Evdə bişən "zəhər": Nələrə diqqət etməliyik?
Lənkəranda üçü azyaşlı olmaqla 11 nəfərin qidadan zəhərlənməsi ev şəraitində hazırlanan yeməklərin və konserv məhsullarının təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. İlkin araşdırma zamanı ailə üzvlərinin plov və konservləşdirilmiş pomidor istehlakından sonra özlərini narahat hiss etdikləri məlum olub. Bəs qida zəhərlənmələrinin qarşısını almaq üçün hansı qaydalara əməl edilməlidir?
Qida eksperti Fərid Səfərov bununla bağlı BiG.AZ-a bildirib ki, konservləşdirilmiş pomidor və ev şəraitində hazırlanmış plovdan zəhərlənmələrin baş verməməsi üçün ilk növbədə məhsulların hazırlanması, saxlanması və istehlakı zamanı qida təhlükəsizliyi qaydalarına ciddi əməl edilməlidir. "Konservləşdirilmiş pomidorlara gəldikdə, ev şəraitində konserv hazırlayarkən məhsulların düzgün sterilizasiya edilməsi, turşuluq səviyyəsinin və istilik emalı rejiminin təmin olunması vacibdir. Çünki düzgün hazırlanıb sterilizasiya edilməyən, xüsusilə aşağı turşuluqlu konservlərdə botulizm törədicisinin inkişafı üçün şərait yarana bilər. Qapağı şişmiş, sızdıran, paslanmış, açıldıqda köpüklənmə və ya qeyri-adi qoxu müşahidə olunan konservlər qətiyyən istehlak edilməməlidir. Hətta normal görünən konserv də təhlükəli ola bilər".
Fərid Səfərovun sözlərinə görə, plov və digər düyü xörəklərində əsas risklərdən biri "Bacillus cereus" bakteriyasıdır: "Bu bakteriyanın sporları düyüdə ola bilər və bişirmə zamanı tam məhv olmaya bilər. Bişmiş plov otaq temperaturunda uzun müddət saxlanıldıqda bakteriyalar çoxala və toksin əmələ gətirə bilər. Buna görə plov bişdikdən sonra uzun müddət otaq temperaturunda saxlanılmamalı, qısa müddətdə soyuducuya yerləşdirilməli və istehlakdan əvvəl yaxşı qızdırılmalıdır. Böyük həcmdə plovu bir qabda soyutmaq əvəzinə, kiçik və dayaz qablara bölmək daha təhlükəsizdir".
Qida ekspertinin fikrincə, evdə hazırlanmış qidaların da avtomatik olaraq təhlükəsiz olduğunu düşünmək olmaz: "Qida təhlükəsizliyində əsas prinsip düzgün istilik emalı, gigiyena və temperatur rejiminə əməl edilməsidir. Botulizm şübhəsi olduqda məhsulun dadına baxmaq belə olmaz. İkiqat görmə, udma və danışma çətinliyi, əzələ zəifliyi kimi əlamətlər yaranarsa, dərhal təcili tibbi yardıma müraciət edilməlidir".
Aynurə Məmmədova
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 58 Tarix: 13 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Dublində Yunanıstan Respublikasının Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub. AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı Azərbaycan-Yunanıstan ikitərəfli əlaqələri nəzərdən keçirildi. Ölkəmizin Avropanın, o cümlədən Yunanıstanı
12.11.2026 284 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - Video
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də İrlandiyanın Dublin şəhərində keçirilən Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısı çərçivəsində Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, liderlər 2025-ci il avqustun 8-d
12.11.2026 309 Dünyada əhali qocalır: Alimlər bunu tarixdə görünməmiş proses adlandırır
Dünyada əhalinin azalması və yaşlanması bəşəriyyətin tarixində indiyədək rast gəlinməyən demoqrafik prosesə çevrilir. Əvvəlki dövrlərdə əhali sayının azalması əsasən müharibələr, epidemiyalar, ölüm hallarının artması və həyat şəraitinin pisləşməsi ilə bağlı idisə, hazırda bu tendensiya yaşayış səviyyəsini
12.11.2026 319 İnsan sevdiyi şəxsdən niyə birdən-birə soyuyur?
Bəzən insan illərlə sevdiyi, həyatını birlikdə qurmaq istədiyi şəxsə qarşı qəfil soyuqluq hiss etməyə başlayır. Dünənə qədər onunla danışmaqdan, görüşməkdən və vaxt keçirməkdən zövq alan biri birdən-birə uzaqlaşır, mesajlara gec cavab verir və əvvəlki marağını göstərmir. Bu dəyişiklik qarşı tərəfdə çoxsayl
12.11.2026 352 "Texnologiya nəhəngi"nin eşq qalmaqalı onu vəzifəsindən etdi
Süni intellekt və çip texnologiyaları nəhəngi Censen Huanqın dövrü başa çatıb. "Nvidia"nın Direktorlar şurası şirkətin həmtəsisçisi olan Huangın rəhbər, baş direktor və idarə heyətinin üzvü vəzifələrindən istefa verdiyini açıqlayıb. Daimi baş direktor təyin olunana qədər bu vəzifəni hazırk
12:04 111 Ölkə başçısı İlham Əliyev Dublində Çexiyanın Baş naziri Andrey Babişlə görüşüb
Noyabrın 12-də Dublində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çex Respublikasının Baş naziri Andrey Babişlə görüşü olub. AZƏRTAC-a istinadən xəbər verir ki, Baş nazir Andrey Babiş bu ilin aprelində ölkəmizə rəsmi səfərini və Qəbələdə dövlətimizin başçısı ilə görüşünü məmnunluqla xatırladı
12.11.2026 282 Prezident İlham Əliyev Böyük Britaniyanın Baş naziri Endi Börnhem ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə "Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığ
11:39 127 İlham Əliyev Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - Video
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe - innovation, connectivit
12.11.2026 267 Lənkəranda bir ailənin üzvləri plov və pomidor turşusundan zəhərləndi - Yenilənib
Lənkəran rayonunda kütləvi zəhərlənmə olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu gün 11 nəfər rayon sakini zəhərlənmə diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Onlardan 3-ü azyaşlıdır. İlkin məlumata görə, zəhərlənən şəxslərin hamısı Osaküçə kənd sakinləridir. Onları
12.11.2026 352