Şuşada "Mediada qlobal trendlər, yeni çağırışlar" Beynəlxalq Media Forumu yekunlaşıb
22 iyul-Milli Mətbuat Günündə Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə ilk dəfə Şuşa şəhərində keçirilən "Mediada qlobal trendlər, yeni çağırışlar" Beynəlxalq Media Forumu yekunlaşıb.
Forumda "Yeni media jurnalistikasına keçid: konvergensiya və yeni imkanlar", "Media etikası: Rəqəmsal mühitdə jurnalistlərin peşə davranışı", "Azərbaycan Mətbuatında Şuşa izi", "Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivləri" mövzularını əhatə edən ümumi 4 paneldə iştirakçılar müzakirələr edib, fikir mübadiləsi aparıblar.
"ASAN Radio"nun direktoru Emin Musəvinin moderatorluğu ilə "Yeni media jurnalistikasına keçid: Konvergensiya və yeni imkanlar" mövzusunda keçirilən ilk panel sessiyasında ənənəvi medianın problemləri və yeni mediaya inteqrasiyanın zəruriliyi, yaranan yeni imkanların və mediada yeni tendensiyaların qlobal və yerli konteksdə təhlili, yeni medianın ənənəvi informasiya sənayesinin obyektiv transformasiya prosesinə təsiri və digər məsələlər müzakirə olunub.
Mediada plüralizm - media sahəsində uğurlu beynəlxalq təcrübələrin müxtəlif mövqelərinin yerli tətbiqi imkanlarının araşdırılması, medianın dövrün yaratdığı yeni tendensiyalarla üzləşməsi, media etikasının aktual problemləri kimi məsələlər "Media etikası: Rəqəmsal mühitdə jurnalistlərin peşə davranışı" mövzusunda ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media Proqramının direktoru Şəfəq Mehrəliyevanın moderatorluğu ilə keçirilən 2-ci panel sessiyasının müzakirəsinin mövzusu olub.
Milli Məclisin deputatı, "AZERNEWS" qəzetinin baş redaktoru Sevil Mikayılovanın moderatoru olduğu "Azərbaycan mətbuatında Şuşa izi" mövzusunda 3-cü panel sessiyasının iştirakçıları Vətən Müharibəsi dövründə Azərbaycan mətbuatının rolunu müzakirə ediblər.
Azərbaycan Türkiyə media platforması, Türk Dövlətləri Təşkilatı çərçivəsində media əməkdaşlığı, tərəfdaşlığın gücləndirilməsi, Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivləri, birgə araşdırmalar və layihələr, qəbul edilmiş qərarların icrasına dair müzakirələr "Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivləri" mövzusunda sonuncu sessiyada müzakirə olunub. Panelə ADA Universitetinin Siyasi Tədqiqat və Nəşrlər üzrə direktoru Damyan Krneviç Mişkoviç moderatorluq edib.
Daha sonra iştirakçıların sualları çıxışçılar tərəfindən cavablandırılıb.
Forumda beynəlxalq təşkilatların rəsmiləri, yerli media və ictimaiyyət nümayəndələri, dünyanın müxtəlif ölkələrinin media nümayəndələri və ekspertləri iştirak ediblər.
Beynəlxalq Media Forumun əsas məqsədi media sahəsində müxtəlif tendensiyaların qlobal və yerli konteksdə təhlili, aktual məsələlər ətrafında bilik və təcrübə mübadiləsinin təşviqi, həmçinin yerli və xarici media nümayəndələri və subyektləri arasında əməkdaşlığın genişləndirilməsidir.




BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 689 Tarix: 23 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş9 Noyabr - Dövlət Bayrağı Günü: Üçrəngli bayrağımız müstəqilliyimizin və milli qürurumuzun rəmzidir
9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli qürurunu, dövlətçilik ənənələrini və müstəqillik iradəsini özündə əks etdirən mühüm tarixi gündür. Üçrəngli bayrağımız xalqımızın azadlıq mübarizəsinin, milli birliyinin, suverenliyinin və gələcəyə inamının rəmzidir. Bu bayraq Azərbaycanın tarixini
10:07 203 40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Azər-Türk Bank" ASC-nin 40 yaşlı əməkdaşı Yasən Məmmədov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, Y.Məmmədov futbol oyunu zamanı ürəktutmadan dünyasını dəyişib. Məlumata görə, o, Şuşa şəhərindən məcburi köçkün olub və Bakıda müvəqqəti məskunlaşıb. Mərhumun atası Tərxan Məmmədov Birinc
08.11.2026 472 Ərdoğan: "Gələn il Ağdamda İlham qardaşımla birlikdə məktəbin açılışını edəcəyik" - Video
"Ən son Cəbrayılda "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi" və "Ağıllı Tingçilik" Müəssisəsini yaratmağın qürurunu yaşadıq. Kənd təsərrüfatı və Meşəçilik Nazirliyimizin töhfələri ilə qurulan bu müəssisə Türkiyə-Azərbaycan əməkdaşlığının yeni bir göstəricisi olmuşdur"
08.11.2026 348 Konqoda vəba epidemiyası: Yoluxanların sayı 60 mini ötdü
Konqo Demokratik Respublikasının (KDR) şərqində davam edən böyük vəba epidemiyası nəticəsində cari ilin əvvəlindən bəri yoluxanların sayı 60 mini ötüb. -ın xəbərinə görə, bu barədə RFI radiostansiyası məlumat verib. Bildirilib ki, xəstəliyin yayılması ilə əlaqədar KDR və qonşu Konqo Respublikasının hakimiyyə
15:30 1 İlham Əliyevin Zəfər Günü müraciəti: Azərbaycanın tarixi Qələbəsi və yeni geosiyasi reallıqların siyasi təhlili
8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, milli dövlətçilik iradəsinin, siyasi qətiyyətin və hərbi qüdrətin təntənəsidir. Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı müraciət bu tarixi hadisənin yalnız keçmişin qürur mənbəy
11:13 174 "Eşq olsun Azərbaycan Bayrağına!" - Video
Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım edilib. "Qafqazinfo" paylaşımı təqdim edir:. "Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan Bayrağı dalğalanır! Eşq olsun Azərbaycan Bayrağına. Paylaşımı buradan izləyin
10:00 188 Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Xalq artisti Aygün Kazımova meyxanaçı Namiq Qaraçuxurlunu doğum günü münasibətilə təbrik edib. Axşam.az xəbər verir ki, Pop kraliça sənət dostu ilə bağlı paylaşım edərək ona xoş arzularını çatdırıb. Aygün Kazımova Namiqə "Ömür boyu duet ortağım, ad günün mübarək!" sözlərini ünvanlayıb
10:40 233 Zəfərdən suverenliyə, suverenlikdən qüdrətli gələcəyə: Prezident İlham Əliyevin müraciətinin siyasi və tarixi mesajları
Azərbaycan xalqının dövlətçilik tarixində 8 Noyabr - Zəfər Günü milli iradənin, siyasi qətiyyətin, hərbi qüdrətin və tarixi ədalətin təntənəsi kimi xüsusi yer tutur. Bu günün əhəmiyyəti yalnız 44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm Qələbə ilə məhdudlaşmır. Zəfər Azərbaycanın uzun illər dava
11:37 153 Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar
00:08 326