxın münasibət qurduğunu eşitdim. Övladıma dəfələrlə belə hərəkətlər etməməsini, 3 övladı olduğunu, qəsəbədə ailələrini tanıyan insanların haqqımda xoşagəlməz ifadələr işlətdiyini dedim. Lakin Gülər sözlərimə qulaq asmayaraq şəxsi həyatını istədiyi kimi yaşayacağını bildirdi. Qızıma nəzarət etmək üçün həyat yoldaşım və oğlumla birlikdə onun evində qalıb, yaşamağa başladıq. Kənar şəxslərlə münasibətdə olmasın deyə telefonlarını alaraq gizlətdim. 2021-ci ilin yanvar ayında Gülər evdən qaçdı. Bununla bağlı polis şöbəsinə məlumat verdim. Növbəti gün qızım tapıldı. Harada olduğunu soruşanda, Gülər ona qoyduğum qadağalardan bezdiyini, bu səbəbdən sakitləşmək üçün rəfiqəsigildə qaldığını söylədi. Martın 22-də evdə olarkən qızım paltarlarını götürüb, birdəfəlik evdən çıxıb getmək istədiyini dedi. Narkotik maddəni qoluna vursam, bunun təsirindən öləcəyini düşündüm. Həyətdə yerləşən tövlədə 1 qram çəkidə olan narkotik vasitəni alışqanla isidərək, mayeni şprisin içinə çəkib hazır saxladım. Sonra arvadıma qızı ilə təkbətək söhbət etmək istədiyimi və Şüvəlanda yerləşən öz evimizə getməsini istədim. Qonaq otağına keçib şprisi masanın üzərindəki süfrənin altına qoydum. Sonra isə Güləri qonaq otağına çağırdım. Qızımın boğazından tutub, sol qolunu burdum və cəld götürdüyüm şprisi əzələyə vurdum. Əlbəyaxa olduq, Gülər üzümə xəsarət yetirərək, barmaqlarımı dişlədi. Əllərimlə boğazından tutub sıxdım və bir neçə dəqiqədən sonra artıq tərpənmədiyini gördüm. Güləri qonaq otağında yerləşən divana uzatdım və təxminən 2-3 saat yanında oturdum. Saat 23 radələrində "102" xidmətinə zəng edərək, törətdiyim hadisə barədə məlumat verdim və polisə təslim oldum".

Zərərçəkmiş şəxsin hüquqi varisi Nəzakət Salamova ifadəsində göstərib ki, kürəkəni həm işləri, həm də pandemiya ilə əlaqədar Bakıya gələ bilməyib:

"Buna baxmayaraq hər ay ailəsinə müxtəlif məbləğlərdə pul göndərirdi. 2020-ci ilin payız aylarında qızım maddi ehtiyaclarını ödəyə bilmədiyini, həyat yoldaşının az məbləğdə pul göndərdiyini bildirdi. Buna görə kürəkənimlə əlaqə saxladım və ondan ailəsinə hansı məbləğdə pul göndərməsini dəqiqləşdirdim. Kürəkənimin söylədiyi məbləğlə qızımın dedikləri üst-üstə düşmədiyindən, şübhələnərək övladımı sorğu-sual etdim. Çıxılmaz vəziyyətdə qalan Gülər ərinin göndərdiyi pulları İlkin adlı taksi sürücüsünə borc verdiyini bildirdi. Sonradan qızımın həmin şəxslə yaxın münasibətdə olduğunu öyrəndim. Bir neçə dəfə, gecə saatlarında uşaqlar yatdıqdan sonra İlkini Buzovna qəsəbəsində yerləşən evinə gətirmişdi. Ərim Hacı Ağa bundan xəbər tutduqdan sonra söhbət edərək, Gülərə rəsmi şəkildə boşanmadığını, 3 uşağının olduğunu, onların taleyini düşünməsini və əxlaqlı həyat tərzi sürməsi barədə öyüd-nəsihət verdi. Lakin qızım qəti şəkildə onun sözlərinə əhəmiyyət verməyərək, İlkini sevdiyini və həyat yoldaşından boşanacağını dedi. Gülərə İlkinin onu aldatdığını, borca götürdüyü pulları ələ keçirmək məqsədilə onunla bir yerdə olduğunu söylədim. Qızımı iş yerindən çıxararaq, həyat yoldaşım və oğlumla birlikdə onun evinə köçdük. Çünki İlkin dəfələrlə gecələr qızımgilə gələndə nəvələri zəng edib bu barədə ərimə və mənə xəbər verirdilər. 2021-ci ilin yanvar ayında qızım evdən qaçdı. Bir gecə İlkinin yanında qaldıqdan sonra səhər tezdən ərim Güləri evə gətirdi. 2-ci dəfə martın 16-da qaçaraq, bir həftə geri qayıtmadı. Kürəkənim arvadının evdən qaçdığını bilib, uşaqları əmisi arvadının yanına göndərdi".

N. Salamova martın 22-də ərinin tapşırığı ilə Şüvəlan qəsəbəsindəki evlərinə gedib. Bir müddətdən sonra Hacı Ağa zəng edərək, Güləri öldürdüyünü bildirib.

Şahid İlkin Bayramov ifadəsində özəl şirkətdə menecer vəzifəsində işlədiyini göstərib. 2020-ci ilin may ayında taksi fəaliyyəti ilə məşğul olarkən Gülər Salamovanı sifariş əsasında Maştağa qəsəbəsində yerləşən tədris mərkəzindən yaşadığı ünvana aparıb:

"Bundan sonra bir neçə dəfə də sifariş əsasında onu lazım olan yerlərə aparıb-gətirmişəm. Aramızda yaxın münasibət yaranarkən Gülər mənə boşandığını və 3 övladı olduğunu demişdi. Maddi imkanım yaxşı olmadığından Gülər anasının dayısıqızından və digər qohumlarından müxtəlif vaxtlarda 18.000 manata yaxın borc pul alaraq, mənə vermişdi. Kripto aksiyalara 1000 manat pul qoymuşdum. 2020-ci ilin noyabr ayında borcu gec ödədiyinə görə, qohumu gəlib hər şeyi Gülərin valideynlərinə danışıb. Həmin söhbətdən sonra qadının rəsmi boşanmadığını, ərinin Rusiyada yaşadığını bildim. 2021-ci ilin yanvar ayında Gülər evdən qaçdı. Polis idarəsindən zəng edən əməkdaşa bundan məlumatı olmadığımı dedim. Növbəti gün şəhərə gedərkən, Mərdəkan qəsəbəsində yol kənarı ilə qadının piyada getdiyini gördüm. Dayanıb Güləri maşına əyləşdirdim və aparıb atasına təhvil verdim. Qadın valideynlərinin ona təzyiqlər göstərdiyini, buna görə evdən qaçaraq, rəfiqəsigildə qaldığını söylədi. Axırıncı dəfə, martın 16-da Gülər zəng edib, atasının onu döydüyünü, bu səbəbdən polis şöbəsinə ərizə yazmağa getdiyini demişdi".

Şahid əlavə edib ki, qadının evində heç vaxt gecələməyib. Bir neçə dəfə o, evə bazarlıq edərkən torbaları aparmaqda Gülərə köməklik edib. Gülər əxlaqsız həyat tərzi sürməyib, işləyərək, məvacib alıb və uşaqlarına baxıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hacı Ağa Salamov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Bayram günü qızının qoluna heroin vurub öldürdü - Qatil atanın CİNAYƏT İŞİ - FOTOBayram günü qızının qoluna heroin vurub öldürdü - Qatil atanın CİNAYƏT İŞİ - FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1083   Tarix: 10 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.