Hakim ərini baltalayan qadını qəfəsdən çıxardı - BAKIDA
Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını balta ilə öldürməyə cəhddə təqsirləndirilən İradə Hacıyevanın cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib.
Lent.az xəbər verir ki, hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə müdafiə vəkili hüquqlarını müdafiə etdiyi şəxsin ev dustaqlığına buraxılmasını, vəkili ilə birlikdə əyləşməsi barədə vəsatət verib.
Qısa müşavirədən sonra məhkəmə tərkibi təqsirləndirilən İ. Hacıyevanın vəkili ilə birlikdə əyləşməsi barədə olan vəsatətin təmin edildiyini, digər vəsatətin təmin edilmədiyini bildirib.
Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.
Təqsirləndirilən İ. Hacıyeva ona qarşı irəli sürülən ittihamda özünü qismən təqsirli bildiyini deyib.
Növbəti proses 8 dekabra təyin olunub.
Xatırladaq ki, hadisə 28 iyun 2026-cı ildə Bakının Yasamal rayonu ərazisində baş verib.
İddialara görə, hadisənin baş verməsinə uzun illərdir davam edən məişət zorakılığı səbəb olub. İ. Hacıyevanın ali təhsili olmasına rəğmən həyat yoldaşı iyirmi ildən artıq müddətdə onu ev dustağı edib və işləməsinə imkan verməyərək, evdən çıxmasına mütəmmadi olaraq maneələr yaradıb. Qonşuların bildirdiyinə görə, Hacıyev tüfeyli həyat tərzi sürüb, onları narahat edib və hər gün spirtli içki içərək İ. Hacıyevanı fiziki zorakılığa məruz qoyub.
Hadisə baş verən gün İradə Hacıyeva ailə münaqişəsi zəminində həyat yoldaşı Elşən Hacıyevə balta ilə bir neçə dəfə zərbə endirib. Zərbələr nəticəsində E. Hacıyev üz, hər iki qol və kürək nahiyəsindən ağır xəsarətlər alıb. Həmin an evdə olan iki oğlu son anda müdaxilə edərək, baltanı İ. Hacıyevadan alıblar. Yaralının həyatını xilas etmək mümkün olub.
Faktla bağlı cinayət işi başlanılıb, İradə Hacıyeva Cinayət Məcəlləsinin 120.2.9-cu (Qəsdən adam öldürməyə cəhd - xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə məsuliyyətə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 101 Tarix: 12 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAfrika İspaniya və Portuqaliyanı hərəkətə gətirir - Yer qabığında qeyri-adi dəyişiklik
İspaniya və Portuqaliyanın yerləşdiyi Pireney yarımadası Afrikanın tektonik plitəsinin təsiri ilə saat əqrəbi istiqamətində yavaş-yavaş fırlanır. Bu hərəkət ildə cəmi bir neçə millimetr təşkil etsə də, alimlərin fikrincə, regionun geoloji quruluşunda mühüm dəyişikliklərə səbəb olur. Qaynarinfo xəbə
11.11.2026 323 Avropa Siyasi Birliyinin sammiti: qlobal geosiyasi dəyişikliklər fonunda Azərbaycanın artan beynəlxalq nüfuzu
Dünya siyasətində yeni geosiyasi reallıqların formalaşdığı, beynəlxalq təhlükəsizlik sisteminin ciddi sınaqlarla üzləşdiyi və dövlətlərarası münasibətlərin yenidən müəyyənləşdiyi bir vaxtda Avropa Siyasi Birliyinin (ASB) sammiti mühüm siyasi hadisə kimi diqqət çəkir. Noyabrın 12-də İrlandiyanın paytaxt
14:47 164 Azərbaycan - Türkiyə qardaşlığı sarsılmazdır
8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının tarixində yalnız hərbi Qələbənin deyil, milli iradənin, dövlətçilik əzminin və tarixi ədalətin təntənəsidir. Bu möhtəşəm günün altıncı ildönümündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfər etməsi və Qarabağın tacı, mədəniyyət paytaxtımı
10:45 167 Azərbaycanda ən çox və ən az maaş verilən sahələr
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz artaraq 1172,7 manat təşkil edib. BİG.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, oktyabrın 1-i vəziyyətinə ölkədə muzdla çalışa
10:26 216 Tbilisi meri: Rusiyaya qarşı sanksiyalar Gürcüstan iqtisadiyyatına zərər vura bilər
Gürcüstanın Avropa İttifaqının (Aİ) tələbi ilə Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi ölkə üçün zərərli olacaq. xəbər verir ki, bunu Tbilisi meri, hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının baş katibi Kaxa Kaladze "Imedi TV"yə müsahibəsində bildirib. "Onlar biz
10:58 207 2027-cı ildə Bakıda mənzil qiymətləri artacaq, yoxsa düşəcək?
Mənim qənaətimə görə, 2027-cı ildə Bakı daşınmaz əmlak bazarında qiymətlərin kəskin şəkildə aşağı düşməsi üçün fundamental iqtisadi əsaslar hələlik kifayət qədər formalaşmayıb. Daha real ssenari mənzil qiymətlərinin artımını davam etdirməsi, lakin bu artımın bazarın ayrı-ayrı seqmentlərində fərqli templərl
11:31 227 Afrikada Çin nümunəsi: 7 min kilometrlik "Yaşıl divar" yaradılır
Səhralaşma ilə mübarizə aparmaq üçün Çin təxminən 50 il əvvəl başladığı nəhəng ekoloji layihədə mühüm nəticələr əldə edib. Ölkə Taklamakan səhrasının ətrafında 3046 kilometr uzunluğunda yaşıllıq zolağı yaradıb. İndi isə Afrika ölkələri Saxaranın genişlənməsinin qarşısını almaq üçün bundan da böyük layih
11.11.2026 308 Ər-Riyad hava limanı raket hücumuna məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı hava limanına hücum etdiklərini açıqlayıblar. xəbər verir ki, bu barədə Husilərin hərbi sözçüsü Yəhya Saria "Al Masirah" telekanalına müsahibəsində bildirib. "Silahlı qüvvələrimiz Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına üç qanadl
10:41 187 Politoloq: Ermənistanın KTMT-dən çıxması Paşinyan və Qərbə hədiyyə olardı
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması Baş nazir Nikol Paşinyan və Qərb ölkələri üçün hədiyyə olardı. xəbər verir ki, bunu politoloq Karen İgityan " "ya müsahibəsində bildirib. İgityanın sözlərinə görə, Ermənistanın KTMT-dən çıxması təşkilatla respublik
11:13 206