Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İrlandiyanın Baş naziri Mixol Martinin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə toplantısında iştirak etmək üçün İrlandiyada səfərdədir.
AZƏRTAC xəbər verir ki, noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dublində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
Ukrayna Prezidenti dövlətimizin başçısını Zəfər Günü və 12 Noyabr - Konstitusiya Günü münasibətilə təbrik etdi.
Görüşdə Prezident Volodimir Zelenskinin Azərbaycana səfəri və səfər zamanı aparılmış müzakirələr məmnunluqla xatırlandı.
Ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin, eyni zamanda, özəl sektorun xətti ilə iqtisadi əlaqələrin inkişaf perspektivləri müzakirə olundu, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri məsələsi barədə fikir mübadiləsi aparıldı.
Prezident Volodimir Zelenski Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımlara, xüsusilə elektrik avadanlıqlarının təchizatı məsələsində dəstəyə görə təşəkkürünü bildirdi.
Söhbət zamanı Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda postmünaqişə şəraitində apardığı bərpa və quruculuq işlərinin Ukrayna tərəfindən də böyük maraqla izlənildiyi qeyd olundu, bu xüsusda ölkəmizin təcrübəsinin Ukrayna üçün də əhəmiyyətli olacağı bildirildi.
Görüşdə Azərbaycan və Ukrayna prezidentləri qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi apardılar.


BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 61 Tarix: 12 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞuşadan təxribatçılara göndərilən sərt mesaj
Azərbaycan - Türkiyə münasibətləri növbəti dəfə öz gücünü, sarsılmazlığını və siyasi iradəyə söykəndiyini nümayiş etdirdi. Noyabrın 8-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın Zəfər Günü münasibətilə Şuşaya səfəri, iki gün sonra Azərbaycan Prezidenti İlham Əliyevin COP31 Liderlər Sammitind
10:51 187 "Təhminə ilə həyat yollarımız oxşayır"
"Təhminə və Zaur" filmindəki Təhminə ilə taleyimiz oxşayır. Həyat yollarımız, çəkdiyimiz əziyyətlər, özümüzü olduğumuz kimi qəbul etdirməkdə yaşadığımız çətinliklər. O, film qəhrəmanıdır, mən isə real insan. Azadlıq insanın özgüvənidir. Sizi sıxan, qadağa qoyan insan yoxdur. Heç vaxt icaz
14:33 128 Adi su qan təzyiqini tənzimləyir - Siz də yoxlayın
Orqanizmdə su balansının qorunması ürək-damar sisteminin normal fəaliyyəti üçün mühüm əhəmiyyət daşıyır. Kifayət qədər maye qəbul etmək qan təzyiqinin sağlam səviyyədə saxlanmasına kömək edə bilər. xarici mediaya istinadən xəbər verir ki, həkimlər suyun dövr edən qanın həcmini qoruduğunu, normal qa
11.11.2026 299 Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı - Paylaşım
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 12 noyabr - Konstitusiya Günü ilə bağlı paylaşım edilib. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:
11:54 167 Rusiya və Ukrayna razılığa gəldi: Yaxın zamanda elan ediləcək
"Əbu-Dabidə keçirilən danışıqlar zamanı Rusiya və Ukrayna genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəliblər. Prosesin detalları tezliklə açıqlanacaq". TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi və danışıqlardakı nümayəndə heyətinin rəhbəri Vladimir Medinski jurnalistlər
11.11.2026 341 Dublin sammiti: Avropanın yeni geosiyasi strategiyası və Azərbaycanın artan beynəlxalq nüfuzu
Avropa Siyasi Birliyinin (ASB) 50-yə yaxın ölkənin liderlərini bir araya gətirən sammiti Avropanın siyasi gündəmində mühüm hadisə kimi diqqət çəkir. İndiki mürəkkəb beynəlxalq münasibətlər şəraitində keçirilən bu toplantı qitənin təhlükəsizlik problemlərinin, iqtisadi əməkdaşlıq perspektivlərinin, enerj
14:58 81 Avropanın yeni geosiyasi axtarışları: Dublin sammiti və Azərbaycanın beynəlxalq mövqeyi
Müasir beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər dövlətlər qarşısında yeni siyasi, iqtisadi və təhlükəsizlik çağırışları yaradır. Geosiyasi rəqabətin güclənməsi, regional münaqişələr, enerji təhlükəsizliyi, beynəlxalq nəqliyyat marşrutlarının əhəmiyyətinin artması və qlobal iqtisad
15:00 82 Fil motosikletli kişini tapdalamağa çalışdı
Hindistanda vəhşi fil motosikletli kişiyə hücum edərək onu tapdalamağa çalışıb. Ətrafdakı sakinlərin qışqıraraq müdaxilə etməsindən sonra fil hadisə yerindən uzaqlaşıb. Bunu Türkiyə mediasına istinadən bildirib. Hindistanda baş verən hadisə zamanı vəhşi fil motosikletli kişinin üzərinə yeriyərək on
11:24 196 Azərbaycan - Türkiyə qardaşlığı sarsılmazdır
8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının tarixində yalnız hərbi Qələbənin deyil, milli iradənin, dövlətçilik əzminin və tarixi ədalətin təntənəsidir. Bu möhtəşəm günün altıncı ildönümündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfər etməsi və Qarabağın tacı, mədəniyyət paytaxtımı
10:45 156