Atasının ölümünə səbəb olan sürücü həbsdən buraxıldı

Atasının ölümünə səbəb olan sürücü həbsdən buraxıldıBakı Apellyasiya Məhkəməsində yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan bir nəfərin ölümünə, dörd nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri almasına səbəb olmaqda təqsirli bilinən şəxsin barəsində çıxarılmış hökmdən verilən apellyasiya şikayətlərinə baxılıb.

Lent.az-ın məlumatına görə, işin hallarına əsasən, hadisə 2025-ci il iyulun 13-də saat 22:10-da Sabunçu rayonu, Pirşağı qəsəbəsində, Mehdiabad-Pirşağı şossesində baş verib.

"Kia Rio" markalı avtomobili idarə edən şəxs yaşayış məntəqəsində müəyyən edilmiş saatda 60 kilometr sürət həddini aşaraq 90-100 km/saat sürətlə hərəkət edib. O, qarşısında eyni istiqamətdə hərəkət edən "Hyundai Santa Fe" markalı avtomobili ötmək məqsədilə bütöv xəttin tələbini pozaraq əks hərəkət zolağına çıxıb.

Bu zaman sürücünün idarə etdiyi avtomobil qarşıdan gələn "Skoda Rapid" markalı avtomobillə toqquşub. Toqquşmadan sonra "Kia Rio" markalı avtomobil yol kənarındakı elektrik dirəyinə çırpılıb.

Yol-nəqliyyat hadisəsi nəticəsində "Kia Rio" markalı avtomobildə sərnişin qismində olan sürücünün atası aldığı ağır xəsarətlərdən həyatını itirib. Həmin avtomobilin digər iki sərnişininin sağlamlığına ağır, "Skoda Rapid" markalı avtomobilin sürücüsünün və sərnişininin sağlamlığına isə az ağır zərər dəyib.

Aparılmış məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizası nəticəsində müəyyən edilib ki, sürücü yol hərəkəti qaydalarının tələblərinə riayət etməyib və hadisənin qarşısını almağa texniki imkanı olub.

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Hökmdən narazı qalan məhkum, eləcə də zərərçəkmiş şəxsin hüquqi varisi və digər iki zərərçəkmiş şəxs apellyasiya şikayətləri verərək cəzanın yüngülləşdirilməsini və Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti tətbiq edilməsini xahiş ediblər.

Apellyasiya şikayətlərində bildirilib ki, məhkum törətdiyi əməldən peşman olub, zərərçəkmiş şəxslərlə barışıq əldə edib və onlara dəymiş ziyanı ödəyib. Zərərçəkmiş şəxslər də məhkuma qarşı hər hansı şikayət və tələblərinin qalmadığını, onun azadlıqdan məhrum edilməsini istəmədiklərini bildiriblər.

Bununla yanaşı, hadisə nəticəsində atasını itirmiş məhkumun ailənin yeganə gəlir gətirən üzvü olduğu, onun azadlıqdan məhrum edilməsinin ailənin maddi vəziyyətinə ciddi təsir göstərəcəyi də məhkəmənin diqqətinə çatdırılıb.

Bakı Apellyasiya Məhkəməsi işin materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq birinci instansiya məhkəməsinin təqsirliliklə bağlı nəticəsini qanuni və əsaslı hesab edib.

Məhkəmə kollegiyası qeyd edib ki, şəxsin Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması iş üzrə toplanmış sübutların məcmusu ilə təsdiqlənib. Bununla belə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, təqsirkarın şəxsiyyəti, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır.

Apellyasiya instansiyası məhkəməsi məhkumun əvvəllər məhkum olunmamasını, hadisələrin təsadüfi axarı zəminində az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslərlə və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, həmçinin cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb.

Məhkəmə kollegiyası belə qənaətə gəlib ki, konkret işin halları məhkumun təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını real çəkmədən də islah olunmasının mümkünlüyünü göstərir. Bu səbəbdən Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi qanuni, əsaslı hesab edilib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayətləri təmin olunub, birinci instansiya məhkəməsinin hökmü cəzanın tətbiqi hissəsində dəyişdirilib. Məhkuma təyin edilmiş 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 2 il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 66   Tarix: 12 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dublində keçirilən Avropa Siyasi Birliyi sammiti: dəyişən dünya nizamı və Azərbaycanın artan strateji əhəmiyyəti

Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi qarşıdurmaların dərinləşdiyi, qlobal təhlükəsizlik arxitekturasının yenidən formalaşdığı və dövlətlər arasında strateji tərəfdaşlığın xüsusi əhəmiyyət qazandığı bir dövrdə Avropa Siyasi Birliyinin (ASB) sammiti diqqət mərkəzindədir. Noyabrın 12-də İrlandiyanı

14:43 169
.

Eni 92 santimetr olan ev - İçərisində mətbəx və yataq otağı da var

Polşanın paytaxtı Varşavada iki çoxmənzilli binanın arasında yerləşən qeyri-adi ev diqqət çəkir. Ən dar hissəsinin eni cəmi 92 santimetr olan tikilidə mətbəx, yataq otağı və hamam yerləşir. xarici mediaya istinadən xəbər verir ki, Keret evi adlanan tikilini memar Yakub Şçensnı layihələndirib. Ümumi sahəs

19:15 1
.

Bakıda mənzil alarkən tıxac probleminə innovativ həll: "Prayk.com" süni intellekt dəstəkli interaktiv xəritəsini təqdim etdi

Bakıda mənzil seçimi edən alıcıların və kirayə axtaranların ən böyük çətinliklərindən biri - büdcəyə uyğun tapılan evin gündəlik saatlarla tıxacda qalmaqla nəticələnməsidir. Azərbaycanda fəaliyyət göstərən innovativ " platforması daşınmaz əmlak axtarışında yeni mərhələ açaraq süni intellekt əsasl

12:52 186
.

"Qalatasaray"ın ulduzundan sevgi sürprizi

Türkiyənin "Qalatasaray" klubunun məşhur futbolçusu Barış Alper Yılmaz bu dəfə şəxsi həyatı ilə gündəmə gəlib. İdmançının adı sənət direktoru və sosial media fenomeni Yeşim Yeşilçimenlə hallanmağa başlayıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yeşim Yeşilçimenin sosial şəbəkə hesabınd

19:30 1
.

Azərbaycanda şəxsi məlumatlarımız təhlükəsizdirmi? - Kiber təhdidlər artır

Rəqəmsal texnologiyaların sürətli inkişafı və gündəlik xidmətlərin internet üzərindən həyata keçirilməsi şəxsi məlumatların təhlükəsizliyi məsələsini daha da aktuallaşdırıb. Bu gün istifadəçiləri düşündürən əsas suallardan biri də budur: rəqəmsal platformalarda paylaşdığımız şəxsi məlumatlar nə dərəcəd

11:42 214
.

Dublin sammiti: Avropanın yeni geosiyasi strategiyası və Azərbaycanın artan beynəlxalq nüfuzu

Avropa Siyasi Birliyinin (ASB) 50-yə yaxın ölkənin liderlərini bir araya gətirən sammiti Avropanın siyasi gündəmində mühüm hadisə kimi diqqət çəkir. İndiki mürəkkəb beynəlxalq münasibətlər şəraitində keçirilən bu toplantı qitənin təhlükəsizlik problemlərinin, iqtisadi əməkdaşlıq perspektivlərinin, enerj

14:58 172
.

Atasının ölümünə səbəb olan sürücü həbsdən buraxıldı

Bakı Apellyasiya Məhkəməsində yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan bir nəfərin ölümünə, dörd nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri almasına səbəb olmaqda təqsirli bilinən şəxsin barəsində çıxarılmış hökmdən verilən apellyasiya şikayətlərinə baxılıb. -ın məlumatına görə, işin halların

19:45 1
.

Şuşadan təxribatçılara göndərilən sərt mesaj

Azərbaycan - Türkiyə münasibətləri növbəti dəfə öz gücünü, sarsılmazlığını və siyasi iradəyə söykəndiyini nümayiş etdirdi. Noyabrın 8-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın Zəfər Günü münasibətilə Şuşaya səfəri, iki gün sonra Azərbaycan Prezidenti İlham Əliyevin COP31 Liderlər Sammitind

10:51 203
.

Lənkəranda bir ailənin üzvləri plov və pomidor turşusundan zəhərləndi - Yenilənib

Lənkəran rayonunda kütləvi zəhərlənmə olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu gün 11 nəfər rayon sakini zəhərlənmə diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Onlardan 3-ü azyaşlıdır. İlkin məlumata görə, zəhərlənən şəxslərin hamısı Osaküçə kənd sakinləridir. Onları

17:53 0
.