Şuşadan təxribatçılara göndərilən sərt mesaj

Şuşadan təxribatçılara göndərilən sərt mesajAzərbaycan - Türkiyə münasibətləri növbəti dəfə öz gücünü, sarsılmazlığını və siyasi iradəyə söykəndiyini nümayiş etdirdi. Noyabrın 8-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın Zəfər Günü münasibətilə Şuşaya səfəri, iki gün sonra Azərbaycan Prezidenti İlham Əliyevin COP31 Liderlər Sammitində iştirak etmək üçün Türkiyəyə getməsi Bakı ilə Ankara arasındakı qardaşlığın, dostluğun və strateji müttəfiqliyin ən bariz nümunəsidir. Bu iki səfər təkcə diplomatik təqvimdəki mühüm hadisələr deyil, həm də son vaxtlar iki ölkənin münasibətləri ətrafında süni gərginlik yaratmağa çalışan dairələrə verilmiş aydın siyasi mesajdır.

Şuşada iki dövlət başçısının bir araya gəlməsi, Zəfər sevincinin birlikdə yaşanması, ardınca İlham Əliyevin Türkiyədə yüksək səviyyədə qarşılanması bütün spekulyasiyaların üzərindən xətt çəkdi. Prezidentlərin verdiyi mesajlar da kifayət qədər açıqdır: Azərbaycan və Türkiyəni birləşdirən bağlar ayrı-ayrı şəxslərin, siyasi qrupların, sosial şəbəkə fəallarının və hansısa media platformalarının kampaniyalarından qat-qat güclüdür. Bu qardaşlığın arxasında ortaq tarix, qan yaddaşı, milli maraqlar, qarşılıqlı etimad və ən çətin günlərdə sınaqdan çıxmış birlik dayanır.

Türkiyə liderinin səfərdən qayıdarkən verdiyi açıqlamada da iki ölkə arasında ayrılıq yaratmaq istəyənlərin cəhdlərinin nəticəsiz qalacağını bildirməsi diqqət çəkdi. Deməli, dövlət başçıları münasibətlərin mahiyyətini və bu birliyə qarşı yönələn cəhdlərin xarakterini kifayət qədər yaxşı anlayırlar. Lakin bütün bunlara baxmayaraq, qardaşlıq münasibətlərinə kölgə salmağa çalışan qüvvələr hələ də meydandadır. Son həftələrdə, xüsusilə Türkiyədəki bəzi media platformalarında və sosial şəbəkələrdə Azərbaycana qarşı səsləndirilən ittihamlar, həqiqəti təhrif edən paylaşımlar, dövlətimizin daxili məsələlərini hədəfə alan açıqlamalar və Azərbaycan-Türkiyə münasibətlərində guya böhran yaşandığı görüntüsünü yaratmaq cəhdləri ciddi narahatlıq doğurur.

Son günlər Şuşada keçirilən yüksək səviyyəli görüşlərə, iki prezidentin açıq bəyanatlarına və ardınca İlham Əliyevin Türkiyəyə səfərinə baxmayaraq, bu istiqamətdəki manipulyativ ritorikanın tam səngiməməsi həmin dairələrin əsl niyyətini göstərir. Bəzi kanallarda yayılan materialların məzmunu, hadisələrin birtərəfli təqdimatı, ayrı-ayrı fikirlərin kontekstdən çıxarılması və cəmiyyətlər arasında şübhə yaratmağa hesablanmış yanaşmalar artıq adi jurnalist müzakirəsi çərçivəsindən kənara çıxır. Tənqid başqa şeydir, böhtan və qarayaxma tamam başqa. Hər hansı məsələdə fikir ayrılığı ola, ayrı-ayrı qərarlar müzakirə edilə bilər. Lakin bundan iki qardaş dövlətin münasibətlərini hədəfə almaq, Azərbaycan xalqının milli qüruruna toxunmaq və Türkiyə ictimaiyyətində yanlış təsəvvür formalaşdırmaq üçün istifadə etmək qəbuledilməzdir. Daha təhlükəlisi odur ki, bu cür çıxışlar bəzən özünü Türkiyə-Azərbaycan dostluğunun müdafiəçisi kimi təqdim edən şəxslərdən gəlir.

Qardaşlıq şüarını səsləndirib, eyni zamanda qardaş ölkənin dövlətinə, xalqına və seçdiyi müstəqil siyasi kursa qarşı hörmətsiz davranmaq səmimiyyət deyil. Bu, qardaşlıq anlayışından öz məqsədləri üçün istifadə etməkdir. Üstəlik, belə kampaniyaların hansı nəticələrə xidmət etdiyini də görmək çətin deyil. Azərbaycanla Türkiyənin siyasi, iqtisadi, hərbi, enerji və nəqliyyat sahələrində əməkdaşlığının genişləndiyi, Türk dünyasının inteqrasiyasının yeni mərhələyə keçdiyi bir vaxtda iki ölkənin ictimaiyyətləri arasında inamsızlıq yaratmaq cəhdləri ortaq maraqlara ziddir.

Belə davranışların nəticəsində qazanan Azərbaycan və Türkiyə xalqları olmayacaq. Əksinə, Bakı ilə Ankara arasında məsafə yaranmasını arzulayan qüvvələr bundan öz maraqları naminə istifadə etməyə çalışacaqlar. Ona görə də hər iki ölkənin ictimaiyyəti emosional çağırışlara, saxta məlumatlara və qərəzli təqdimatlara qarşı ayıq olmalıdır. Bu gün Şuşadan Antalyaya uzanan siyasi təmaslar iki ölkənin münasibətlərinin hansı istiqamətdə inkişaf etdiyini açıq nümayiş etdirir. Ərdoğan Zəfər Günündə Şuşada Azərbaycan xalqının sevincinə şərik oldu, İlham Əliyev isə Türkiyəyə səfəri ilə qardaş ölkə ilə əlaqələrin bütün sahələrdə davamlı inkişafına verilən əhəmiyyəti bir daha göstərdi. Bu mənzərənin qarşısında hansısa kanalın, radikal qrupun və ya sosial şəbəkə təxribatçısının yaratmağa çalışdığı süni qarşıdurma görüntüləri öz əhəmiyyətini itirir...

Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 78   Tarix: 12 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İki qardaş dövlətin sarsılmaz birliyinin təsdiqi

8 Noyabr 2026-cı il - Zəfər Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə görüşü iki qardaş dövlətin sarsılmaz münasibətlərini, tarixi bağlılığını və gələcəyə yönələn strateji iradəsini bir daha nümayiş etdirdi. Azərbaycanın dövlətçilik tarixind

11.11.2026 374
.

Rusiya və Ukrayna razılığa gəldi: Yaxın zamanda elan ediləcək

"Əbu-Dabidə keçirilən danışıqlar zamanı Rusiya və Ukrayna genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəliblər. Prosesin detalları tezliklə açıqlanacaq". TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi və danışıqlardakı nümayəndə heyətinin rəhbəri Vladimir Medinski jurnalistlər

11.11.2026 317
.

Ev almaq istəyənlərin nəzərinə - Müraciətlər başlayır

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı ildə adi ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılır. fonda istinadən xəbər verir ki, müraciətlərin qəbuluna 13 noyabr saat 15:00-dan başlanacaq. Vətəndaşlara 12 noyabr 2026-cı il tarixinədə

11.11.2026 278
.

Azərbaycan - Türkiyə qardaşlığı sarsılmazdır

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının tarixində yalnız hərbi Qələbənin deyil, milli iradənin, dövlətçilik əzminin və tarixi ədalətin təntənəsidir. Bu möhtəşəm günün altıncı ildönümündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfər etməsi və Qarabağın tacı, mədəniyyət paytaxtımı

10:45 62
.

Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzalayıb

Ermənistan prezidenti Vahaqn Xaçaturyan Zəngəzur dəhlizi boyunca uzanacaq Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu (TRIPP) layihəsi ilə bağlı ABŞ-la çərçivə sazişini təsdiqləyən qanunu imzalayıb. xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Xaçaturya

11:02 0
.

Ər-Riyad hava limanı raket hücumuna məruz qalıb

Husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı hava limanına hücum etdiklərini açıqlayıblar. xəbər verir ki, bu barədə Husilərin hərbi sözçüsü Yəhya Saria "Al Masirah" telekanalına müsahibəsində bildirib. "Silahlı qüvvələrimiz Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına üç qanadl

10:41 74
.

Okeanın altında gizlənən səkkizinci qitə: Zelandiya haqqında nə məlumdur?

Sakit okeanın cənubunda yerləşən və ərazisinin təxminən 95 faizi su altında qalan Zelandiya alimlərin diqqətini cəlb etməkdə davam edir. Sahəsi Avropanın yarısından çox olan bu nəhəng geoloji ərazi milyonlarla il əvvəl qədim Qondvana superqitəsinin tərkibində olub. Qaynarinfo xəbər verir ki, Avstriyanı

11.11.2026 283
.

Prezident həmkarına başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti İliyana Yotovaya başsağlığı məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması və yaralanmas

11.11.2026 366
.

İtaliyada bomba hədələri səbəbindən azı 300 məktəb təxliyə edilib

İtaliyada elektron poçt vasitəsilə göndərilən bomba hədələrindən sonra ölkə üzrə azı 300 məktəb təxliyə olunub. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. İtaliyanın təhsil naziri Cüzeppe Valditara "La7" telekanalına açıqlamasında bildirib ki, bomba hədələri ilə bağlı eyni məzmunl

11.11.2026 281
.