Qadınlara qarşı zorakılıq və qətllərin sayı niyə azalmır? - "Qadın özünü qorumağı bacarmalıdır..."
Bir neçə gün öncə Sabunçu rayonunda qardaş bacısını "WhatsApp" statusuna görə bıçaqlayıb. Belə ki, qardaş həyat yoldaşı ilə gələn bacını qarşılayaraq, onun kürəyinə iki bıçaq zərbəsi vurub.
Bu gün isə Saray qəsəbə sakini olan 28 yaşlı kişi 7 yaşlı övladını döyüb. Uşağını ərinin əlindən almaq istəyən qadın da əri tərəfindən dəmir boru ilə amansızcasına döyülüb. Elə bir vəziyyətə salınıb ki, hamilə qadın ölüb.
Bu məsələlər nə qədər müzakirə olunsa da, qadınlara qarşı zorakılıq və qətllərin sayı azalmır. Kişilər qadınları daim yumruq altında saxlamağa çalışır, onlara tabe olmasını istəyirlər. Qadın da onun dediyini etmədikdə, mübahisə yaranır, mübahisənin də sonu qətl ilə nəticələnir. Mübarizə aparılsa da, hadisələrin sayı azalmır. Əksinə, gündən-günə artır. Hətta bəziləri düşünür ki, qadınlara qarşı zorakılıq və qətllərin sonu görünmür.
Bəs görəsən, bu kimi xoşagəlməz hadisələrin qarşısının alınması üçün nə kimi cəza tədbirləri görülməlidir?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən hüquq müdafiəçisi Novella Cəfəroğlunun sözlərinə görə, 10-15 il cəza verilsə də, qarşısı alınmır:
"Zorakılıq edən hər kəsə cəza verilir, lakin qarşısı alınmır. Cəmiyyətin özü dəyişilməlidir. Bizim vaxtımızda qonşular, hər kəs bir-birini tanıyırdı. Kimin evdə nə var, nə yox hamısı hər kəsə məlum idi. İndi isə heç qonşu qonşunu tanımır. Cəmiyyətdə insanların bir-birinə biganəliyi var. Ona görə bu kimi halların sayı artıb".
N.Cəfəroğlu qeyd edib ki, qətl hadisəsi birdən-birə baş vermir:
"Onların evində demək ki, həmişə belə mübahisələr olub. Ailədə vəziyyət əvvəldən pis imiş. Sosial şəbəkə nə dərəcədə insan həyatının sonlanmasına səbəb ola bilər ki?! Həmin şəxs həm özünü, həm də qarşı tərəfi bədbəxt edib. Cəmiyyətimiz dəyişilməlidir".
Hüquq müdafiəçisi əlavə edib ki, qadın özünü hər kəsdən müdafiə etməyi bacarmalıdır:
"Qadınların özündə də fərasət olmalı, onlar özünü qorumağı bacarmalı, güclü olduğunu göstərməlidir. Qadın özünə güvənməsə, qiymət verməsə, kişi ona qiymət verməyəcək. Qadın özü özünə qiymət verməlidir. Görsə ki, evdə ona qarşı münasibət pisdir, ayrılsın".
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Elşad Mirbəşiroğlu isə əlavə edib ki, həmin şəxslər bilərəkdən bu hadisəni törətdiyi üçün məsuliyyətə cəlb olunmalıdır:
"Hadisəyə baxılmalıdır. Hansı cəza tələb olunursa, o tətbiq olunmalıdır. Həmin şəxslər qəsdən adam öldürmə və adam öldürməyə cəhd maddəsi ilə məsuliyyətə cəlb olunacaqlar. Cinayətin növünə uyğun cəza tətbiq edilib, həbs olunacaqlar. Qarşısını almaq üçün isə mübarizə aparılmalıdır".
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 866 Tarix: 23 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu köpəkbalığı donuza oxşayır - FOTO
İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə
10.09.2021 1424 Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...
Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın
14.09.2021 1495 Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO
Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ
14.09.2021 1946 56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO
Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy
15.09.2021 2086 Peyvənd olunana pulsuz dönər təklifi
Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin
16.09.2021 1185 Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO
Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr
12.09.2021 1423 Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL
Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A
11.09.2021 3168 Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO
Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib
14.09.2021 2001 Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO
İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz
16.09.2021 3329