"Düşünmürlər ki, başlarını bəlaya salırlar" - Nigar Şabanova

"Düşünmürlər ki, başlarını bəlaya salırlar" - Nigar ŞabanovaƏməkdar artist Nigar Şabanova hərbi qulluqçuların TikTok-da canlı yayıma çıxmaları səbəbindən ordu sıralarından xaric edilmələrinə münasibət bildirib.

Axşam.az xəbər verir ki, sənətçi bu addımın doğru olduğunu vurğulayıb. O, hərbçiləri bu tip hərəkətlərdən çəkinməyə çağırıb:

"Düz ediblər, digərlərinə də dərs olsun. Bəziləri xidmət yox, qız ovundadır. Düşünmürlər ki, başlarını bəlaya salırlar. Analarınıza, cavan canınıza yazığınızı gəlsin. Ümidimiz sizsiniz. Peşənizi dəyərdən salmayın. Siz ən uca peşənin sahiblərisiniz, baş tacımızsınız. Hansısa səviyyəsini itirən qızlara özünüzü reklam edəcəksiniz deyə can qoyduğunuz işinizdən olmayın".

Qeyd edək ki, kiçik çavuş Fərəcov Sənan Məhəmməd oğlu və əsgər Bayramlı Yusif Eldar oğlunun Müdafiə Nazirliyi rəhbərliyinin müvafiq əmr və sərəncamlarına zidd olaraq xidmət zamanı smartfon tipli telefonlardan istifadə etmələri və xidmətə aid foto-video görüntüləri şəxsi sosial şəbəkə hesablarında paylaşmaları aşkar edilib. Bu səbəbdən onlar xidməti uyğunsuzluğa görə ordu sıralarından çıxarılıb.

Onu da qeyd edək ki, N.Şabanovanın həyat yoldaşı Xəyyam da hərbçidir.

"Düşünmürlər ki, başlarını bəlaya salırlar" - Nigar Şabanova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1548   Tarix: 03 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

15 il sonra "Harri Potter"dəki roluna qayıdır

Britaniyalı aktyor Rupert Qrint 15 ildən sonra "Harry Potter"də canlandırdığı məşhur "Ron Uizli" obrazına qayıdacaq. Axşam.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb. Aktyor "Harry Potter and the Cursed Child" tamaşasının Brodvey heyətinə qoşulub

22:30 1
.

"İşə düzəldəcəyəm" dedi, 14 500 manat aldı - Tosif Məmmədovla bağlı iddia

Azərbaycanda işədüzəltmə adı ilə vətəndaşın 14.500 manatı mənimsənilib. Bunu -a müraciət edən T.Ə adlı xanım bildirib. Şikayətçinin sözlərinə görə, hadisə Məmmədov Tosif Rasim oğlu ilə bağlıdır. Xanımın təqdim etdiyi müraciətdə qeyd olunur ki, Tosif Məmmədov müəyyən şəxslərlə əlaqələrinin olduğunu v

10:51 335
.

Rəqəmsal mühit genişlənir: iqtisadiyyat və əmək bazarında nələr dəyişir?

"Rəqəmsallaşmanın və rəqəmsal mühitin genişlənməsi iqtisadiyyatın və cəmiyyətin inkişafına əhəmiyyətli təsir göstərən əsas amillərdən birinə çevrilib. Rəqəmsal texnologiyaların tətbiqi istehsalın səmərəliliyini artırır, məhsul və xidmətlərin keyfiyyətini yüksəldir, vaxt və resurslara qənaət etməy

14:35 165
.

Dünənki güclü küləyə görə 2 qadın xəsarət alıb

Ötən gün küləkli hava şəraiti ilə əlaqədar baş vermiş hadisələr nəticəsində iki nəfər xəsarət alıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Belə ki, saat 20:20-də 17.09.1952-ci il təvəllüdlü qadın güclü külək səbəbindən yıxılaraq xəsarət alıb. Zərərçəkən tibb

11:31 191
.

Kolumbiyada meşə yanğınları 50 min hektar ərazini məhv edib

Kolumbiyanın Tolima bölgəsində baş verən meşə yanğınları geniş ərazidə ciddi fəsadlara səbəb olub. Yerli KİV-in məlumatına görə, yanğınlar nəticəsində ümumilikdə 50 min hektardan çox ərazi zərər görüb. Bunun 28 min hektarını kənd təsərrüfatı və heyvandarlıq üçün istifadə olunan sahələr təşkil edir. Preziden

20:45 1
.

11 il məktəb, amma minimum balı toplamaq mümkün olmadı - Səbəb nədir?

"28 min abituriyentin müsabiqədən kənarda qalmasının əsas səbəbi onların müsabiqədə iştirak üçün tələb olunan minimum balı toplaya bilməməsidir. Bu rəqəm, ilk növbədə, orta məktəbdə verilən biliklərlə ali məktəblərə qəbul imtahanının tələbləri arasında ciddi fərqin olduğunu göstərir". Bun

11:26 224
.

Sabah referendum olacaq

Avqustun 29-da İslandiyada referendum keçiriləcək. xarici KİV-ə istinadən xəbər verir ki, səsvermə zamanı ölkə vətəndaşları Avropa İttifaqına üzvlüklə bağlı danışıqların Brüssellə yenidən bərpa olunub-olunmamasına münasibət bildirəcəklər. Səsvermə ərəfəsində aparılan sorğulara görə, İslandiya vətəndaşlarını

21:30 1
.

Dubayda qəribə görünən qadağalar: bu barədə heç düşünmüsünüz

Birləşmiş Ərəb Əmirlikləri dünyəvi qanunvericiliklə yanaşı, İslamın təsir etdiyi normaların da mövcud olduğu bir ölkədir. Xüsusilə, yerli əhali İslamın müqəddəs mətnlərinə - Quran və Sünnəyə əsaslanan qaydalara riayət edir. Bu qaydalara, digər şeylərlə yanaşı, dini liderlərə, ümumiyyətlə, İslama hörmə

19:45 2
.

Sürücüsüz avtomobil qəza törətsə, məsuliyyəti kim daşıyacaq? - VƏKİLDƏN AÇIQLAMA

Azərbaycanda sürücüsüz nəqliyyat vasitələrinin tətbiqinə hazırlıq prosesi başlayır. Avtonom nəqliyyat sistemlərinin ölkədə mərhələli şəkildə tətbiqi üçün normativ-hüquqi, texnoloji və institusional bazanın yaradılması nəzərdə tutulur. Lakin sükan arxasında insanın olmadığı avtomobillərin yollarda hərəkət

16:21 343
.