"Şəxsi maraqlar ailə öhdəliklərinin kölgəsində qalır"
Erkən nikahlarla mübarizə dövlət səviyyəsində diqqət mərkəzində qalmaqdadır. 2027-ci ilin büdcəsində erkən nikahlarla mübarizəyə də vəsait ayrılır.
BiG.AZ xəbər verir ki, bu barədə Milli Məclis vitse-spikeri Musa Qasımlı 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxışında deyib.
Musa Qasımlı bildirib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyətinə 4 milyon 700 min manat ayrılması nəzərdə tutulub: "Vəsaitin bir hissəsi erkən nikahların qarşısının alınmasına, məişət zorakılığına məruz qalan şəxslərə dəstəyə və insan alveri qurbanlarına yardım göstərilməsinə yönəldiləcək".
Erkən nikahların qarşısının alınması üçün maliyyə dəstəyi ilə yanaşı, cəmiyyətdə hansı dəyişikliklərə ehtiyac var? Erkən yaşda ailə qurmaq insanın psixoloji inkişafına və gələcək həyatına necə təsir edir?
Psixoloq Samirə Bağırova BiG.AZ-a bildirib ki, erkən evlilik insanın psixoloji və emosional vəziyyətinə və şəxsiyyət kimi formalaşmasına təsir edən mühüm problemdir: "İnsan özünü tam tanımadan, emosional və sosial yetkinliyə çatmadan ailə məsuliyyətini üzərinə götürdükdə müxtəlif çətinliklərlə qarşılaşa bilər".
Psixoloq qeyd edib ki, erkən evlilik fərdi inkişaf və özünüreallaşdırma prosesini yarımçıq qoya bilər: "Belə hallarda müstəqil qərarvermə bacarığı zəifləyir, şəxsi maraqlar ailə öhdəliklərinin kölgəsində qalır. İnsan bəzən öz kimliyini həyat yoldaşının və ya ailənin gözləntilərinə uyğun formalaşdırmağa məcbur olur".
S.Bağırovanın fikrincə, ailə qurmazdan əvvəl insanın özünü tanıması, şəxsiyyət kimi formalaşması, təhsil alması və şəxsi inkişaf imkanlarından yararlanması vacibdir. Yalnız bundan sonra ailə məsuliyyətini üzərinə götürməyə hazır olması məsələsi gündəmə gəlməlidir.
Aynurə Məmmədova
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 83 Tarix: 13 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Şəxsi maraqlar ailə öhdəliklərinin kölgəsində qalır"
Erkən nikahlarla mübarizə dövlət səviyyəsində diqqət mərkəzində qalmaqdadır. 2027-ci ilin büdcəsində erkən nikahlarla mübarizəyə də vəsait ayrılır. xəbər verir ki, bu barədə Milli Məclis vitse-spikeri Musa Qasımlı 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxışında deyib. Musa Qasıml
14:11 4 Azərbaycanda institutun adı dəyişdirildi
Naxçıvan Müəllimlər İnstitutunun binasının adı və loqosu dəyişdirilib. xəbər verir ki, Baş nazir Əli Əsədovun sentyabrın 21-də imzaladığı qərara əsasən, Naxçıvan Müəllimlər İnstitutu ləğv edilərək Naxçıvan Dövlət Universitetinə qoşulması yolu ilə yenidən təşkil edilib. Qərara əsasən, Naxçıvan Dövlə
10:12 206 Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb. AZƏRTAC-a istinadən xəbər verir ki, sənəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığını
10:28 175 Ölkə başçısı İlham Əliyev Dublində Çexiyanın Baş naziri Andrey Babişlə görüşüb
Noyabrın 12-də Dublində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çex Respublikasının Baş naziri Andrey Babişlə görüşü olub. AZƏRTAC-a istinadən xəbər verir ki, Baş nazir Andrey Babiş bu ilin aprelində ölkəmizə rəsmi səfərini və Qəbələdə dövlətimizin başçısı ilə görüşünü məmnunluqla xatırladı
12.11.2026 297 Ermənistanın Rusiyadakı səfiri Moskvadan getməyə hazırlaşır
Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyanın qeyri-rəsmi olaraq vəzifəsindən və Moskvadan yaxın vaxtlarda ayrılmağa hazırlaşdığı iddia olunur. xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti mənbələrinə istinadən məlumat yayıb. Qəzet yazır ki, Arsenyanın yaxın dostlarından əld
10:45 175 Xəstəxana qəzalı vəziyyətdə imiş - Nazirlik məlumat yaydı
Səhiyyə Nazirliyi təmirə bağlanan Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu ilə bağlı məlumat yayıb. "Qafqazinfo" xəbər verir ki, məlumatda institutun binasının texniki vəziyyəti ilə əlaqədar korpuslardan birinin fəaliyyətini dayandırdığı qeyd olunub. Bildirilib ki, uzun müddət istismard
12.11.2026 295 Prezident İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edir
İrlandiyanın paytaxtı Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyası keçirilir. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir
12.11.2026 302 Makron: ABŞ-ın Ukraynaya dəstəyi artıq mövcud deyil
ABŞ-ın Ukraynaya dəstəyi artıq əvvəlki səviyyədə deyil və bu vəziyyət Avropanı öz təhlükəsizlik məsələlərini müstəqil şəkildə həll etməyə vadar edir. xəbər verir ki, "The Hill" qəzetinin məlumatına görə, bunu Fransa Prezidenti Emmanuel Makron bildirib. "ABŞ-ın dəstəyi artıq mövcud deyil"
11:02 180 Mərcdə udduğumuz pulu məhkəməylə ala bilərik? - CAVAB
ın "Bir sual, bir cavab" rubrikasında budəfəki mövzu mərcdə udulan pulun məhkəmə yolu ilə tələb edilməsiylə bağlıdır. Mərcə girib, udduğumuz pulu qarşı tərəf vermirsə, məhkəmə yolu ilə onu ala bilərik?. xəbər verir ki, Mülki Məcəllənin 1084-cü maddəsinə əsasən, lotereyalar, idman mərc və lisenziy
12.11.2026 294