Şri-Lanka prezidenti vəzifəsi ilə bağlı qərarını verdi

Şri-Lanka prezidenti vəzifəsi ilə bağlı qərarını verdiŞri-Lanka Prezidenti Qotabaya Rajapaksa istefaya getməyə hazır olduğu barədə Baş nazir Ranil Vikramasinqheni məlumatlandırıb.

Şənbə günü dövlət başçısının iqamətgahının ələ keçirildiyi və 100-dən çox insanın yaralandığı iğtişaşlar fonunda Rajapaksa iyulun 13-də vəzifəsini tərk edəcəyini bildirib. Onun harada olduğu isə hələ də məlum deyil.

Bundan əlavə, Şri-Lanka parlamentinin bir neçə deputatı Baş nazir Ranil Vikramasinqhedən hazırkı dövlət başçısı Qotabaya Rajapaksanın istefasından sonra ölkə prezidenti vəzifəsini tutmağı və iqtisadi böhranın həllini yarı yolda qoymamağı xahiş edib.

Vikramasinqhe hakimiyyətdə qalarsa, o, çərşənbə günü Rajapaksa istefa verdikdən sonra prezident kimi and içəcək və prezident seçkisinə qədər Beynəlxalq Valyuta Fondu ilə razılaşmanın yekunlaşdırılması və iqtisadiyyatın bərpası məsələlərini diqqətdə saxlayacaq.

Eyni zamanda Vikramasinqhenin yerinə yeni hökumət başçısının namizədliyinin adı açıqlanmır.

İyulun 9-da minlərlə etirazçı prezidentin istefası tələbi ilə Kolombo küçələrinə çıxıb. Onun iqamətgahını ələ keçirdikdən sonra etirazçılar Rajapaksa vəzifəsindən getməyənə qədər oranı tərk etməyəcəklərini bəyan ediblər. Fəallar həmçinin Vikramasinqhenin iqamətgahını da zəbt ediblər və o da istefa vermək niyyətində olduğunu açıqlayıb.

Etirazçıların narazılığına ölkədə iqtisadi vəziyyətin pisləşməsi səbəb olub. Vikramasinqhe əvvəllər açıqlama verib ki, onun ölkəsi müasir tarixin ən pis böhranı ilə üz-üzədir. Hökumət başçısının qeyd etdiyi kimi, respublikada xarici valyuta, yanacaq və neft məhsulları, gübrələr, əhalinin müəyyən qrupları üçün məhsullar, dərman preparatları ilə bağlı ciddi qıtlıq yaşanır. O hesab edir ki, iqtisadi böhrandan tam çıxmaq üçün üç il və ya daha çox vaxt lazımdır


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 689   Tarix: 11 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ərdoğanın Şuşadan dünyaya verdiyi mesajlar: Azərbaycan-Türkiyə birliyi sarsılmaz strateji reallıqdır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 noyabr 2026-cı il tarixində Zəfər Günü münasibətilə Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə keçirdiyi görüş, ardınca mətbuata verdikləri bəyanatlar iki qardaş ölkə arasındakı münasibətlərin siyasi və strateji mahiyyətini bir daha nümayiş etdirdi

12:19 239
.

Dövlət Bayrağımız - milli kimliyimizin, müstəqilliyimizin və qalib dövlətçilik iradəmizin əbədi rəmzi

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini, milli-mənəvi dəyərlərini, azadlıq və müstəqillik uğrunda mübarizəsini özündə ehtiva edən müqəddəs dövlət rəmzidir. Üçrəngli bayrağımızın tarixi Azərbaycanın milli dövlətçilik tarixinin ayrılmaz tərkib hissəsi olmaql

15:07 140
.

İlham Əliyevin Zəfər Günü müraciəti: Xankəndidən dünyaya verilən güclü Azərbaycan mesajı

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, tarixi ədalətin və dövlətçilik iradəsinin təntənəsidir. Prezident İlham Əliyevin 2026-cı il noyabrın 8-də Xankəndi şəhərindən Azərbaycan xalqına ünvanladığı müraciət isə bu möhtəşəm tarixi Qələbənin siyasi, hərbi və mənəvi əhəmiyyətini bir dah

10:57 193
.

Bakıda yeni alınan avtomobilin üstünə qaz borusu aşdı

Bakının Köhnə Suraxanı qəsəbəsində küləkli hava şərəiti səsəbilə ağac aşıb. "Qafqazinfo" xəbər verir ki, hadisə zamanı ağac qaz borusunun üzərinə düşüb. Boru isə yaxınlıqda park edilmiş avtomobilin üzərinə düşüb. Məlumata görə, zərərçəkən avtomobilin sahibi maşını 15-20 gün əvvəl alıbmış. Qey

14:30 178
.

Tarixi müqavilənin bağlandığı yerdə üçrəngli bayraq

Türkiyənin Qars şəhərində yerləşən tarixi Qars qalasında 9 Noyabr-Bayraq Günü münasibətilə Azərbaycan bayrağı dalğalanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycanın Qarsdakı baş konsulu Qoşqar Zeynalov sosial şəbəkə hesabında paylaşım edib. Baş konsul üçrəngli bayrağımızın tarixi Qar

17:30 1
.

Tramp Putin və Si Cinpinlə gözlənilən görüşündən danışdı: "Maraqlı olacaq"

ABŞ Prezidenti Donald Tramp noyabrın 18-19-da Çində keçirilməsi nəzərdə tutulan Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində bu ölkənin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə görüşünü istisna etməyib. Prezidentin sözlərinə görə, digər məsələlərlə yanaşı

15:10 136
.

Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 9 Noyabr - Bayraq Günü münasibətilə sosial media hesablarında paylaşım edib. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

10:04 191
.

Mərdəkan şossesində qəza sıxlıq yaratdı

Xəzər rayonu, Mərdəkan şossesində baş verən yol-nəqliyyat hadisəsi olub. Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "Qafqazinfo"ya məlumat verilib. Bidlirilib ki, hadisə səbəbindən mərkəz istiqamətində nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir. Hazırda polis sıxlığı

15:20 147
.

İzmirdə fabrikdə partlayış olub, ölən və yaralananlar var

İzmirdə fabrikdə güclü partlayış baş verib. "NTV"nin xəbərinə görə, partlayış İzmirin Əliağa rayonunda yerləşən dəmir-polad fabrikində qeydə alınıb. Partlayışın ardınca ərazidə böyük yanğın başlayıb. İlkin məlumata görə, çoxsaylı ölü və yaralı var

14:41 144
.