Türkiyədə əcnəbilərin yaşamaq icazəsi verilməyəcək şəhərlərin SİYAHISI...

Türkiyədə əcnəbilərin yaşamaq icazəsi verilməyəcək şəhərlərin SİYAHISI...Qadağa siyahısına İstanbul, Antalya və Alanya kimi şəhərlər də daxildir, ruslar narahatdırlar...
Türkiyə əcnəbilərin mənzil ala bilməyəcəyi və yaşamaq icazəsi verilməyəcək şəhərlərin siyahısını hazırlayıb. Buraya İstanbul, Antalya, Alanya kimi şəhərlər də daxildir. Ümumilikdə, Türkiyə hökuməti ölkənin 1169 bölgəsində əcnəbilərin daimi yaşamasını qadağan edib.

"Moskovskiy komsomelts" Türkiyə mediasına istinadən yazır ki, bu addım "ölkəni türklər üçün qorumaq" məqsədi daşıyır. Bu ilin fevral ayından etibarən ölkəyə əvvəllər görünməmiş sayda xarici vətəndaşlar, xüsusən də ruslar gəlib. Qanuna görə, Türkiyənin hər bölgəsində əcnəbilərin sayı yeri əhaliyə nisbətdə 20%-dən çox olmamalıdır.

İstanbulda xaricilərin sayı digər bölgələrdən daha çoxdur. On ildən çoxdur Türkiyədə yaşayan rus qadın deyib ki, burada xaricilərin sayı 25% təşkil edir. İndi Türkiyə hökuməti bəzi əyalət şəhərlərini də əcnəbilər üçün əmlak alıb yaşamaq qadağası siyahısına salıb.

Antalyada mənzil alan rusiyalı blogger sayta bunları deyib: "Əvvəlcə hökumət xaricilərə mənzil kirayə verənləri yoxlamağa başladı, indi isə bu, daşınmaz əmlak sahiblərinə də təsir etdi. Hələlik, tam aydınlıq yoxdur. Amma çox güman ki, indi heç kim qadağan olunmuş yerlərdə (Türkiyə vətəndaşı ilə nikah istisna olmaqla) mənzil almaq və yaşayış icazəsi üçün müraciət edə bilməz. İstənilən əcnəbi qadağa siyahısında olmayan bölgələrdə yaşamaq icazəsi üçün müraciət edə bilər".

"Siyahıya daxil olan yaşayış məntəqələrində iyulun 1-dən əcnəbilərə yaşamaq icazəsi verilmir" - İstanbul İmmiqrasiya İdarəsində belə izahat veriblər. Əlavə edilib ki, bu müvəqqəti tədbirdir: "Hazırda həddindən artıq çox xarici məskunlaşan ərazilər qadağa siyahısına daxil edilib. Hansı ki, bu yerlərdə həm icarə, həm də daşınmaz əmlakın alışı qeyri-sağlam qiymət artımına gətirib çıxarır. Vəziyyət normallaşan kimi stop-list ləğv ediləcək".

Son üç ayda Mahmutlar və ya Kargıcak kimi kurort yerlərində (Alanyanın bütün şəhərətrafı əraziləri də xaricilərin məskunlaşması üçün qadağandır) tikilməkdə olan mənzillər alan ruslar qadağanın müvəqqəti olduğuna inanmırlar.
Sayt qadağaya məruz qalan ərazilərdə mənzil sahibi olan ruslara bəzi məsləhətlər də verib.

Bildirilir ki, TAPU tərtib etməyinizə əmin olun, çünki bu, Türkiyə ərazisində mənzil sahibinin əsas sənədidir. Hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq, ev alan hər kəsə Kadastr İdarəsi tərəfindən mülkiyyət şəhadətnaməsi verilir. Belə bir sənədiniz olarsa, Türkiyədə əcnəbilərin yaşamasına qoyulan qadağa götürülənə qədər əmlakı icarəyə vermək olar.

Həmçinin, Türkiyədə ruslar turist vizası ilə ildə 90 gün bir uzatma ilə - yəni heç bir problem olmadan 2 ay yaşaya bilərlər və daha bir ay uzatma izni üçün immiqrasiya idarəsinə müraciət etməlidirlər. Belə ki, qara siyahıya düşən ərazilərdəki ev sahibləri ildə üç ay orada yaşaya, qalan vaxtlarda isə mənzili kirayə verə bilərlər.

Türkiyədə daimi yaşamağa seçən ruslar isə ümidsizliyə qapılmırlar və hətta hakimiyyətin hərəkətlərində müəyyən üstünlüklər də görürlər.
Onlar "ölkəsindən baş götürüb qaçan təsadüfi adamlar indi Türkiyəni sığınacaq kimi görməyəcəklər. Onlar azaldıqca, anormal qiymətlər də öz yerinə düşəcək" deyirlər./Musavat


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2096   Tarix: 10 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ərdoğanın Şuşadan dünyaya verdiyi mesajlar: Azərbaycan-Türkiyə birliyi sarsılmaz strateji reallıqdır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 noyabr 2026-cı il tarixində Zəfər Günü münasibətilə Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə keçirdiyi görüş, ardınca mətbuata verdikləri bəyanatlar iki qardaş ölkə arasındakı münasibətlərin siyasi və strateji mahiyyətini bir daha nümayiş etdirdi

12:19 239
.

Dövlət Bayrağımız - milli kimliyimizin, müstəqilliyimizin və qalib dövlətçilik iradəmizin əbədi rəmzi

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini, milli-mənəvi dəyərlərini, azadlıq və müstəqillik uğrunda mübarizəsini özündə ehtiva edən müqəddəs dövlət rəmzidir. Üçrəngli bayrağımızın tarixi Azərbaycanın milli dövlətçilik tarixinin ayrılmaz tərkib hissəsi olmaql

15:07 140
.

İlham Əliyevin Zəfər Günü müraciəti: Xankəndidən dünyaya verilən güclü Azərbaycan mesajı

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, tarixi ədalətin və dövlətçilik iradəsinin təntənəsidir. Prezident İlham Əliyevin 2026-cı il noyabrın 8-də Xankəndi şəhərindən Azərbaycan xalqına ünvanladığı müraciət isə bu möhtəşəm tarixi Qələbənin siyasi, hərbi və mənəvi əhəmiyyətini bir dah

10:57 193
.

Bakıda yeni alınan avtomobilin üstünə qaz borusu aşdı

Bakının Köhnə Suraxanı qəsəbəsində küləkli hava şərəiti səsəbilə ağac aşıb. "Qafqazinfo" xəbər verir ki, hadisə zamanı ağac qaz borusunun üzərinə düşüb. Boru isə yaxınlıqda park edilmiş avtomobilin üzərinə düşüb. Məlumata görə, zərərçəkən avtomobilin sahibi maşını 15-20 gün əvvəl alıbmış. Qey

14:30 178
.

Tarixi müqavilənin bağlandığı yerdə üçrəngli bayraq

Türkiyənin Qars şəhərində yerləşən tarixi Qars qalasında 9 Noyabr-Bayraq Günü münasibətilə Azərbaycan bayrağı dalğalanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycanın Qarsdakı baş konsulu Qoşqar Zeynalov sosial şəbəkə hesabında paylaşım edib. Baş konsul üçrəngli bayrağımızın tarixi Qar

17:30 1
.

Tramp Putin və Si Cinpinlə gözlənilən görüşündən danışdı: "Maraqlı olacaq"

ABŞ Prezidenti Donald Tramp noyabrın 18-19-da Çində keçirilməsi nəzərdə tutulan Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində bu ölkənin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə görüşünü istisna etməyib. Prezidentin sözlərinə görə, digər məsələlərlə yanaşı

15:10 136
.

Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 9 Noyabr - Bayraq Günü münasibətilə sosial media hesablarında paylaşım edib. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

10:04 191
.

Mərdəkan şossesində qəza sıxlıq yaratdı

Xəzər rayonu, Mərdəkan şossesində baş verən yol-nəqliyyat hadisəsi olub. Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "Qafqazinfo"ya məlumat verilib. Bidlirilib ki, hadisə səbəbindən mərkəz istiqamətində nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir. Hazırda polis sıxlığı

15:20 147
.

İzmirdə fabrikdə partlayış olub, ölən və yaralananlar var

İzmirdə fabrikdə güclü partlayış baş verib. "NTV"nin xəbərinə görə, partlayış İzmirin Əliağa rayonunda yerləşən dəmir-polad fabrikində qeydə alınıb. Partlayışın ardınca ərazidə böyük yanğın başlayıb. İlkin məlumata görə, çoxsaylı ölü və yaralı var

14:41 144
.