Satıcı qızın əri aptek müdirini bıçaqlayıb - Bakıda ƏDV fırıldağı

Satıcı qızın əri aptek müdirini bıçaqlayıb - Bakıda ƏDV fırıldağıBakıda aptek müdirini və onun otağında olan şəxsi bıçaqlayan yeznə və qayını məhkəmə qarşısına çıxarılıb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Xətai Rayon Məhkəməsində barələrində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq-silah qismində əşya tətbiq etməklə) maddəsi ilə iş açılmış 25 yaşlı Mehdixan Ağayev və onun qayını Ramil Salmanova hökm oxunub. Mehdixan 2 il 6 ay, Ramil isə 2 il müddətə həbs cəzasına məhkum edilib.

Məhkəmə araşdırması zamanı bildirilib ki, hadisə bir neçə ay əvvəl Xətai rayonu M.Hadi küçəsində yerləşən "Natural" aptekdə baş verib.

Aptekin müdiri Azər Qulamov (bütün soyadlar şərtidir) realda olduğundan qat-qat çox satışın olduğunu görərək araşdırma aparıb və aptekdəki kameraları yoxlayıb. Bu zaman məlum olub ki, aptekin ətriyyat bölməsində satıcı işləyən Günel Ağayeva özbaşına olaraq post-terminal vasitəsilə alış-veriş olmadığı halda çoxsaylı satış çekləri çıxarıb. O, həmin çeklər vasitəsilə öz telefonuna yazdığı proqrama ƏDV-nin müəyyən edilmiş hissəsini geri qaytarıb. Bundan sonra aptek müdiri satıcını çağıraraq məsələni araşdırmaq istəyib.

Azər Qulamov ifadəsində deyib: "Aptekdə işləyən Günelin əmək müqaviləsi olmadığından ondan dəfələrlə şəxsiyyət vəsiqəsi tələb edilsə də, əvvəlcə vəsiqəsinin rayonda olduğunu deyirdi, daha sonra vəsiqəni gətirsə də, bir həftədən sonra xəstəliyi ilə əlaqədar müalicə almaq üçün gedəcəyini, qayıtdıqdan sonra əmək müqaviləsi bağlayacağını bildirdiyindən onunla razılaşdım. Bir qədər sonra apteklər şəbəkəsinin baş ofisindən zəng edib burada avtomobil satıb-satmamağımızı soruşaraq gün ərzində reallıqda satılmamış mallardan 30 000-75 000 manat olmaqla ümumilikdə 670 000 manat dəyərində kassa çekinin vurulduğunu bildirdilər.

Kamera görüntüləri vasitəsilə məsələni araşdıraraq həmin çeklərin kassada işləyən işçinin fasilədə olduğu vaxtlarda Günel tərəfindən vurulduğunu müəyyən etdim. Onu çağıraraq bu hərəkətin ayıb olduğunu, keçən ayın vergilərini artıq ödədiyimizi, bizə böyük ziyan dəydiyini, lakin bu ayın ödənişi üçün çekləri qaytardığı təqdirdə həmin ödənişləri geri qaytara biləcəyimi və bu məsələnin bitəcəyini bildirdim. Günel dediklərimi inkar etdi, kamera görüntülərini göstərib çeklərdən telefona bonusların gəldiyini dedim. Günel telefonu stolun üstünə qoyaraq baxmağı təklif etdi və heç bir bonusun olmadığını dedi. Həmin vaxt digər işçilər Günelin telefonunu tanıdıqlarından təqdim etdiyinin onun telefonu olmadığını və həmin telefonu yeni işlətməyə başladığını bildirdilər. İşçilər də Günelə videogörüntülərdəkinin onun olduğunu, kassadan satılmamış dərmanların çeklərini vurduğunu, etdiyi əməlin cinayət olduğunu bildirdikdən sonra Günel qaçıb getdi. Mən aptekdən çıxdıqdan sonra Günelin əri zəng edərək telefonu istədikdə ona aptekdə olmadığımı, məsələnin telefonda həll edilə biləcək məsələ olmadığını dedim".

Bundan 1 gün sonra aptek müdiri işə gəldikdən sonra Günelin əri Mehdixan və qardaşı Ramil oraya gəlib. Azər həmin şəxslərə satıcının etdiyi hərəkətə görə 8 min manatadək əlavə pul ödəməli olduqlarını deyib və çeklərin geri qaytarılması təqdirdə bu məsələnin həll edilə biləcəyini deyib. Lakin həmin şəxslər israrla Günelə məxsus olan "Samsung" markalı telefonu tələb ediblər və münaqişə yaradıblar. Münaqişə zamanı Mehdixanla Ramil aptek müdirinə və onun otağında olan Natiq adlı şəxsə xəsarətlər yetirərək qaçıblar. Aptek işçiləri tərəfindən ilki tibbi yardım göstərildikdən sonra hər iki şəxs xəstəxanaya çatdırılıblar.

Məhkəmədə Azər Qulamov təqsirləndirilən şəxslərlə barışmadığını, ona dəymiş maddi ziyanın ödənilmədiyini, səhhətinin yenə pisləşdiyini və yenidən əməliyyat olunmalı olduğunu bildirib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1710   Tarix: 12 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İraqda "Kətaib Hizbullah" liderinin oğlunun həbsinə order verilib

İraqın məhkəmə orqanları "Kətaib Hizbullah" qruplaşmasının baş katibi Əbu Hüseyn əl-Həmidavinin oğlunun həbsinə order verib. "Report" "Al Hadath"a istinadən xəbər verir ki, order Bağdadın Əl-Bələdiyyat rayonunda yaşayan, 1994-cü il təvəllüdlü Əl-Hüseyn Möhsün Əhməd Fərə

08.11.2026 263
.

Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Azərbaycan Prezidenti İlha

08.11.2026 297
.

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Kamboca Kralı Norodom Sihamoniyə təbrik məktubu ünvanlayıb. Qaynarinfo xəbər verir ki, mətndə deyilir:. "Əlahəzrət,. Kamboca Krallığının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adında

11:59 2
.

Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar

Xankəndidə Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. "Qafqazinfo" xəbər verir ki, ziyafətdə konsert proqramı təqdim olunub. Sonra Azərbaycan Prezidenti İlham Əliyev, birinc

08.11.2026 323
.

Zəfərdən suverenliyə, suverenlikdən qüdrətli gələcəyə: Prezident İlham Əliyevin müraciətinin siyasi və tarixi mesajları

Azərbaycan xalqının dövlətçilik tarixində 8 Noyabr - Zəfər Günü milli iradənin, siyasi qətiyyətin, hərbi qüdrətin və tarixi ədalətin təntənəsi kimi xüsusi yer tutur. Bu günün əhəmiyyəti yalnız 44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm Qələbə ilə məhdudlaşmır. Zəfər Azərbaycanın uzun illər dava

11:37 69
.

40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü

"Azər-Türk Bank" ASC-nin 40 yaşlı əməkdaşı Yasən Məmmədov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, Y.Məmmədov futbol oyunu zamanı ürəktutmadan dünyasını dəyişib. Məlumata görə, o, Şuşa şəhərindən məcburi köçkün olub və Bakıda müvəqqəti məskunlaşıb. Mərhumun atası Tərxan Məmmədov Birinc

08.11.2026 418
.

Türkiyədə tarixi qüllə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto

Türkiyənin Bursa şəhərinin Osmanqazi rayonunda, tarixi Tophane Parkında yerləşən Saat qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, işıqlandırma Azərbaycanda qeyd olunan 8 Noyabr - Zəfər Günü münasibətilə təşkil edilib. Həmin görüntüləri təqdim edirik:

08.11.2026 272
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

08.11.2026 214
.

"Bülbülə bənzədiyi üçün "Xarıbülbül" deyirik" - Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və Türkiyə Lideri Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər. "Qafqazinfo"nun məlumatına görə, bu zaman Prezidentlər arasında maraqlı söhbət baş tutub. Belə ki, Türkiyə Prezidenti "Xarıbülbül" çiçəyini "Orkide"ni

08.11.2026 324
.