Qocalmanı gecikdirən ən təsirli qidalar - Siyahı

Qocalmanı gecikdirən ən təsirli qidalar - SiyahıSağlam yaşlanmaq, dərinin gəncliyini qorumaq və immuniteti güclü saxlamaq hər zaman diqqət mərkəzindədir. Orqanizmin özünün istehsal etdiyi, lakin qidalar vasitəsilə də dəstəklənməli olan kükürd tərkibli sistein amin turşusu hüceyrələrin yenilənməsində mühüm rol oynayır. Hüceyrələrin qocalmasının qarşısını alan bu təbii gənclik mənbəyi gündəlik qida rasionundakı bir çox məhsulda bol miqdarda mövcuddur.

"Qafqazinfo" xəbər verir ki, sistein amin turşusu həm heyvani, həm də bitki mənşəli qidalarda yüksək səviyyədə toplanıb.

Toyuq, hinduşka, yumurta, süd, qatıq, pendir, balıq və qırmızı ət heyvani zülal qaynağı kimi seçilir. Bitki mənşəli qidalar arasında isə soğan, sarımsaq, brokoli, gül kələmi, Brüssel kələmi, mərcimək, qoz və günəbaxan toxumu bu amin turşusu ilə zəngindir.

Sistein bədənin ən güclü antioksidantlarından biri olan qlütation səviyyəsini artıraraq sərbəst radikalları neytrallaşdırır. Bu proses hüceyrə zədələnməsinin qarşısını alaraq immun sistemini gücləndirir, orqanizmi infeksiyalardan qoruyur və qaraciyərin toksinlərdən təmizlənməsini asanlaşdırır.

Qlütation həmçinin dəri hüceyrələrini oksidləşdirici stressdən qoruyaraq qırışların və ləkələrin yaranmasını gecikdirir. Kollagen istehsalını artıraraq dərinin elastikliyini gücləndirən bu maddə nəmlik balansını qoruyur və ultrabənövşəyi şüaların yaratdığı zərərlərin qarşısını alır. Bundan əlavə, yaşlanma ilə əlaqədar yaranan əzələ itkisini əngəlləyir, enerji istehsalını artıraraq həm fiziki, həm də zehni yorğunluğu azaldır.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 70   Tarix: 13 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Payızda yatmazdan əvvəl bunları edin - Səhərə gümrah oyanmağın yolları

Payız aylarında havaların soyuması, günlərin qısalması və temperaturun dəyişməsi insan orqanizminə təsirsiz ötüşmür. Bu dövrdə yuxu rejiminə diqqət yetirmək, səhərlər yorğun oyanmamaq və sağlamlığı qorumaq üçün yatmazdan əvvəl bəzi sadə qaydalara əməl etmək tövsiyə olunur. xəbər verir ki, yuxudan əvvə

07.11.2026 358
.

Hər gün soyuq duş qəbul etsəniz, nə baş verər?

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanların xəstəlik səbəbindən işə getmədikləri günlərin sayının azalması və özlərini daha yaxşı hiss etmələri ilə əlaqəli ola bilər. xarivi KİV-ə istinadən xəbər verir ki, İsveçrənin Bazel Universitetinin psixoloqu Lena Qlazer soyuq duşun insan orqanizminə təsirin

08.11.2026 368
.

Hər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı

Bəzi ət növlərinin yüksək doymuş yağ və duz tərkibi ilə ürək-damar sağlamlığına mənfi təsir göstərə biləcəyini vurğulayan mütəxəssislər xüsusilə 4 ət növünün istehlakında diqqətli olmağı tövsiyə edirlər. xəbər verir ki, yağlı ət hissələrinin və emal olunmuş məhsulların həddindən artıq istehlakı "pi

07.11.2026 385
.

Turlar.az - Turizm elanları saytı

saytında bir-birindən maraqlı və sərfəli elanlar sizi gözləyir!. İstirahət etmək üçün yeni məkan axtarırsınız? Tez-tez getdiyiniz yerlər daha sizə darıxdırıcı gəlir? Gedəcəyiniz yeni məkanı müəyyənləşdirməkdə çətinlik çəkirsiniz? O zaman vaxt itirmədən pulsuz turizm elanları saytına daxil olun. Bu fürsə

03.11.2026 724
.

Klozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün

Evdə su sərfiyyatını azaltmaq məqsədilə klozet rezervuarlarına plastik şüşə qoyulması üsulu yenidən gündəmə gəlib. Mütəxəssislər düzgün quraşdırmanın vacibliyinə diqqət çəkiblər. xəbər verir ki, ev şəraitində su istehlakını azaltmaq üçün köhnə bir praktika olan rezervuara plastik şüşə yerləşdirmə üsul

07.11.2026 417
.

Dünyanın ən qəribə qadağaları açıqlandı

Dünyanın müxtəlif ölkələrində tətbiq olunan bəzi qanunlar eşidənləri təəccübləndirir. Gündəlik həyatda tamamilə adi hesab edilən davranışlar bəzi ölkələrdə cəriməyə, hətta hüquqi məsuliyyətə səbəb ola bilər. Saqqız çeynəməkdən tutmuş göyərçin bəsləməyə, ev heyvanlarının tək saxlanılmasına qədər fərql

16:56 100
.

Ehtiyat hissələri alarkən ən çox edilən 5 səhv

Avtomobil ehtiyat hissələri alarkən diqqətli olmaq vacibdir, çünki səhv seçimlər həm maliyyə zərərlərinə, həm də avtomobilin performansına mənfi təsir göstərə bilər. Ehtiyat hissəsi alarkən, düzgün qərarlar vermək avtomobilinizin performansını və təhlükəsizliyini təmin etmək üçün vacibdir. Ehtiyat hissəs

06.11.2026 626
.

Tezbazar.Az - Xidmətlər, təmir, tikinti və digər xidmət elanları

Pulsuz elanlar saytı -da təmir, tikinti və digər xidmətlərlə bağlı elanlar yerləşdirilir. Evini təmir etdirməyə hazırlaşanlar və tikintiyə başlamaq istəyənlərin diqqəti bizdə olsun!. Onlayn elanlar platforması olan xidmətinizdədir! Biz sizə hər məsələdə kömək etməyə hazırıq. Təmir və ya tikintiyə başlama

11.11.2026 1224
.

Dezinfeksiya xidməti

Dezinfeksiya xidməti göstərən şirkət gəmiricilərə, parazitlərə , virus və infeksiyaların patogenlərinə qarşı uğurla mübarizə aparır. Dezinfeksiya şirkətləri minlərlə obyektin təhlükəsizliyini təmin edir, Bakı və Azərbaycan üzrə yüz minlərlə sakin üçün rahat iş və yaşayış şəraiti yaradır. Dezinfeksiy

02.11.2026 1670
.