Bağlarda qalan üzüm: Problemin təkrarlanmaması üçün nə etmək lazımdır? - ARAŞDIRMA

Bağlarda qalan üzüm: Problemin təkrarlanmaması üçün nə etmək lazımdır? - ARAŞDIRMAAzərbaycanda ənənəvi olaraq üzüm bağları mövcud olub. Üzümü çox saxlamaq mümkün olmadığından daha çox şərab üçün lazım olan sortlara üstünlük verilib. Bu səbəbdən də, bu gün Azərbaycanın üzüm bağlarının böyük əksəriyyəti bu sortlardan təşkil edilib. Həm də süfrə üzümləri var ki, onlar da geniş istehlak olunur. Onu da qeyd edək ki, dövlət tərəfindən bağ sahiblərinə təsərrüfatlarını genişləndirmələri, düzgün aqrotexniki qulluq göstərmələri üçün subsidiyalar verilir. Nəticə etibarı ilə bağlarda məhsuldarlıq da əvvəlki illərə nisbətən artıb. Ölkə üzrə artıma səbəb həm də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilərdə də üzüm bağlarının olmasıdır. Məhsuldarlığın artması ilə paralel olaraq bir sıra hallarda satışla bağlı problemlər müşahidə edilir.

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Misal üçün Cəlilabadda bir neçə üzüm bağının sahibi satış qiymətlərinin ucuzluğundan şikayətləniblər. Sahibkarlar bazarda üzümün qiymətinin aşağı olmasından narazıdırlar və bildiriblər ki, bu qiymət onlara sərf etmir. Müqayisə aparan bağ sahibləri qeyd ediblər ki, ötən il kiloqramını 1 manata satdıqları üzümü hazırda 30-50 qəpiyə satmağa məcburdurlar.

Düzdür, fermerlər onu da qeyd edirlər ki, dövlətin onlara dəstəyi olub. Amma indi qiymətin aşağı olması bağ sahiblərini çətin vəziyyətə salıb. Artıq bir aydır ki, bağ sahibləri məhsul yığımına başlayıblar. Məlumatlara görə, mövsüm başlayandan bu günədək toplanan 7 min tondan çox məhsulun 300 tona yaxını xarici bazarlara ixrac olunub. Məhsulun qalanı yerli bazara çıxarılır. Bu kontekstdə satışla bağlı suallar var. Belə olan halda dövlət bağ sahiblərinə necə kömək edə bilər? Onları üzləşdiyi çətin vəziyyətdən çıxarması üçün hansı addımların atılması mümkündür?

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov açıqlamasında bildirib ki, indiki halda bazarda tələb-təklif məsələsi var:

"Kim istəyirsə, öz məhsulunu sərbəst şəkildə bazara çıxara bilər. Sahibkarlar öz məhsullarının istər topdan, istərsə də pərakəndə şəkildə satışını həyata keçirə bilərlər. Bazarlar var, nazirlik tərəfindən "Kənddən şəhərə" adlı yarmarkalar təşkil olunur. Əgər sahibkarlar öz məhsullarını satmaqda çətinlik çəkirlərsə, bizə müraciət edib, bu yarmarkalarda iştirak edə bilərlər. Bunu üçün hər bir imkan yaradılıb".

Kənd təsərrüfatı üzrə ekspert Cəfər İbrahimli bildirib ki, rəsmi statistikaya əsasən, son illərdə üzüm əkin sahələri artmır:

"Ümumilikdə ölkədə 16 min hektar üzüm bağı var. Son illərdə üzüm əkin sahələri artmasa da, məhsul istehsalı artır. Məhsuldarlığın artması dövlətin üzüm bağlarına ayırdığı subsidiyalar fonunda qulluq səviyyəsinin yüksəlməsi ilə əlaqədardır".

Ekspert qeyd edib ki, Qarabağda və bütövlükdə işğaldan azad edilmiş ərazilərdə də müəyyən üzüm bağları var idi:

"Bir müddət əvvələ qədər həmin bağların bərpası prosesi gedirdi. Ola bilsin ki, bu il həmin bağlardan da məhsul əldə olunub. Hazırda əlimizdə dəqiq məlumat yoxdur və istehsal olunan məhsulun dəqiq həcmi məlum deyil. Bizim əldə etdiyimiz üzümün az bir hissəsi Rusiya başda olmaqla xarici ölkələrə ixrac olunur. Qalan məhsul isə daxili bazara yönləndirilir ki, bundan süfrə üzümü kimi və şərabçılıqda istifadə edilir. Ümumiyyətlə, Azərbaycanda meyvə və bu qəbildən olan bitkilərin istehsalında bu problem var. Biz bunu xurma, alma ilə bağlı da müşahidə edə bilərik. Yəni bəlli vaxtda qiymətlər çox aşağı düşür, bağ sahibləri gəlir əldə etməyə çətinlik çəkirlər, saxlama məsələlərində problemlər yaranır".

C.İbrahimli vurğulayıb ki, bu kimi problemlərin təkrarlanmaması üçün ölkədə mütləq emal sənayesi inkişaf etdirilməlidir:

"Bu, digər sahələrlə yanaşı, üzümçülüyə də aiddir. Kənd təsərrüfatının emal sənayesini inkişaf etdirmədən bu problemləri həll etmək mümkün deyil. Fermer nə qədər məhsul istehsal edirsə, onu realizə etmək imkanları olmalıdır. Üzümün bir hissəsi də dərilən kimi satışa çıxarılmalı, qalanı isə emal olunmalıdır. Biz üzümdən həm şərabçılıqda, həm də onu qurutmaqla istifadə edə bilərik. Biz hazırda bu məhsulları, xüsusilə qurumuş üzümü idxal edirik. Qeyd etdiyim kimi, qarşıdakı illərdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarındakı bağlarda da istehsalın artacağı gözləniləndir. Bütün bunların fonunda regional emal müəssisələrinin qurulması həm məhsulun qiymətinin tənzimlənməsinə, həm də ölkə iqtisadiyyatı üçün əlavə dəyər zəncirinin yaranmasına yardımçı ola bilər".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 911   Tarix: 25 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.