Kürdəmirdə vətəndaşlara qarşı dələduzluq edən şəxs saxlanılıb

Kürdəmirdə vətəndaşlara qarşı dələduzluq edən şəxs saxlanılıbDaxili işlər orqanları tərəfindən ayrı-ayrı vətəndaşların etibarından istifadə edərək onlara qarşı dələduzluq edən şəxslərin ifşa olunması istiqamətində növbəti uğurlu əməliyyat-axtarış tədbiri keçirilib.

Bu barədə "Report"un Yuxarı Şirvan bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, 10 nəfər Kürdəmir rayon sakini Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək cari ilin aprel-may aylarında Nemət adlı şəxsin onlara qarşı dələduzluq etdiyini, yalan vədlər verərək iri və xırdabuynuzlu heyvanlarını ələ keçirdiyini deyiblər.

Daxil olan müraciətlər əsasında Kürdəmir RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən rayonun Muradxan kənd sakini Nemət Baxşiyev saxlanılaraq polis şöbəsinə gətirilib.

Dindirilmə zamanı o, törətdiyi əməllərini etiraf edib.

Araşdırmalar zamanı məlum olub ki, N.Baxşiyev qeyd edilən aylar ərzində rayonun Çərtəyəz, Çöl-Ərəb, Ərəbxana, Sor-Sor və Yenikənd kənd sakini olan 10 təsərrüfatçının etibarından istifadə edərək, aldatma yolu ilə onlara məxsus ümumilikdə 25 iribuynuzlu və 28 xırdabuynuzlu heyvanlarını ələ keçirib və zərərçəkmişlərə ümumilikdə 21528 manat maddi ziyan vurub. Daha sonra isə həmin heyvanları dəyərindən ucuz qiymətə satan N.Baxşiyev əldə etdiyi pulları xərcləyib.

Faktlarla bağlı Kürdəmir RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır. Saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

"Əgər A. N.Baxşiyevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa DİN-in "102" xidmətinə, həmçinin Kürdəmir RPŞ-nə müraciət etmələri xahiş olunur", - məlumatda qeyd olunub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 701   Tarix: 13 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Nigar Fərhadın ərini DTX həbs edibmiş

Teleaparıcı Nigar Fərhadın ötən gün saxlanılması yenidən onun rəhbərlik etdiyi "AİD Group"la bağlı məsələni gündəmə gətirib. "Qafqazinfo" xəbər verir ki, xaricdə təhsil agentliyinin rəhbərliyinə qarşı açılmış cinayət işi üzrə zərərçəkənlərin sayı günbəgün artır. Onlar şikayətlərin

10:58 197
.

Oğlu birinci sinfə gedəcək, özü isə tələbə oldu

Məşhur aparıcı Elnarə Təhməzova bu il həyatında yeni və maraqlı bir səhifə açıb. "Qafqazinfo" xəbər verir ki, o, Bakı Dövlət Universitetinin (BDU) Psixologiya fakültəsinə qəbul olunaraq yenidən tələbə adını qazanıb. Televiziya rejissorluğu üzrə həm bakalavr, həm də magistr təhsili olan E.Təhməzov

27.08.2026 364
.

Zelenskidən Netanyahuya: Bunu eşitmək xoşdur!

İsrailin Baş naziri Benyamin Netanyahudan Ukrayna xalqına səmimi təbriklər aldım. Ölkələrimiz arasında dərin əlaqələr var. İlk növbədə xalqlarımız arasında, eləcə də iqtisadiyyat, mədəniyyət və digər sahələrdə. xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski özünün X səhifəsində yazıb. "Bun

27.08.2026 224
.

İsrail ordusu: Bu gün Qəzzaya endirilən hava zərbələri nəticəsində 2 HƏMAS komandiri öldürülüb

İsrail ordusu bu gün Qəzza zolağında HƏMAS-ın iki komandirinin öldürüldüyünü bildirib. BİG.AZ The Times of İsrael-ə istinadən xəbər verir ki, Qəzza şəhərinin Şati düşərgəsinə edilən bir zərbə nəticəsində İsrail Müdafiə Qüvvələri tərəfindən Həmasın tank əleyhinə bölməsinin komandiri kimi tanınan Bila

10:12 266
.

Zelenskinin Ofisi: Ukrayna və Rusiya arasında yeni danışıqlar sentyabrda baş tuta bilər

Ukrayna və Rusiya arasında yeni danışıqlar sentyabr ayında baş tuta bilər. "UNİAN" xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov bildirib. Onun sözlərinə görə, Ukrayna danışıqları dirçəltmək istəyir. "Ümid edirəm ki, amerikalılar da bu görüşdə iştirak edəcək

27.08.2026 202
.

Rusiyadan Paşinyana sərt reaksiya: "Moskva ilə irəliləmək istəmir"

Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyanı strateji tərəfdaş kimi qeyd etməkdən imtina etməsi təəssüf doğurur. xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Məsələlər Komitəsinin sədr müavini Vladimir Cabarov " "ya müsahibəsində bildirib. O qeyd edib ki, Paşinyanın bu açıqlamas

11:18 122
.

Moldovanın hava sahəsində 5 dron müşahidə olunub

Ötən gecə Moldovanın hava sahəsində 5 dron müşahidə olunub. "Newsmaker"in xəbərinə görə, bu barədə Moldova Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, insidentin Rusiyanın Ukraynaya hava hücumları ilə eyni vaxtda baş verdiyi bildirilib. Dronların hamısının Ukrayna sərhədindən Moldovay

27.08.2026 207
.

Bakıda tarixi abidələrdə qanunsuz rekonstruksiya işləri aparılıb - Prokurorluq məlumat yaydı

Tarix və mədəniyyət abidələrində qanunsuz rekonstruksiya işlərinin qarşısının alınması ilə bağlı tədbirlər görülür. "Qafqazinfo" xəbər verir ki, paytaxtın Nəsimi və Xəzər rayonlarında dövlət mühafizəsinə götürülmüş tarix və mədəniyyət abidələrində müvafiq razılaşdırma aparılmadan təmir, bərpa

12:35 73
.

Jalə Əhmədova da tələbə oldu

Ali məktəbə qəbul olunanlar arasında sabiq deputat Jalə Əhmədova da var. "Qafqazinfo" xəbər verir ki, bu barədə Jalə Əhmədova sosial şəbəkə hesabında paylaşım edib. Keçmiş deputat Bakı Dövlət Universitetinin Psixologiya ixtisasında əlavə təhsil alacaq. Qeyd edək ki, J.Əhmədova ləğv edilmi

12:32 108
.