İranla sərhəddə DSX-nin MAXE-ləri saxlanıldılar: Mina əvəzinə narkotik yığırmışlar

İranla sərhəddə DSX-nin MAXE-ləri saxlanıldılar: Mina əvəzinə narkotik yığırmışlarDövlət Sərhəd Xidmətinin əməliyyat-axtarış orqanları tərəfindən keçirilmiş uğurlu əmə­liyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz döv­riyyəsi ilə məşğul olan cinayətkar dəstənin üzvləri saxlanılıblar.

DSX-dan verilən xəbərə görə, iyul ayının 21-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının "Horadiz" sər­həd dəstəsinin Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən sərhəd zasta­vasının xidməti sahəsində sərhədboyu zolağa baxış zamanı naməlum şəxslər tərəfindən ərazidə giz­lədilmiş dörd bağlama aşkar olunub.

Dərhal bağlamaların aşkar olunduğu ərazi tam qapadılıb, mümkün hərəkət mar­şrut­ları nəzarətə götü­rülüb, həmin istiqamətdə əlavə sərhəd naryadlarının xidməti təşkil olun­ub. Saat 20 radələrində əraziyə gəlməklə bağlamaları götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edən dörd nəfər sərhəd naryadları tərəfindən saxlanılıb.

Tutulmuş şəxslərin şəxsiyyəti araşdırılıb, işğaldan azad olunmuş sərhədyanı ərazi­lərin minalardan təmizlənilməsi tap­şı­rığını yerinə yetirən Dövlət Sərhəd Xidmətinin müd­dət­dən artıq hərbi qulluqçuları olmaları müəyyən edil­ib. Fakt üzrə həyata keçirilmiş təxirə­salınmaz əməliyyat tədbirləri nəticəsində cinayətin təşkilatçısı olan Azərbaycan Respublikasının vətəndaşı, Bərdə rayon sakini, 1998-ci il təvəl­lüdlü Xəlili Hikmət Həsən oğlu saxlanılıb.

Hadisə yerində götürülmüş bağlamalarda ümumi çəkisi 95 kq 700 qram olan narkotik vasitəyə (87 kq 700 qram marixuana, 7 kq 600 qram heroin, 400 qram metamfetamin) və psixotrop tərkibli dərmanlara ("Metadon-40" 1980 həb və "Preqobalin-150" 12465 həb) bənzər maddələrin olması müəyyənləşdirilib.

Cinayət hadisəsinin digər iştirakçılarının müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respubli­kasının Dövlət Sərhəd Xidməti tərəfindən zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1610   Tarix: 22 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı

12:47 179
.

9 Noyabr - Dövlət Bayrağı Günü: Üçrəngli bayrağımız müstəqilliyimizin və milli qürurumuzun rəmzidir

9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli qürurunu, dövlətçilik ənənələrini və müstəqillik iradəsini özündə əks etdirən mühüm tarixi gündür. Üçrəngli bayrağımız xalqımızın azadlıq mübarizəsinin, milli birliyinin, suverenliyinin və gələcəyə inamının rəmzidir. Bu bayraq Azərbaycanın tarixini

10:07 205
.

Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar

9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü

11:52 184
.

Mingəçevirdə gənc bıçaqlanıb

Mingəçevir şəhərində bıçaqlanma hadisəsi olub. xəbər verir ki, 199-cu il təvəllüdlü Elgün Rzayev bıçaq xəsarəti ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. İlkin məlumata əsasən, onu bıçaqlayan şəxsin 1991-ci il təvəllüdlü Vüsal Kazımlı olduğu deyilir. Faktla bağlı araşdırma başlanılıb

14:10 143
.

İlham Əliyevin Zəfər Günü müraciəti: Xankəndidən dünyaya verilən güclü Azərbaycan mesajı

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, tarixi ədalətin və dövlətçilik iradəsinin təntənəsidir. Prezident İlham Əliyevin 2026-cı il noyabrın 8-də Xankəndi şəhərindən Azərbaycan xalqına ünvanladığı müraciət isə bu möhtəşəm tarixi Qələbənin siyasi, hərbi və mənəvi əhəmiyyətini bir dah

10:57 187
.

Maşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində avtomobillə səyahət edənlərə xəbərdarlıq edib. BİG.AZ xəbər verir ki, xəbərdarlıq deyilir:. "Bayramla əlaqədar qeyri-iş günlərində ölkə ərazisində avtomobillə səyahətlərin sayı artıb. Təəssüf ki, bu artım həm də bölgələrdə baş verən yol-nəqliyya

11:33 175
.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

08.11.2026 303
.

Putin, Tramp və Si Cinpin arasında mümkün görüşün gündəliyi müzakirə olunur

Rusiya, ABŞ və Çin Vladimir Putin, Donald Tramp və Si Cinpin arasında APEC sammiti çərçivəsində mümkün görüşün gündəliyi ilə bağlı fikir mübadiləsi aparırlar. APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Rusiya prezidentinin mətbuat katibi qeyd edi

14:00 131
.

İlham Əliyevin Zəfər Günü müraciəti: Azərbaycan tarixinin şanlı Qələbəsinə siyasi və mənəvi baxış

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin bərpasının rəmzidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı müraciət bu tarixi Qələbənin əhəmiyyətini, Azərbaycanın keçdiyi çətin v

14:01 134
.