İlham Əliyevin Antoniu Koşta ilə görüşü olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Dublində Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koşta ilə görüşü olub.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koşta Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə etdi, ölkəmizə səfərini xatırladı. O, Azərbaycan-Avropa İttifaqı dialoqunun və əməkdaşlıq məsələlərinin müzakirəsini davam etdirmək üçün Prezident İlham Əliyevi Avropa İttifaqına səfərə dəvət etdi.
Dövlətimizin başçısı Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koştanın ölkəmizə səfərini xatırladı və qeyd etdi ki, bu, əlaqələrimizin inkişafına yaxşı imkanlar açır.
Prezident İlham Əliyev ölkəmizin etibarlı tərəfdaş kimi Avropanın enerji təchizatı və enerji təhlükəsizliyində oynadığı rola toxunaraq vurğuladı ki, Azərbaycan hazırda Avropa İttifaqının 10 üzv ölkəsinə qaz ixrac edir.
Ölkəmizlə Avropa İttifaqı arasında qaz təchizatı sahəsində uğurlu əməkdaşlığın davam etdirilməsi baxımından uzunmüddətli enerji müqavilələrinin və maliyyə mexanizmlərinin yenidən nəzərdən keçirilməsinin vacibliyi qeyd olundu.
Söhbət zamanı Azərbaycanla Avropa İttifaqı arasında enerji, o cümlədən bərpaolunan enerji sahəsində əməkdaşlığa toxunularaq, bu xüsusda Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında bərpaolunan enerjinin Avropa bazarına ixracı üçün əldə olunmuş razılaşma vurğulandı.
Avropa İttifaqı tərəfindən Naxçıvan dəmir yolu layihəsi üzrə qiymətləndirmənin tezliklə yekunlaşdırılacağı bildirildi.
Orta Dəhlizin əhəmiyyəti qeyd edildi, nəqliyyat və bağlantıların inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 52 Tarix: 13 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHakim ərini baltalayan qadını qəfəsdən çıxardı - BAKIDA
Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını balta ilə öldürməyə cəhddə təqsirləndirilən İradə Hacıyevanın cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib. xəbər verir ki, hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə müdafiə vəkili hüquqlarını müdafiə etdiyi şəxsin ev dustaqlığına buraxılmasını
12.11.2026 465 Azərbaycanda institutun adı dəyişdirildi
Naxçıvan Müəllimlər İnstitutunun binasının adı və loqosu dəyişdirilib. xəbər verir ki, Baş nazir Əli Əsədovun sentyabrın 21-də imzaladığı qərara əsasən, Naxçıvan Müəllimlər İnstitutu ləğv edilərək Naxçıvan Dövlət Universitetinə qoşulması yolu ilə yenidən təşkil edilib. Qərara əsasən, Naxçıvan Dövlə
10:12 98 Alimlər plastikdən almaz əldə etməyin yolunu tapdı
Plastik butulkaların hazırlanmasında istifadə olunan materialdan laboratoriya şəraitində almaz əldə etmək mümkün olub. Almaniyalı fiziklər güclü lazer şüası vasitəsilə PET plyonkasını nanodiamantlara çevirməyə nail olublar. Qaynarinfo xəbər verir ki, Almaniyanın Drezden şəhərindəki Helmholts Mərkəzini
12.11.2026 272 Əsrlərdir axtarılan əşya təsadüfən tapıldı
ABŞ-dan İsrailə ekskursiyaya gələn 17 yaşlı məktəbli təsadüfən 3300 il yaşı olan qədim Misir amuleti aşkar edib. xəbər verir ki, bu barədə "The Times of Israel" nəşri məlumat yayıb. Hadisə İsrailin Tel-Gezer Milli Parkında baş verib. Şelo Atun adlı məktəbli gəzinti zamanı yerdən daş götürərə
12.11.2026 294 Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri Rumen Radev ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində Bolqarıstan Respublikasının Baş naziri Rumen Radev ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bir neçə gün əvvəl Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsind
12.11.2026 257 Avropa Siyasi Birliyinin sammiti: qlobal geosiyasi dəyişikliklər fonunda Azərbaycanın artan beynəlxalq nüfuzu
Dünya siyasətində yeni geosiyasi reallıqların formalaşdığı, beynəlxalq təhlükəsizlik sisteminin ciddi sınaqlarla üzləşdiyi və dövlətlərarası münasibətlərin yenidən müəyyənləşdiyi bir vaxtda Avropa Siyasi Birliyinin (ASB) sammiti mühüm siyasi hadisə kimi diqqət çəkir. Noyabrın 12-də İrlandiyanın paytaxt
12.11.2026 238 COP31-də Əliyev-Ərdoğan görüşü: Strateji müttəfiqliyin növbəti nümayişi
COP31 çərçivəsində Türkiyənin Antalya şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın nümayiş etdirdiyi səmimi münasibət və siyasi yaxınlıq adi diplomatik protokol çərçivəsindən daha geniş məna daşıyır. Bu, ilk növbədə, Azərbaycan-Türkiyə qardaşlığının və stratej
12.11.2026 230 Dublin sammiti Avropanın gələcək təhlükəsizlik arxitekturası və Azərbaycanın artan geosiyasi əhəmiyyəti fonunda
Avropanın siyasi gündəliyində mühüm hadisələrdən biri olan Avropa Siyasi Birliyinin (ASB) IX sammiti 12 noyabr 2026-cı il tarixində İrlandiyanın paytaxtı Dublində öz işinə başlayır. Avropanın və digər tərəfdaş dövlətlərin 50-yə yaxın ölkəsinin liderlərini bir araya gətirən bu mötəbər beynəlxalq tədbi
12.11.2026 322 İnsan sevdiyi şəxsdən niyə birdən-birə soyuyur?
Bəzən insan illərlə sevdiyi, həyatını birlikdə qurmaq istədiyi şəxsə qarşı qəfil soyuqluq hiss etməyə başlayır. Dünənə qədər onunla danışmaqdan, görüşməkdən və vaxt keçirməkdən zövq alan biri birdən-birə uzaqlaşır, mesajlara gec cavab verir və əvvəlki marağını göstərmir. Bu dəyişiklik qarşı tərəfdə çoxsayl
12.11.2026 328