Dublin sammiti: Azərbaycanın artan beynəlxalq nüfuzu və Avropanın gələcək təhlükəsizlik strategiyası

Dublin sammiti: Azərbaycanın artan beynəlxalq nüfuzu və Avropanın gələcək təhlükəsizlik strategiyasıAvropanın siyasi gələcəyi, təhlükəsizlik arxitekturası, iqtisadi dayanıqlılığı və beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər baxımından mühüm əhəmiyyət daşıyan Avropa Siyasi Birliyinin (ASB) növbəti sammiti bu gün - noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində işə başlayır. Avropanın və digər tərəfdaş dövlətlərin 50-yə yaxın ölkəsinin liderlərini bir araya gətirən bu mötəbər beynəlxalq toplantı qitənin qarşılaşdığı geosiyasi çağırışların müzakirəsi, təhlükəsizlik məsələlərində koordinasiyanın gücləndirilməsi və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Budəfəki sammitin əsas şüarı "Güclü, təhlükəsiz və əlaqəli Avropa"dır. Bu yanaşma təsadüfi xarakter daşımır. Çünki hazırda dünya siyasətində baş verən proseslər, beynəlxalq güc mərkəzləri arasında rəqabətin dərinləşməsi, regional münaqişələr, enerji təhlükəsizliyi, iqtisadi qeyri-sabitlik və yeni təhlükəsizlik təhdidləri Avropa dövlətlərini daha sıx əməkdaşlığa və ortaq strategiyaların formalaşdırılmasına sövq edir. Dublin sammiti də məhz bu reallıqlar fonunda keçirilir və Avropa ölkələrinin mövcud problemlərə hansı siyasi yanaşma nümayiş etdirəcəyini ortaya qoyacaq.

Avropa Siyasi Birliyi 2022-ci ildə, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi müdaxiləsindən sonra formalaşdırılıb. Təşəbbüsün əsas məqsədi yalnız Avropa İttifaqına üzv dövlətləri deyil, bütövlükdə Avropa qitəsində yerləşən və onun təhlükəsizliyində, sabitliyində maraqlı olan ölkələri vahid siyasi dialoq platformasında birləşdirməkdir. Bu baxımdan ASB Avropa İttifaqının mövcud institusional çərçivəsindən daha geniş siyasi əməkdaşlıq imkanları yaradır. Təşkilatın əsas üstünlüklərindən biri müxtəlif siyasi və iqtisadi mövqelərə malik dövlətlərin ortaq maraqlar ətrafında müzakirələr aparmasına şərait yaratmasıdır.

Dublində keçirilən doqquzuncu sammitin gündəliyində Avropanın iqtisadi rəqabət qabiliyyətinin artırılması, innovasiyaların inkişafı, nəqliyyat və enerji bağlantılarının genişləndirilməsi, demokratik institutların müdafiəsi, hibrid təhdidlərə qarşı mübarizə və qitənin müdafiə imkanlarının gücləndirilməsi kimi məsələlər xüsusi yer tutur. Ukraynada davam edən müharibə və onun Avropanın təhlükəsizlik sisteminə təsirləri də müzakirələrin əsas istiqamətlərindən biri olacaq. Eyni zamanda kibertəhlükəsizlik, informasiya manipulyasiyası, xarici müdaxilələr və kritik infrastrukturun qorunması kimi məsələlər də dövlət başçılarının diqqət mərkəzindədir.

Burada diqqətçəkən əsas məqam ondan ibarətdir ki, Avropa artıq təhlükəsizliyə yalnız hərbi müdafiə prizmasından yanaşmır. Müasir dövrdə təhlükəsizlik anlayışı iqtisadi müstəqilliyi, enerji təminatını, rəqəmsal infrastrukturu, informasiya məkanının qorunmasını və siyasi institutların dayanıqlılığını da əhatə edir. Bu isə dövlətlər arasında əməkdaşlığın daha geniş və çoxşaxəli xarakter almasını zəruri edir.

Sammitin mühüm siyasi əhəmiyyəti həm də müxtəlif beynəlxalq və regional aktorların eyni platformada təmsil olunması ilə bağlıdır. Avropa İttifaqına üzv dövlətlərlə yanaşı, təşkilata daxil olmayan ölkələrin, eləcə də Kanada kimi tərəfdaşların iştirakı müzakirələrin coğrafiyasını və siyasi əhatəsini genişləndirir. Bu format Avropanın problemlərinin yalnız Avropa İttifaqı çərçivəsində həll edilə bilməyəcəyini göstərir. Çünki qitənin təhlükəsizliyi, enerji təminatı və geosiyasi sabitliyi daha geniş beynəlxalq əməkdaşlıqdan asılıdır.

Bu kontekstdə Azərbaycanın sammitdə iştirak üçün dəvət olunması xüsusi diqqətə layiqdir. Azərbaycanın Avropa Siyasi Birliyinin fəaliyyətində iştirakı ölkəmizin beynəlxalq siyasi dialoq sistemində tutduğu mövqenin göstəricilərindən biridir. Azərbaycan yalnız regional proseslərin iştirakçısı deyil, həm də Avropanın enerji təhlükəsizliyi, nəqliyyat-logistika əlaqələri və Şərq-Qərb əməkdaşlığı baxımından mühüm tərəfdaşdır.

Son illərdə Azərbaycanın həyata keçirdiyi müstəqil xarici siyasət, müxtəlif beynəlxalq tərəfdaşlarla qurduğu qarşılıqlı faydalı münasibətlər və regional əməkdaşlıq təşəbbüsləri ölkəmizin geosiyasi əhəmiyyətini daha da artırıb. Xüsusilə enerji təhlükəsizliyi sahəsində Azərbaycanın Avropa üçün etibarlı tərəfdaş kimi çıxış etməsi bu münasibətlərin strateji xarakter daşıdığını təsdiqləyir.

Avropanın enerji təchizatının şaxələndirilməsi, alternativ mənbələrə çıxış imkanlarının genişləndirilməsi və enerji marşrutlarının təhlükəsizliyinin təmin olunması hazırda qitənin əsas prioritetlərindəndir. Azərbaycan isə zəngin enerji resursları, mövcud ixrac infrastrukturu və beynəlxalq əməkdaşlıq imkanları ilə bu prosesdə mühüm rol oynayır. Cənub Qaz Dəhlizi, Trans-Adriatik Boru Kəməri və digər enerji layihələri Azərbaycanın Avropa ilə əlaqələrinin praktiki və iqtisadi əsaslarını formalaşdırır.

Lakin Azərbaycan-Avropa münasibətlərini yalnız enerji amili ilə məhdudlaşdırmaq düzgün olmazdı. Ölkəmiz Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafında, Orta Dəhlizin imkanlarının genişləndirilməsində, beynəlxalq ticarət əlaqələrinin gücləndirilməsində və regionlararası bağlantıların yaradılmasında da mühüm mövqeyə malikdir. Qlobal təchizat zəncirlərində baş verən dəyişikliklər fonunda Azərbaycanın tranzit imkanları Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin inkişafı baxımından xüsusi əhəmiyyət qazanır.

Dublin sammitinin diqqət çəkən digər istiqamətlərindən biri Cənubi Qafqazın gələcəyi ilə bağlı məsələlərdir. Ermənistan və Azərbaycanın da təmsil olunduğu bu geniş siyasi platforma regionda sülhün, sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsi baxımından əlavə dialoq imkanları yaradır. Azərbaycan-Ermənistan münasibətlərində sülh gündəliyinin irəlilədilməsi, qarşılıqlı etimadın formalaşdırılması və kommunikasiyaların açılması regional təhlükəsizlik baxımından mühüm məsələlərdir.

Azərbaycanın mövqeyi hər zaman ondan ibarət olub ki, Cənubi Qafqaz uzunmüddətli qarşıdurma məkanı deyil, əməkdaşlıq və iqtisadi tərəqqi regionuna çevrilməlidir. Bunun üçün dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq hüququn fundamental prinsiplərinə hörmət edilməlidir. Regionda davamlı sülhün təmin olunması üçün siyasi bəyanatlardan daha çox konkret addımlar, qarşılıqlı öhdəliklər və real əməkdaşlıq mexanizmləri vacibdir.

Bu baxımdan Avropa Siyasi Birliyinin platforması region ölkələri arasında siyasi təmasların genişləndirilməsi üçün əhəmiyyətli imkanlar yaradır. Bununla belə, belə görüşlərin real nəticə verməsi üçün dialoq prosesində obyektivlik, balanslı yanaşma və beynəlxalq hüququn prinsiplərinə sadiqlik əsas götürülməlidir. Cənubi Qafqazda sülhün gələcəyi kənar siyasi maraqların deyil, region dövlətlərinin suveren seçimlərinin və qarşılıqlı razılaşmalarının əsasında müəyyənləşməlidir.

Dublin sammiti həm də Azərbaycanın beynəlxalq platformalarda artan diplomatik fəallığı baxımından xüsusi əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, Azərbaycan 2028-ci ilin yazında Avropa Siyasi Birliyinin növbəti sammitinə ev sahibliyi edəcək. Bu qərar ölkəmizə göstərilən beynəlxalq etimadın, Azərbaycanın təşkilatın siyasi dialoq və əməkdaşlıq mexanizmlərində tutduğu mövqenin mühüm göstəricisidir.

2028-ci ildə Bakıda keçiriləcək sammit Azərbaycanın Avropa ilə münasibətlərinin daha da genişləndirilməsi, Şərq-Qərb siyasi dialoqunun inkişafı və regional əməkdaşlıq məsələlərinin beynəlxalq müstəvidə müzakirəsi üçün yeni imkanlar yaradacaq. Azərbaycanın belə mötəbər tədbirə ev sahibliyi etməsi həm də ölkəmizin beynəlxalq diplomatik tədbirlərin təşkilində qazandığı təcrübənin və etibarlı tərəfdaş imicinin təsdiqidir.

Bununla yanaşı, Avropa Siyasi Birliyinin sammitlərinin xarakterini düzgün qiymətləndirmək lazımdır. Bu platforma Avropa İttifaqı kimi hüquqi baxımdan məcburi qərarlar qəbul edən qurum deyil. Onun əsas funksiyası dövlət başçıları arasında siyasi dialoqun təşviqi, ortaq maraqların müəyyənləşdirilməsi və əməkdaşlıq imkanlarının genişləndirilməsidir. Məhz qeyri-formal format liderlərə mürəkkəb məsələləri daha çevik şəkildə müzakirə etmək, ikitərəfli görüşlər keçirmək və siyasi fikir ayrılıqlarının aradan qaldırılması üçün imkanlar yaratmaq imkanı verir.

Nəticə etibarilə, Dublin sammiti Avropanın gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi baxımından mühüm siyasi hadisədir. Bu toplantının əhəmiyyəti yalnız 50-yə yaxın ölkənin liderlərinin bir araya gəlməsi ilə ölçülmür. Əsas məsələ dəyişən dünya nizamında Avropanın öz təhlükəsizliyini necə təmin edəcəyi, iqtisadi müstəqilliyini necə gücləndirəcəyi və beynəlxalq münasibətlər sistemində hansı mövqedən çıxış edəcəyidir.

Azərbaycan üçün isə bu sammit Avropa ilə münasibətlərin yeni mərhələyə yüksəldilməsi, ölkəmizin strateji imkanlarının təqdim olunması və gələcək əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi baxımından əhəmiyyətlidir. Azərbaycanın 2028-ci ildə bu platformanın növbəti sammitinə ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirilməsi göstərir ki, ölkəmiz artıq regional proseslərin deyil, daha geniş beynəlxalq siyasi dialoqun da mühüm iştirakçılarından biri kimi qəbul olunur.

Bu reallıq Azərbaycanın həyata keçirdiyi müstəqil xarici siyasətin, balanslaşdırılmış diplomatiyanın və milli maraqlara əsaslanan strateji xəttin beynəlxalq səviyyədə qazandığı mövqenin ifadəsidir. Dublin görüşündən gözləntilər də məhz bu baxımdan böyükdür: Avropa yalnız öz daxilində deyil, onunla sıx əməkdaşlıq edən tərəfdaş dövlətlərlə birlikdə daha təhlükəsiz, sabit və iqtisadi cəhətdən dayanıqlı gələcək qurmalıdır.

AZƏR BADAMOV
Milli Məclisin deputatı


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 77   Tarix: 12 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda Konstitusiya Günüdür

Bu gün Azərbaycan Respublikasının əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. xəbər verir ki, hazırkı Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk Konstitusiyası idi. Azərbaycan dövlətinin birinc

10:44 161
.

Dublində 50-yə yaxın ölkənin liderləri bir araya gəlir: Azərbaycan üçün mühüm məsələlər müzakirə olunacaq

İrlandiyanın paytaxtı Dublində Avropa Siyasi Birliyinin (ASB) sammitinə start verilib. Görüşdə Avropa ölkələri ilə yanaşı, digər tərəfdaş dövlətləri təmsil edən 50-yə yaxın ölkənin liderləri iştirak edir. Kanada da sammitə xüsusi qonaq qismində dəvət olunub. xəbər verir ki, Dublin Konqres Mərkəzind

14:44 79
.

Avropanın yeni geosiyasi axtarışları: Dublin sammiti və Azərbaycanın beynəlxalq mövqeyi

Müasir beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər dövlətlər qarşısında yeni siyasi, iqtisadi və təhlükəsizlik çağırışları yaradır. Geosiyasi rəqabətin güclənməsi, regional münaqişələr, enerji təhlükəsizliyi, beynəlxalq nəqliyyat marşrutlarının əhəmiyyətinin artması və qlobal iqtisad

15:00 44
.

Avropa Siyasi Birliyinin sammiti: qlobal geosiyasi dəyişikliklər fonunda Azərbaycanın artan beynəlxalq nüfuzu

Dünya siyasətində yeni geosiyasi reallıqların formalaşdığı, beynəlxalq təhlükəsizlik sisteminin ciddi sınaqlarla üzləşdiyi və dövlətlərarası münasibətlərin yenidən müəyyənləşdiyi bir vaxtda Avropa Siyasi Birliyinin (ASB) sammiti mühüm siyasi hadisə kimi diqqət çəkir. Noyabrın 12-də İrlandiyanın paytaxt

14:47 69
.

Hollandiya və ABŞ-dan BCM-in səlahiyyətləri ilə bağlı müzakirə

Hollandiya və ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) dövlət başçıları ilə bağlı yurisdiksiyasının məhdudlaşdırılması məsələsini müzakirə edirlər. xəbər verir ki, bu barədə TASS diplomatik mənbəyə istinadən məlumat yayıb. Mənbənin sözlərinə görə, müzakirələr bir sıra məsələləri, o cümlədən dövlət başçılarını

10:10 165
.

Rusiya və Ukrayna razılığa gəldi: Yaxın zamanda elan ediləcək

"Əbu-Dabidə keçirilən danışıqlar zamanı Rusiya və Ukrayna genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəliblər. Prosesin detalları tezliklə açıqlanacaq". TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi və danışıqlardakı nümayəndə heyətinin rəhbəri Vladimir Medinski jurnalistlər

11.11.2026 338
.

Azərbaycan və Türkiyə - Sarsılmaz qardaşlıq

Qardaş Türkiyə bu gün nəinki regionda baş verən siyasi və geosiyasi proseslərdə, eyni zamanda, qlobal miqyasda mühüm qərarların qəbulunda söz sahibi olan dövlətlərdən biridir. Türkiyənin beynəlxalq nüfuzunun, siyasi və iqtisadi gücünün artması, regional və dünya siyasətində mövqelərinin möhkəmlənməsi

10:40 166
.

Natiq Əliyevin qızından şikayətçi olan da general imiş

Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub. "Qafqazinfo"nun əldə etdiyi digər məlumata görə, Türkərdən şikayət edən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA

11:29 232
.

2027-cı ildə Bakıda mənzil qiymətləri artacaq, yoxsa düşəcək?

Mənim qənaətimə görə, 2027-cı ildə Bakı daşınmaz əmlak bazarında qiymətlərin kəskin şəkildə aşağı düşməsi üçün fundamental iqtisadi əsaslar hələlik kifayət qədər formalaşmayıb. Daha real ssenari mənzil qiymətlərinin artımını davam etdirməsi, lakin bu artımın bazarın ayrı-ayrı seqmentlərində fərqli templərl

11:31 191
.