Azərbaycanlı reper qıza 5 il həbs istənildi
Türkiyədə fəaliyyət göstərən azərbaycanlı reper Alizade və məşhur türkiyəli reper Lvbel C5 haqqında 5 ilədək həbs cəzası tələb olunub.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb ifaçıların birlikdə hazırladıqları "Kahpe" adlı mahnının sözləri və klipində yer alan zorakılıq səhnələri olub.
İstanbul Respublika Baş Prokurorluğu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya Mərkəzinə (CİMER) daxil olan şikayətlər əsasında araşdırmaya başlayıb. İstintaq zamanı mahnının sözlərinin zorakılığı təşviq etdiyi iddia olunub. Klipdə isə dörd nəfərin yerdə uzanan bir şəxsi döyməsini əks etdirən görüntülər diqqətə çatdırılıb.
Prokurorluq Lvbel C5 adı ilə tanınan Süleyman Burak Bodur, Alizade kimi məşhurlaşan Asya Alizade və bəstəkar Can Akdoğan haqqında "açıq şəkildə cinayət törətməyə təhrik etmə" ittihamı ilə 5 ilədək həbs cəzası tələb edib. Məhkəmə ittiham aktını qəbul edib.
İstintaq çərçivəsində ifadə verən Lvbel C5 ittihamları rədd edib. O, mahnının sözlərinin bədii təxəyyül məhsulu olduğunu və heç kimi cinayətə təhrik etmək niyyətinin olmadığını bildirib. Reper klipin xaricdə əcnəbi rejissor tərəfindən çəkildiyini və görüntülərə görə məsuliyyət daşımadığını iddia edib.
Bəstəkar Can Akdoğan isə mahnının sözlərinin mənasını bilmədiyini və klipdəki zorakılıq səhnələri ilə əlaqəsinin olmadığını söyləyib. Alizadenin isə xaricdə olması və Türkiyəyə girişinə 5 illik qadağa qoyulması səbəbindən ifadəsi alına bilməyib. Azərbaycanlı reper vəkili vasitəsilə yazılı müdafiəsini təqdim edib.
İstintaqın əvvəlki mərhələsində Lvbel C5-in həbs olunması tələb edilsə də, məhkəmə bu tələbi rədd edib. Onun barəsində ölkədən çıxış qadağası, polis bölməsində mütəmadi imza vermək kimi məhkəmə nəzarəti tədbirləri tətbiq olunub. Hazırda iş üzrə məhkəmə prosesi gözlənilir. Təqsirləndirilən şəxslər barəsində yekun hökm çıxarılmayıb.
Qeyd edək ki, əsl adı Asya Alizade olan reper Azərbaycan əsillidir. O, 2000-ci ildə Azərbaycanda anadan olub. Türkiyədə musiqi karyerasını davam etdirən Alizade rep və hip-hop janrında ifaları ilə məşhurlaşıb. Xüsusilə sosial şəbəkələrdə yayılan mahnıları ilə geniş dinləyici auditoriyası qazanıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 74 Tarix: 13 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Dublində Yunanıstan Respublikasının Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub. AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı Azərbaycan-Yunanıstan ikitərəfli əlaqələri nəzərdən keçirildi. Ölkəmizin Avropanın, o cümlədən Yunanıstanı
12.11.2026 310 Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı ilə görüşdən məmnunluğunu bildirən Prezident Nikuşor Dan ölkələrimiz arasında dostluq əlaqələrinin olduğunu vurğulayaraq, Azərbayca
10:39 209 Dünyada əhali qocalır: Alimlər bunu tarixdə görünməmiş proses adlandırır
Dünyada əhalinin azalması və yaşlanması bəşəriyyətin tarixində indiyədək rast gəlinməyən demoqrafik prosesə çevrilir. Əvvəlki dövrlərdə əhali sayının azalması əsasən müharibələr, epidemiyalar, ölüm hallarının artması və həyat şəraitinin pisləşməsi ilə bağlı idisə, hazırda bu tendensiya yaşayış səviyyəsini
12.11.2026 372 "Şəxsi maraqlar ailə öhdəliklərinin kölgəsində qalır"
Erkən nikahlarla mübarizə dövlət səviyyəsində diqqət mərkəzində qalmaqdadır. 2027-ci ilin büdcəsində erkən nikahlarla mübarizəyə də vəsait ayrılır. xəbər verir ki, bu barədə Milli Məclis vitse-spikeri Musa Qasımlı 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxışında deyib. Musa Qasıml
14:11 170 Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur, onların yüz milyardlarla dollarını və Hörmüzü ələ keçirmişik
ABŞ Prezidenti Donald Tramp artıq İranla razılaşmaya ehtiyac olmadığını bildirib. APA xəbər verir ki, Tramp bu barədə "Truth Social" hesabında paylaşım edib. "Bizim İranla razılaşmaya ehtiyacımız yoxdur. O günlər çoxdan geridə qalıb. Biz onların pulunu - yüz milyardlarla dolları və boğazın
12.11.2026 331 Şənbə günü hava necə olacaq?
Bakıda və Abşeron yarımadasında noyabrın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, cənub-qərb küləyi əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın temperaturu gecə 7-12 isti, gündüz 17-22 isti olacaq. Atmosfer təzyiqi 76
13:51 179 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - Video
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də İrlandiyanın Dublin şəhərində keçirilən Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısı çərçivəsində Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, liderlər 2025-ci il avqustun 8-d
12.11.2026 337 16 il axtarıldı, sonda bir qadın yaxalatdı - Məşhur cinayətkarın HEKAYƏSİ
Dünyanın ən güclü xüsusi xidmət orqanlarının illərlə axtardığı, milyonlarla dollar mükafat qoyulan, dəfələrlə izini itirən cinayətkarlar var. Onların arasında amerikalı mafiya başçısı Ceyms "Uayti" Balcerin (James "Whitey" Bulger) həyatı xüsusilə diqqət çəkir. O, 16 il ərzində AB
19:00 1 Uşaq niyə heç bir səbəb olmadan ağlamağa başlayır?
Bəzən uşaqlar heç bir aydın səbəb olmadan qəfil ağlamağa başlayırlar. Bir neçə dəqiqə əvvəl gülən, oynayan və özünü yaxşı hiss edən uşaq birdən narahat olur, sakitləşmək istəmir və valideynlərinin bütün cəhdlərinə baxmayaraq ağlamağa davam edir. Belə vəziyyətlər xüsusilə gənc valideynlərdə narahatlı
19:30 1