Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb

Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşübNoyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı ilə görüşdən məmnunluğunu bildirən Prezident Nikuşor Dan ölkələrimiz arasında dostluq əlaqələrinin olduğunu vurğulayaraq, Azərbaycan Prezidentini Rumıniyada səfərdə görməkdən məmnun olacağını bildirdi.

Prezident İlham Əliyev münasibətlərimizin strateji tərəfdaşlıq zəminində inkişaf etdiyini dedi və əlaqələrimizin daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu vurğuladı.

Dövlət başçıları ikitərəfli müzakirələrə əsaslanaraq, strateji tərəfdaşlığımızın dərinləşdirilməsinə, əsas enerji və bağlantı layihələrinin irəlilədilməsinə, həmçinin ortaq siyasi və iqtisadi gündəliyin həyata keçirilməsinə dair fikir mübadiləsi apardılar.

Azərbaycanın Rumıniya üçün və Avropanın enerji təhlükəsizliyi baxımından mühüm tərəfdaş olduğu vurğulandı. Enerji sahəsində mövcud əməkdaşlığın yaxşı perspektivlərinin olduğu bildirildi. Xəzər dənizini və Qara dənizi birləşdirən əməkdaşlığımızın inkişafı üçün böyük potensialın mövcudluğu qeyd edildi.

Görüşdə ölkələrimiz arasında bağlantılar, şəhərlərarası və elm-təhsil sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı, müdafiə sənayesi sahəsində əlaqələrin perspektivləri qeyd edildi.

Son dövrlərdə ölkələrimiz arasında müxtəlif səviyyələrdə həyata keçirilən səfərlərin əhəmiyyəti vurğulandı.

Rumıniya Prezidenti əlaqələrimizin humanitar-mədəni aspektinin vacib hissəsi kimi paytaxt Buxarestdə Heydər Əliyev parkının mövcudluğunu qeyd etdi və hazırda parkda təmir işlərinin uğurla aparıldığını bildirdi.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 58   Tarix: 13 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Aslan Fətullayevin nəşi Azərbaycana gətirilib

Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayevin nəşi Moskvadan Bakıya gətirilib. Axşam.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova məlumat verib. Onun sözlərinə görə, aktyorun nəşi bu gün səhər saatlarında Bakıya çatıb. Teatrın direktor

12.11.2026 415
.

Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur, onların yüz milyardlarla dollarını və Hörmüzü ələ keçirmişik

ABŞ Prezidenti Donald Tramp artıq İranla razılaşmaya ehtiyac olmadığını bildirib. APA xəbər verir ki, Tramp bu barədə "Truth Social" hesabında paylaşım edib. "Bizim İranla razılaşmaya ehtiyacımız yoxdur. O günlər çoxdan geridə qalıb. Biz onların pulunu - yüz milyardlarla dolları və boğazın

12.11.2026 299
.

Dublin sammiti: Azərbaycanın artan beynəlxalq nüfuzu və Avropanın gələcək təhlükəsizlik strategiyası

Avropanın siyasi gələcəyi, təhlükəsizlik arxitekturası, iqtisadi dayanıqlılığı və beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər baxımından mühüm əhəmiyyət daşıyan Avropa Siyasi Birliyinin (ASB) növbəti sammiti bu gün - noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində işə başlayır. Avropanı

12.11.2026 257
.

Bu instituta icraçı direktor təyin olundu

Nigar Kərimova Genetik Ehtiyatlar İnstitutuna icraçı direktor təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev Əmr imzalayıb. Digər Əmrlə ona institutun baş direktoru vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra etmək həvalə olunub. Ötən gün Nigar Kərimov

12.11.2026 353
.

İnsan sevdiyi şəxsdən niyə birdən-birə soyuyur?

Bəzən insan illərlə sevdiyi, həyatını birlikdə qurmaq istədiyi şəxsə qarşı qəfil soyuqluq hiss etməyə başlayır. Dünənə qədər onunla danışmaqdan, görüşməkdən və vaxt keçirməkdən zövq alan biri birdən-birə uzaqlaşır, mesajlara gec cavab verir və əvvəlki marağını göstərmir. Bu dəyişiklik qarşı tərəfdə çoxsayl

12.11.2026 326
.

Media qurumlarına 68,4 milyon ayrılır

"2027-ci ilin dövlət büdcəsinin layihəsində mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət sahələrinin maliyyələşdirilməsinə 643 milyon manat vəsait proqnozlaşdırılıb". xəbər verir ki, bunu maliyyə nazirinin müavini Himalay Məmişo

12.11.2026 272
.

"Qalatasaray"ın ulduzundan sevgi sürprizi

Türkiyənin "Qalatasaray" klubunun məşhur futbolçusu Barış Alper Yılmaz bu dəfə şəxsi həyatı ilə gündəmə gəlib. İdmançının adı sənət direktoru və sosial media fenomeni Yeşim Yeşilçimenlə hallanmağa başlayıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yeşim Yeşilçimenin sosial şəbəkə hesabınd

12.11.2026 322
.

Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri Rumen Radev ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində Bolqarıstan Respublikasının Baş naziri Rumen Radev ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bir neçə gün əvvəl Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsind

12.11.2026 257
.

Avropa Siyasi Birliyinin sammiti: qlobal geosiyasi dəyişikliklər fonunda Azərbaycanın artan beynəlxalq nüfuzu

Dünya siyasətində yeni geosiyasi reallıqların formalaşdığı, beynəlxalq təhlükəsizlik sisteminin ciddi sınaqlarla üzləşdiyi və dövlətlərarası münasibətlərin yenidən müəyyənləşdiyi bir vaxtda Avropa Siyasi Birliyinin (ASB) sammiti mühüm siyasi hadisə kimi diqqət çəkir. Noyabrın 12-də İrlandiyanın paytaxt

12.11.2026 238
.