Alimlər plastikdən almaz əldə etməyin yolunu tapdı
Plastik butulkaların hazırlanmasında istifadə olunan materialdan laboratoriya şəraitində almaz əldə etmək mümkün olub. Almaniyalı fiziklər güclü lazer şüası vasitəsilə PET plyonkasını nanodiamantlara çevirməyə nail olublar.
Qaynarinfo xəbər verir ki, Almaniyanın Drezden şəhərindəki Helmholts Mərkəzinin və Rostok Universitetinin alimləri tərəfindən həyata keçirilən təcrübə zamanı bir lazer impulsu ilə təxminən 10 trilyon nanodiamant yaradılıb. Tədqiqatın nəticələri "Diamond and Related Materials" elmi jurnalında dərc olunub.
Təcrübədə su butulkalarının istehsalında geniş istifadə edilən PET materialından hazırlanmış nazik plyonkadan yararlanılıb. Güclü lazer şüası materiala yönəldildikdə zərbə dalğası yaranır və təxminən 100 giqapaskal təzyiq əmələ gəlir. Bu göstərici atmosfer təzyiqindən təqribən bir milyon dəfə yüksəkdir. Nəticədə bir neçə nanosaniyə ərzində karbon atomlarının quruluşu dəyişərək almaz kristallarına çevrilir.
Alimlər üçün əsas çətinlik yaranan nanokristalları zədələmədən toplamaq olub. Çünki onlar saniyədə 10 kilometrdən artıq sürətlə hərəkət edir və sərt səthə dəydikdə dağıla bilirlər. Tədqiqatçılar bu problemin qarşısını almaq üçün plyonkanın arxasına yumşaq gel yerləşdiriblər. Gel zərbəni zəiflədir, suda həll edildikdən sonra isə bütöv nanodiamantları əldə etmək mümkün olur.
Hər bir kristalın ölçüsü təxminən üç nanometr, tərkibi isə 3 minə yaxın karbon atomudur.
Tədqiqatın ilkin məqsədi Uran və Neptunun daxilində baş verən prosesləri laboratoriyada modelləşdirmək olub. Alimlər ehtimal edirlər ki, bu planetlərin dərin qatlarında metan böyük təzyiqin təsiri ilə parçalanaraq almaz əmələ gətirir. Həmin kristalların planetlərin daxilində "almaz yağışı" şəklində çökməsi də irəli sürülən fərziyyələrdəndir.
Yeni üsul sənaye miqyasında nanodiamant istehsalı üçün də perspektivli hesab olunur. Hazırda bu kristalların alınmasında partlayıcı maddələrdən istifadə edilir və nəticədə metal qalıqları ilə çirklənmiş məhsul yaranır. Həmin qalıqların təmizlənməsi üçün turşulardan yararlanmaq lazım gəlir. Lazer texnologiyası isə daha təmiz kristallar əldə etməyə imkan verə bilər.
Nanodiamantlardan hazırda səthlərin cilalanmasında istifadə olunur. Gələcəkdə onların kvant sensorlarında və maqnit-rezonans tomoqrafiyasında kontrast maddə kimi tətbiqi də mümkün ola bilər. Tədqiqatçılar kristalların tərkibinə başqa elementlərin atomlarını daxil etməyin yollarını da araşdırırlar.
Bununla belə, texnologiyanın sənaye istehsalına uyğunlaşdırılması üçün hələ iş görülməlidir. Hazırda qurğu dəqiqədə üç lazer impulsu yaradır. Alimlər bu göstəricini saniyədə 10 impulsa çatdırmaq imkanına malik lazer sistemi üzərində çalışırlar.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 62 Tarix: 12 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAslan Fətullayevin nəşi Azərbaycana gətirilib
Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayevin nəşi Moskvadan Bakıya gətirilib. Axşam.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova məlumat verib. Onun sözlərinə görə, aktyorun nəşi bu gün səhər saatlarında Bakıya çatıb. Teatrın direktor
12:17 343 Prezident İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edir
İrlandiyanın paytaxtı Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyası keçirilir. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir
17:16 214 Prezident İlham Əliyev "Avropa Siyasi Birliyi"nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəldi. AZƏRTAC xəbər verir ki, İrlandiyanın Baş naziri Mixol Martin dövlətimizin başçısını qarşıladı
16:04 227 "Qalatasaray"ın ulduzundan sevgi sürprizi
Türkiyənin "Qalatasaray" klubunun məşhur futbolçusu Barış Alper Yılmaz bu dəfə şəxsi həyatı ilə gündəmə gəlib. İdmançının adı sənət direktoru və sosial media fenomeni Yeşim Yeşilçimenlə hallanmağa başlayıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yeşim Yeşilçimenin sosial şəbəkə hesabınd
19:30 202 Mehriban Əliyevadan Konstitusiya Günü paylaşımı - Foto
Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesablarında 12 noyabr - Konstitusiya Günü ilə bağlı paylaşım edib. "Qafqazinfo" paylaşımı təqdim edir:
12:12 226 Azərbaycanda şəxsi məlumatlarımız təhlükəsizdirmi? - Kiber təhdidlər artır
Rəqəmsal texnologiyaların sürətli inkişafı və gündəlik xidmətlərin internet üzərindən həyata keçirilməsi şəxsi məlumatların təhlükəsizliyi məsələsini daha da aktuallaşdırıb. Bu gün istifadəçiləri düşündürən əsas suallardan biri də budur: rəqəmsal platformalarda paylaşdığımız şəxsi məlumatlar nə dərəcəd
11:42 238 Xəstəxana qəzalı vəziyyətdə imiş - Nazirlik məlumat yaydı
Səhiyyə Nazirliyi təmirə bağlanan Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu ilə bağlı məlumat yayıb. "Qafqazinfo" xəbər verir ki, məlumatda institutun binasının texniki vəziyyəti ilə əlaqədar korpuslardan birinin fəaliyyətini dayandırdığı qeyd olunub. Bildirilib ki, uzun müddət istismard
20:45 161 Eyni məhsul, fərqli qiymətlər: PRAYK süni bahalaşmaya qarşı yeni həll təqdim etdi
Eyni daşınmaz əmlak, avtomobil və ya məhsul internetdə fərqli qiymətlərlə qarşınıza çıxa bilər. Bəs ilkin elan hansıdır və real bazar qiyməti nə qədərdir?. xəbər verir ki, PRAYK internetdəki açıq məlumatları davamlı analiz edərək eyni təklifin müxtəlif saytlardakı elanlarını müqayisə edir, ilkin mənbən
12:57 227 İnsan sevdiyi şəxsdən niyə birdən-birə soyuyur?
Bəzən insan illərlə sevdiyi, həyatını birlikdə qurmaq istədiyi şəxsə qarşı qəfil soyuqluq hiss etməyə başlayır. Dünənə qədər onunla danışmaqdan, görüşməkdən və vaxt keçirməkdən zövq alan biri birdən-birə uzaqlaşır, mesajlara gec cavab verir və əvvəlki marağını göstərmir. Bu dəyişiklik qarşı tərəfdə çoxsayl
18:45 203