Sevdiyi qadının keçmiş ərini döyə-döyə öldürdü: Bakıdakı dəhşətli qətlin təfərrüatı
Bu il yanvarın 19-da Sabunçu rayonu Bakıxanov qəsəbəsi X.Xasməmmədov küçəsində 1993-cü il təvəllüdlü Ələsgər Məmmədovun (adlar şərtidir) 1979-cu il təvəllüdlü Rasim Ağakişiyevi döyərək öldürməsi hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, məhkəmə araşdırması zamanı hadisənin qısqanclıq zəminində yaranmış münaqişə nəticəsində baş verdiyi üzə çıxıb.
Belə ki, R.Ağakişiyev Ə.Məmmədovun qeyri-rəsmi nikahda yaşadığı qadının keçmiş həyat yoldaşı və əmisi oğlu olub. R.Ağakişiyev 2003-cü ildə evləndiyi əmisi qızından 2020-ci ildə rəsmən boşanıb və evi həyat yoldaşına verib. Onların 2006 və 2015-ci il təvəllüdlü uşaqları da Rasimin boşandığı Səlimədə qalıb. Elə həmin vaxtdan Rasim başqa qadınla birgə yaşamağa başlayıb. Səlimə də 2020-ci ildə tanış olduğu Xaçmaz rayon sakini olan Ələsgərlə qeyri-rəsmi nikahda yaşamağa başlayıb. Ələsgər mütəmadi olaraq onun evində qalıb, uşaqları tərəfindən ata kimi qəbul edilib.
Bir müddət sonra Rasim keçmiş arvadının Ələsgər adlı şəxslə sevgili olmasını, həmin gəncin Səlimə ilə birgə yaşadığını öyrənib. Bu işdə ona qonşular da kömək edib. Belə ki, qonşulardan biri Rasimə Ələsgərin onun keçmiş evində olması barədə xəbər verib. Rasim yanvarın 19-da axşam saatlarında binanın qarşısına gələrək qışqırmağa başlayıb və pəncərəyə çıxan 16 yaşlı oğlunu söyərək "O qubalıya de, aşağı düşsün, bilirəm evdədir", deyib. Bundan sonra 29 yaşlı Ələsgər həyətə düşüb və onlar mübahisə ediblər. Dava-dalaş zamanı Ələsgər birgə yaşadığı qadının keçmiş həyat yoldaşına yumruq və taxta ilə bir neçə zərbə endirib. O daha sonra hadisə yerindən uzaqlaşıb. Huşsuz vəziyyətdə binanın qarşısında qalan Rasimi qonşular xəstəxanaya aparıblar və o, yanvarın 24-də Sabunçu xəstəxanasında ölüb.
Məhkəmədə çıxış edən təqsirləndirilən şəxs Rasimi öldürmək niyyətinin olmadığını, özünü müdafiə məqsədilə onu vurduğunu deyib. O əlavə edib ki, özündən yaşca xeyli böyük olan Səlimə ilə aralarında 2020-ci ildə sevgi münasibəti yaranıb və onun boşandığını bildikdən sonra aralarında ər-arvad münasibəti formalaşıb.
Şahid kimi çıxış edən Səlimə Ağakişiyeva da Ələsgəri sevdiyini, əmisi oğlu olan keçmiş həyat yoldaşının evlilik dövründə onu daim incitdiyini, Rasimin pis vərdişlərinin olduğunu, hələ evli ikən başqa qadınla birgə yaşadığını eyib. O qeyd edib ki, ailəsində söz-söhbətlərin yaranmasına əsas səbəbkar qayınanası olub:
"Qayınanam o vaxt öz bacısı qızını Rasimə almaq istəyirmiş. Sonra qayınatam buna imkan verməyib və məni, yəni qardaşı qızını Rasimə aldı. Bundan sonra qayınanam daim bizə düşmən münasibəti bəsləyib".
Məhkəmədə mərhum Rasim Ağakişiyevin anası da ifadə verib. O, bildirib ki, Rasimi Ələsgər tək öldürməyib:
"Oğlumu Səlimə, onun oğlu və sevgilisi birgə binanın arxasında döyərək öldürüblər. Sonra huşsuz halda binanın qarşısına sürüyüb atıblar".
Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 avqust 2022-ci il tarixli hökmü ilə Ələsgər Məmmədov Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma – ölümlə nəticələndikdə) maddəsi ilə təqsirli bilinərək 10 il müddətinə həbs cəzasına məhkum edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 920 Tarix: 13 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ
08.11.2026 263 Bakıda "QAZ-3110"la təkərləri sürüşdürüb şou göstərdi - Narkoman olduğu üzə çıxdı
Bakıda narkotik vasitənin təsiri altında avtomobil idarə edərək bir neçə rayonda avtoxuliqanlıq edən 21 yaşlı gənc 1 ay 15 gün müddətinə inzibati qaydada həbs edilib. Qaynarinfo-nun məlumatına görə, 2005-ci ildə Bakı şəhərində anadan olan E.R. barəsində Yasamal Rayon Məhkəməsində bir neçə inzibati xət
11:13 75 İraqda "Kətaib Hizbullah" liderinin oğlunun həbsinə order verilib
İraqın məhkəmə orqanları "Kətaib Hizbullah" qruplaşmasının baş katibi Əbu Hüseyn əl-Həmidavinin oğlunun həbsinə order verib. "Report" "Al Hadath"a istinadən xəbər verir ki, order Bağdadın Əl-Bələdiyyat rayonunda yaşayan, 1994-cü il təvəllüdlü Əl-Hüseyn Möhsün Əhməd Fərə
08.11.2026 260 9 Noyabr - Dövlət Bayrağı Günü: Üçrəngli bayrağımız müstəqilliyimizin və milli qürurumuzun rəmzidir
9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli qürurunu, dövlətçilik ənənələrini və müstəqillik iradəsini özündə əks etdirən mühüm tarixi gündür. Üçrəngli bayrağımız xalqımızın azadlıq mübarizəsinin, milli birliyinin, suverenliyinin və gələcəyə inamının rəmzidir. Bu bayraq Azərbaycanın tarixini
10:07 139 İlham Əliyevin Zəfər Günü müraciəti: Azərbaycanın tarixi Qələbəsi və yeni geosiyasi reallıqların siyasi təhlili
8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, milli dövlətçilik iradəsinin, siyasi qətiyyətin və hərbi qüdrətin təntənəsidir. Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı müraciət bu tarixi hadisənin yalnız keçmişin qürur mənbəy
11:13 49 Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar
00:08 281 Bakıda 33 yaşlı kişi bıçaqlanıb
Bakıda 33 yaşlı kişi bıçaqlanıb. -ın əldə etdiyi məlumata görə, hadisə ötən gecə baş verib. Bakı sakini, 1993-cü il təvəllüdlü Nəcməddin Fəxrəddin oğlu Mehdiyev bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. O, dərhal əməliyyat olunub və Reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılı
08.11.2026 287 Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto
Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər
08.11.2026 251 Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
08.11.2026 266