Azərbaycan və Türkiyə - Sarsılmaz qardaşlıq

Azərbaycan və Türkiyə - Sarsılmaz qardaşlıqQardaş Türkiyə bu gün nəinki regionda baş verən siyasi və geosiyasi proseslərdə, eyni zamanda, qlobal miqyasda mühüm qərarların qəbulunda söz sahibi olan dövlətlərdən biridir. Türkiyənin beynəlxalq nüfuzunun, siyasi və iqtisadi gücünün artması, regional və dünya siyasətində mövqelərinin möhkəmlənməsi, şübhəsiz ki, Azərbaycanı da sevindirir. Çünki Azərbaycan üçün Türkiyənin güclənməsi həm də türk dünyasının güclənməsi, ortaq maraqlarımızın və milli mənafelərimizin daha etibarlı müdafiəsi deməkdir.

Azərbaycan-Türkiyə münasibətləri dünya dövlətləri arasında nadir nümunə hesab olunur. Bu münasibətləri yalnız diplomatik əlaqələr, siyasi əməkdaşlıq və iqtisadi tərəfdaşlıq çərçivəsində dəyərləndirmək mümkün deyil. Bizi birləşdirən ortaq tarix, etnik köklər, dil, din, mədəniyyət və mənəvi dəyərlərdir. Bu bağlılıq zamanın sınaqlarından keçərək daha da möhkəmlənib. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyevin söylədiyi "Bir millət, iki dövlət" kəlamı Azərbaycan-Türkiyə münasibətlərinin mahiyyətini ifadə edən tarixi bir prinsipə çevrilib.

44 günlük Vətən müharibəsi iki qardaş ölkə arasındakı birliyin və həmrəyliyin nə qədər möhkəm olduğunu bütün dünyaya bir daha nümayiş etdirib. Müharibənin ilk saatlarından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın haqq işinə açıq və birmənalı dəstəyini ifadə edib.

Müharibədən sonra, 2021-ci il iyunun 15-də Şuşada imzalanan tarixi Şuşa Bəyannaməsi isə iki dövlət arasındakı münasibətləri rəsmən müttəfiqlik səviyyəsinə yüksəldib. Bu sənəd Azərbaycan-Türkiyə əlaqələrinin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirməklə yanaşı, regional təhlükəsizlik, qarşılıqlı müdafiə, iqtisadiyyat, enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlığın daha da dərinləşməsi üçün möhkəm hüquqi-siyasi zəmin yaradıb. Şuşa Bəyannaməsi həm də dünyaya ünvanlanmış mühüm mesaj olub: Azərbaycan və Türkiyə bundan sonra da bir-birinin yanında olacaq, ortaq maraqlarını birlikdə qoruyacaq.

Lakin iki qardaş dövlət arasında mövcud olan bu sarsılmaz münasibətlər, təbii ki, hamını sevindirmir. Azərbaycan-Türkiyə birliyinin yaratdığı güclü siyasi və geosiyasi reallıqlar bəzi dairələri ciddi şəkildə narahat edir. Məhz buna görə də zaman-zaman iki ölkənin münasibətlərinə kölgə salmaq, xalqlarımız arasında süni narazılıq yaratmaq, ortaq maraqlarımıza zidd olan fikirləri gündəmə gətirmək cəhdləri müşahidə olunur. Belə qüvvələr müxtəlif mövzulardan istifadə edərək Azərbaycanı əsassız ittihamlarla hədəfə almağa çalışırlar. Xüsusilə onlar Azərbaycan-İsrail münasibətlərini məqsədli şəkildə təhrif edir, ölkəmizin Fələstin məsələsindəki mövqeyini şübhə altına almağa cəhd göstərirlər. Halbuki Azərbaycanın xarici siyasəti müstəqil milli maraqlara, qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslanır. Deməli, ölkəmizin müxtəlif dövlətlərlə əməkdaşlığını bir-birinə qarşı qoymaq və bundan siyasi manipulyasiya vasitəsi kimi istifadə etmək cəhdləri heç bir məntiqə sığmır. Dini məsələlər üzərindən ölkəmizə qarşı populist və məsuliyyətsiz ittihamlar səsləndirmək, reallığı təhrif etməklə ictimai rəyə təsir göstərməyə çalışmaq qəbuledilməzdir.

Azərbaycan-Türkiyə münasibətlərinin mahiyyəti və bu birliyin sarsılmazlığı hər iki ölkənin dövlət başçılarının çıxışlarında dəfələrlə ifadə olunub. Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şuşada keçirilən görüşlərdən sonra mətbuata bəyanatında bu məsələyə xüsusi toxunaraq bildirib ki, iki xalq və iki lider heç kimə imkan verməz ki, onların arasına girsin, yaxud şəxsi maraqları naminə birliklərinə, qardaşlıqlarına və həmrəyliklərinə kölgə salsın.

Dövlətimizin başçısı Azərbaycan-Türkiyə birliyini və qardaşlığını sarsıtmaq istəyənlərin heç vaxt öz arzularına çatmayacağını da xüsusi vurğulayıb. Prezident İlham Əliyevin sözləri ilə desək: "Bizi birləşdirən ortaq tarixdir, etnik köklərdir, dilimizdir, ədəbiyyatımızdır, mənəvi dəyərlərimizdir. Bu, böyük sərvətdir və bu sərvət üzərində, bu güclü təməl üzərində bu gün dövlətlərarası münasibətlər də inkişaf edir". Şübhəsiz, bu fikirlər iki ölkə arasındakı münasibətlərin hansı möhkəm təməl üzərində qurulduğunu aydın şəkildə göstərir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Azərbaycan-Türkiyə münasibətlərini "sönməz məşəl" adlandıraraq Türkiyənin və türk millətinin hər zaman Azərbaycanın yanında olacağını, ölkəmizin sevincini də, kədərini də bölüşəcəyini bəyan edib. Bu, sadəcə, diplomatik ifadə deyil, Türkiyənin Azərbaycana münasibətdə dəyişməz siyasi iradəsinin və qardaşlıq mövqeyinin təzahürüdür.

Prezident Rəcəb Tayyib Ərdoğan Qarabağda aparılan quruculuq və bərpa işlərindən danışarkən bu istiqamətdə Azərbaycanın səylərini yüksək qiymətləndirib. Yeri gəlmişkən, Türkiyə dövlətinin dəstəyi ilə Cəbrayılda Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzinin və Ağıllı Tingçilik Mərkəzinin yaradılması iki ölkə əməkdaşlığının yeni nümunəsi kimi diqqət çəkir. Bu, işğaldan azad olunmuş ərazilərin ekoloji bərpasına və yaşıllaşdırılmasına mühüm töhfə verir. Türkiyənin Qarabağ və Şərqi Zəngəzurda təhsil infrastrukturunun qurulmasına verdiyi dəstək də xüsusi əhəmiyyət daşıyır. Ərdoğan Ağdamda 14 500 kvadratmetr sahəni əhatə edən, 40 sinif otağından ibarət məktəbin tikintisinə başlandığını və onun növbəti il istifadəyə verilməsinin nəzərdə tutulduğunu bildirib. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan-Türkiyə münasibətləri möhkəm tarixi təmələ, qarşılıqlı etimada və ortaq strateji maraqlara əsaslanır. Bu münasibətləri kənar qüvvələrin təxribatları, əsassız ittihamları və siyasi manipulyasiyaları ilə zəiflətmək mümkün deyil. Bir sözlə, Azərbaycan-Türkiyə birliyinin təməli möhkəmdir, məşəli də daim yanacaq.

Qvami Məhəbbətoğlu
Araşdırmaçı jurnalist


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 88   Tarix: 12 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib

Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbird

11.11.2026 370
.

Məktəblər üçün texniki dəstək xətti açıldı

Elm və Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinin inzibati heyət üzvlərinin müraciətlərinin operativ cavablandırılması və texniki məsələlərin həllinə kömək göstərilməsi məqsədilə 146-4 dəstək xətti istifadəyə verilib. Nazirlikdən "Qafqazinfo"ya verilən məlumata görə, dəstək xətt

11.11.2026 320
.

Şuşadan təxribatçılara göndərilən sərt mesaj

Azərbaycan - Türkiyə münasibətləri növbəti dəfə öz gücünü, sarsılmazlığını və siyasi iradəyə söykəndiyini nümayiş etdirdi. Noyabrın 8-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın Zəfər Günü münasibətilə Şuşaya səfəri, iki gün sonra Azərbaycan Prezidenti İlham Əliyevin COP31 Liderlər Sammitind

10:51 59
.

Azərbaycana taxta göndərən şirkətin fəaliyyəti dayandırıldı

Rusiyanın Perm diyarında Azərbaycana ixrac üçün hazırlanan 87 kubmetr taxta materialında təhlükəli zərərverici aşkar edilib. xəbər verir ki, sentyabrın 11-də aparılan yoxlama zamanı iynəyarpaqlı ağac materiallarında iri qara ladin uzunbığlı böcəyinin izləri müəyyən olunub. Laboratoriya analizləri taxt

11.11.2026 303
.

İtaliyada bomba hədələri səbəbindən azı 300 məktəb təxliyə edilib

İtaliyada elektron poçt vasitəsilə göndərilən bomba hədələrindən sonra ölkə üzrə azı 300 məktəb təxliyə olunub. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. İtaliyanın təhsil naziri Cüzeppe Valditara "La7" telekanalına açıqlamasında bildirib ki, bomba hədələri ilə bağlı eyni məzmunl

11.11.2026 281
.

Azərbaycan və Türkiyə qardaşlığı əbədidir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri və Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri Bakı-Ankara münasibətlərinin sadəcə diplomatik tərəfdaşlıqdan ibarət olmadığını bir daha nümayiş etdirdi. Bu qarşılıqlı səfərlər iki dövlət arasında mövcud olan qardaşlığın, strateji müttəfiqliyi

10:56 29
.

Rusiya və Ukrayna razılığa gəldi: Yaxın zamanda elan ediləcək

"Əbu-Dabidə keçirilən danışıqlar zamanı Rusiya və Ukrayna genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəliblər. Prosesin detalları tezliklə açıqlanacaq". TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi və danışıqlardakı nümayəndə heyətinin rəhbəri Vladimir Medinski jurnalistlər

11.11.2026 317
.

Sarsılmaz müttəfiqlik - ortaq strateji hədəflər

Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad

11.11.2026 296
.

Azərbaycanda Konstitusiya Günüdür

Bu gün Azərbaycan Respublikasının əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. xəbər verir ki, hazırkı Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk Konstitusiyası idi. Azərbaycan dövlətinin birinc

10:44 63
.