Ödənişi bitməyən kredit kartları: Maliyyəyə yanaşmanın planlaşdırılması vacibliyi

Ödənişi bitməyən kredit kartları: Maliyyəyə yanaşmanın planlaşdırılması vacibliyiÖtən ilin sonuna olan məlumata görə, ölkədə 1 milyon 395 min kredit kartı var idi. Bu ilin aprel ayında isə bu rəqəm 1 milyon 521 min olub. Ümumilikdə, kredit kartlarından istifadə günü-gündən geniş yayılır. Ancaq bunun fonunda kredit kartı istifadəçiləri narazılıqlarını da tez-tez dilə gətirirlər. Bu günlərdə biri yazmışdı: "Kredit kartım artıq məni bezdirib, anlamıram. Dəhşətli dərəcədə pul tutulur". Bu kartlardan istifadə edənlərdən tez-tez "Ödə-ödə bitmir", "Kredit kartları cibimizdən oğurluq edir" kimi fikirlər eşidirik. Problem nədədir? Kredit kartlarında maksimum faiz 25-26-dır. Ancaq insanlarda belə təəssürat var ki, ödədikləri məbləğ bankın təyin etdiyi 25-26 faizdən də yüksəkdir. Elədirmi?

Mövzu ilə bağlı "Kaspi" qazetində məqalə dərc olunub.

Maliyyə və bank məsələləri üzrə ekspert Xəyal Məmmədli deyir ki, kredit kartları bir kredit xəttidir. Kredit xətlərində borcun ödənilməsinə yanaşma kreditlərdən fərqlidir:

"Kredit budur ki, bank müştəriyə nağd pul verir. Sonra ödəmə üçün qrafik təyin edir. O qrafikdə həm əsas borcla bağlı ödəmə təyin edilir, həm də faiz borcundan ödəmə. Bir də var kredit xətləri. Kredit xətləri o deməkdir ki, bank sizə kredit verir və deyir ki, hər ay banka borcunuzun aylıq faizini ödəyirsiniz, əsas borcu isə təyin edilən müddətin sonuna qədər ödəyə bilərsiniz. 1000 manatlıq kredit xəttiniz varsa, onun bu ay üçün faizi 50 manatdırsa, bank yalnız aylıq ödəniş olaraq sizdən onu tələb edir. Kredit kartı dediyimiz, əslində, plastik kart vasitəsilə müştəriyə verilən kredit xəttidir. Yəni kredit kartlarında bankın bizə aylıq ödəniş olaraq təyin etdiyi məbləğ borcumuza o ay üçün hesablanan faizin məbləğidir. Əsas ödənişi kredit kartının müddəti nə qədərdirsə, o vaxta qədər ödəmək imkanı verir. Yalnız bir halda əsas borcun ödənilməsi tələbi yaranır. Məhsul alanda ödənişi aylığa böldürübsünüzsə, o məbləğ də aylıq faizin üzərinə əlavə edilir. Başqa halda siz kartdan pul çəkib xərcləyibsinizsə, yaxud onlayn alış-veriş edibsinizsə, borcunuz yaranıbsa, onu bölüb aylıq ödəniş olaraq sizə göndərmirlər, yalnız faizini istəyirlər".

X.Məmmədli deyir ki, kredit xətlərində hər ay yalnız borcun faizini qaytarırıqsa, deməli, borcumuz azalmır:

"Banklarda kreditlər qalığa hesablanır. Kreditlərdə hər ay əsas borcdan da ödəniş edirsən. Ona görə də, növbəti ay üçün borc məbləğin və borc faizin azalır. Kredit kartında isə sizdən faizi tələb edir. Əsas borcu istəmir deyə (taksitlə almayıbsınızsa), növbəti ay da borcunuz, təxminən dəyişməz qalır və yenə faiz ödəyirsiniz. Götürdüyünüz 1000 manatı qaytarmırsınızsa, yalnız faizini ödəyirsinizsə, banka borc məbləğiniz azalmır. Bu o deməkdir ki, kart vasitəsilə götürülən kreditlərdə faiz daha çox hesablanmış olur. Əsas borcun azalması, bağlanması, faizin azalması üçün minimum məbləğdən çox ödənilməsi lazımdır".

Ekspert bildirdi ki, kredit kartı istifadəçiləri artıq faiz ödəməmək üçün bankların təqdim etdiyi güzəşt imkanından istifadə etsinlər:

"Bankların əksəriyyətinin kredit kartında güzəşt müddəti var. Siz onlayn ödəniş edərək nə isə alırsınız. 40, ya 60 gün ona faiz hesablanmır. O müddətə qədər kredit kartından xərclədiyiniz pulu geri qaytarsanız, daha planlı olar. Faizsiz istifadə etmək istəyənlər bunu diqqətdə saxlaya bilərlər. Oradan xərcləsinlər, maaş alanda geri qaytarsınlar".

Bir dəfə bankdan kredit kartı alanda bank əməkdaşı "sizə nağd pul lazımdırsa, kredit daha sərfəlidir, kredit kartı yox" demişdi. Bank məsələləri üzrə ekspert Əkrəm Həsənovun sözlərinə görə, kredit kartlarını onlayn ödənişlər üçün istifadə etmək yaxşıdır. Nağdlaşdıranda daha çox pul itiririk:

"Kredit kartındakı pulu nağdlaşdırmaq sərfəli deyil. Hər bir bankın kredit kartındakı pulun nağdlaşdırılması üçün komisyon haqqı var. Bankdan nağd kredit götürəndə də komisyon haqqı ödəməli oluruq. Çünki banklar da nağd pulu Mərkəzi Bankdan komisyon haqq ödəməklə götürürlər. Nağd pul lazım deyilsə, kredit kartını onlayn ödənişlər üçün istifadə etmək məsləhətdir".

Ə.Həsənov bildirdi ki, kredit kartlarına yanaşmada maliyyə planlaması olmalıdır:

"Debet kartları belədir ki, vətəndaş öz vəsaitini karta yerləşdirir və sonra ondan istifadə edir. Kredit kartında isə bank karta müəyyən bir məbləğ yerləşdirib kredit olaraq sənə verir və onu xərcləyirsən. Hər ikisində maliyyəyə yanaşma planlı olmalıdır. Kredit kartlarında problem yoxdur. Vətəndaşlar əksər hallarda ayaqlarını yorğanlarına görə uzatmırlar. Hamıya aid deyil, bəzilərinə, doğrudan da, pul lazımdır. Amma bir çox insana kredit kartı lazım deyil. Telefonu, ya hansısa əşyanı dəyişmək, maşın almaq üçün istifadə edirlər. Yaxud kredit kartından pul çəkib gəzməyə gedirlər. Bir də baxırlar ki, borc yığılıb. Həyatın üçün çox da vacib deyilsə, alma. Kredit kartı deyil, elə kredit də götürüb onları etsəniz, yenə də borcunuz çox olacaq. Xərcləyərkən bunun borc olduğunu unutmamalısan".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1279   Tarix: 10 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ətin qiyməti YENİDƏN DƏYİŞDİ - Bazarda nə baş verir?

Ətin qiymətində növbəti bahalaşma istehlakçıların diqqətini yenidən bu məsələyə yönəldib. Son bir ildə ətin qiymətinin bir neçə dəfə artması artıq ciddi müzakirələrə səbəb olur. -a danışan iqtisadçı Emin Qəriblinin sözlərinə görə, qiymət artımına bir neçə amil təsir edir:. "Ölkəmizdə qoyun və ma

14:18 143
.

Kanaldan su götürərkən faciəvi şəkildə öldü

Tərtər rayonunda bir nəfər su kanalında boğulub. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Cəmilli kəndində qeydə alınıb. Kənd sakini, 65 yaşlı Ağa Məmmədov Soqovuşandan gələn beton kanaldan su götürmək istəyərkən ehtiyatsızlıqdan suya yıxılıb. Bir neçə saat sonra onun meyiti hadisə yerində

10:10 187
.

Sürücüsüz avtomobil qəza törətsə, məsuliyyəti kim daşıyacaq? - VƏKİLDƏN AÇIQLAMA

Azərbaycanda sürücüsüz nəqliyyat vasitələrinin tətbiqinə hazırlıq prosesi başlayır. Avtonom nəqliyyat sistemlərinin ölkədə mərhələli şəkildə tətbiqi üçün normativ-hüquqi, texnoloji və institusional bazanın yaradılması nəzərdə tutulur. Lakin sükan arxasında insanın olmadığı avtomobillərin yollarda hərəkət

28.08.2026 513
.

Dünyanın ən məşhur əti - XX əsrdə hamı ala bilmirdi

XX əsrin böyük hissəsi ərzində bahalı və yalnız azlıq üçün əlçatan olan toyuq əti XXI əsrdə dünyanın ən populyar ət növünə çevrilib. xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb. Nəşr müəyyən edib ki, son üç-dörd ildə dünyada toyuq əti istehsalının artım tempi yüksəlib və hazırd

28.08.2026 309
.

Yasamalda 18 yaşlı oğlan binadan yıxılıb öldü

Dünən Yasamal rayonunda dəhşətli hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, saat 14 radələrində Salyan rayon sakini 18 yaşlı Ş.Atayev Hüseyn Cavid prospekti 81 ünvanındakı binadan yıxılıb. Çoxmərtəbəli binanın 13-cü mərtəbəsinin girişindəki eyvandan yıxılan gənc hadisə yerində ölüb. Faktl

11:35 205
.

Geyimləri ilə gündəmə gələn Fidan müəllim SAXLANILDI

Türkiyədə geyim tərzi ilə diqqət çəkərək məşhurlaşan müəllim Fidan Atalay saxlanılıb. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Ankara Baş Prokurorluğu Atalayın "fidannatalay" adlı İnstaqram hesabında yayımladığı paylaşımları Türkiyə Cinayət Məcəlləsinin 226-c

14:26 258
.

Rusiya Kiyev və ətrafını 40 saatdır PUA-larla vurur

Rusiya ordusunun Kiyev və ətraf vilayətlərə PUA hücumlarının 40 saatdır davam etdiyi bildirilir. xəbər verir ki, bu barədə Ukraynanın Teleqram kanalları məlumat yayıb. Məlumata görə, ötən gündən etibarən Kiyevdə 21 dəfə hava həyəcanı siqnalı verilib. Bildirilir ki, hücumlar hələ də davam edir. Qeyd olunu

28.08.2026 264
.

Almaniyada PUA təhlükəsinə görə iki təyyarə digər hava limanlarına yönləndirilib

"Leypsiq-Halle" hava limanı yaxınlığında naməlum pilotsuz uçuş aparatı müşahidə edildikdən sonra iki təyyarənin istiqaməti dəyişdirilib. "Report" xəbər verir ki, bu barədə "Tagesschau" polisə istinadən məlumat yayıb. Leypsiq hava limanının yaxınlığında dron aşkar edilib

28.08.2026 226
.

ABŞ müttəfiqlərindən xəbərdarlıq: Hörmüz boğazında hələ də minalar qala bilər

ABŞ-ın müttəfiqləri Hörmüz boğazının tamamilə minalardan təmizləndiyinə şübhə edirlər. xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. Nəşrin məlumatına görə, ABŞ-ın bəzi müttəfiqləri gizli şəkildə Hörmüz boğazında hələ də minaların qala biləcəyi barədə xəbərdarlıq edirlər. Bu isə AB

10:03 138
.