Rusiyanın puç olan qaz ümidləri: Avropanın "donması" gələn ilə qaldı – TƏHLİL

Rusiyanın puç olan qaz ümidləri: Avropanın "donması" gələn ilə qaldı – TƏHLİLAvropa sevinc içindədir. Təbii qazın qiymətində kəskin ucuzlaşma xəbərləri qitə ölkələrində az qala toy-bayram kimi qarşılanıb. Doğrudan da, zarafat deyil, insanlar qorxu içində bu qışdan necə çıxacaqlarını düşünürdü. Hökumətlər də əhalini qənaət rejiminə keçmək barədə xəbərdarlıq edirdi. Amma gözlənilmədən qiymətlər 1000 kubmetr üçün hətta 900 dollara kimi düşdü.

Halbuki mart ayında az qala 4000 dollara kimi yüksəlmişdi. Qitədə qaz ehtiyatlarının son 5 illik dövr üzrə orta göstəricini keçərək 72 faizə çatması isə o deməkdir ki, qarşıdan gələn qış mövsümünü Rusiya qazı olmadan da keçirmək mümkün olacaq.

Necə deyərlər, Rusiyanın Avropanı "qaz şantajı" planı puç olur. Avropa bütün diqqətini bu problemi həll etməyə yönəltdi və mayın sonlarına doğru qaz anbarları 50 faiz dolumluluq səviyyəsini keçdi.

Mövzu ilə bağlı "Kaspi" qəzetində təhlil yazısı yayımlanıb.

Bəs görəsən, qiymətin ucuzlaşmasının səbəbi nədir? İlkin olaraq əsas səbəb kimi Avropa İttifaqında anbarlarda qaz ehtiyatlarının maksimuma yaxınlaşması və regiondakı anomal isti hava şəraiti göstərilir. Eyni zamanda, elektrik enerjisi istehsalında külək enerjisinin payının əhəmiyyətli dərəcədə artmasını da bura daxil etmək olar. Analitiklər əmindirlər ki, Avropa İttifaqının yanacaq xərclərinin məhdudlaşdırılması tədbirləri, o cümlədən gündəlik qiymət dəyişkənliyini məhdudlaşdırmaq üçün ümumavropa qiymət həddi ilə bağlı müzakirələri də qiymətlərə təsir edib.

Avropa Rusiya qazından asılılığını azaldıb. Qaz idxalında Rusiyanın payı 40 faizdən 7 faizə düşüb. Yaranmış vəziyyətdə başqa təchizatçılar axtarılır, bərpa olunan enerjiyə sürətli keçmək istiqamətində planlar cızılır. Regionda bərpa olunan enerjinin güclü və uğurlu inkişafı hədəfdədir. Bəzi ölkələr ümumiyyətlə Rusiya qazından tamamilə imtina ediblər. Rusiya qazından ən çox asılı olan ölkələrdən biri Almaniya idi. Ancaq hətta Almaniya belə bu qış Rusiya qazı olmadan keçinməyə hazırdır. Avropa ölkələri baha olmasına baxmayaraq, ABŞ-dan kifayət qədər sıxılmış qaz alıblar. Avropa ölkələrinin ABŞ və Norveçdən aldıqları qaz tələbatın təxminən 80 faizini ödəyir.

Rusiya isə Avropaya sata bilmədiyi qazı Asiyaya istiqamətləndirməyə çalışır. Əsas hədəf Çindir. Ancaq bu istiqaməti hərəkətə gətirmək üçün illər lazımdır. Rusiya iqtisadçılarının fikrincə, Moskvanın Pekinlə danışıqlarda mövqeləri zəifdir. Pekin bilir ki, Rusiya Avropaya sata bitmədiyi qazı ona satmağa çalışır. Ona görə də qərar verməkdə tələsmir və qazın qiymətini aşağı salmağa çalışır ki, bu da Rusiyanın maraqlarına cavab vermir. "Qazprom" da Pekinlə danışıqlardan narazıdır. Bu baxımdan, hazırda şirkətin Avropa bazarını Asiya bazarı ilə əvəz etmək arzusunun reallaşması praktik baxımdan mümkün deyil. Buna görə də rusiyalı iqtisadçılar Sibirin qaz infrastrukturunun inkişafına xərclərin azaldılmasının vacibliyini bildiriblər. Çünki Sibirin qaz infrastrukturuna qoyulacaq yatırımlar geri qayıtmayacaq. Buna baxmayaraq, Rusiya Çinə yönələcək "Sibirin gücü - 2" boru xəttinin tikintisinə başlamaq istəyir. Boru xətti Monqolustanın ərazisindən keçməlidir. Rusiya hakimiyyəti hesab edir ki, Çinin iqtisadi inkişafı artdıqca bu ölkənin əlavə enerjiyə ehtiyacı olacaq.

İqtisadçılar qeyd edirlər ki, gələcəkdə qaz qiymətləri hava və tələbatdan asılı olacaq. Yaxın iki həftə ərzində Avropada nisbətən mülayim hava şəraitinin hökm sürəcəyi proqnozlaşdırılır. Buna görə anbarlar daha yavaş sürətlə boşalacaq. Daha uzunmüddətli proqnozlar göstərir ki, bu qış Avropanın əksər hissəsində həmişəkindən daha isti keçəcək. "Soyuq və mülayim qışlar arasındakı fərq təxminən 25 milyard kubmetr qaz və ya Avropanın ümumi tələbatının 7-8 faizini təşkil edir", - deyə analitik Nikolin Bromander izah edir. Bununla belə, analitiklər əmindirlər ki, avropalılar rahatlaşmamalıdırlar.

Soyuq qış zamanı Asiyada LNG-yə tələbatın artması, LNG-nin daşınmasında hər hansı gecikmələr və qaz infrastrukturunda böyük pozuntular kimi amillər də qiymətlərə təsir edə bilər. İndi bir neçə LNG tankeri İspaniya sahillərində dövr edir: ölkədə boşalma üçün boş yer yoxdur və bütövlükdə Avropada yenidən qazlaşdırma qabiliyyəti kifayət deyil. "Bütün problemlər arxada qaldı? Əlbəttə yox. Hazırda hava nisbətən isti olsa da, uzun qış mövsümün sonunda və ya gələn qışın əvvəlində qiymətlərin bahalaşmasına səbəb ola bilər", - deyə ICIS-in qaz bazarları üzrə baş eksperti Tom Marczek-Manser deyir.

"Avropa ölkələri gələn qış enerji böhranı yaşayacaq, qiymətlər yenidən bahalaşacaq". Bu fikri isə "Corriere della Sera" qəzetinin köşə yazarı Federiko Rampini səsləndirib. O yazır ki, Avropada qazın qiymətinin pik səviyyələrlə müqayisədə 70 faiz ucuzlaşmasına baxmayaraq, İtaliyada istehlakçılar üçün enerji qiymətləri yüksək olaraq qalır. Rampini proqnozlaşdırır ki, Avropada qaz qiymətləri bu il olduğu kimi eyni dinamika ilə gələn qışa qədər yenidən artacaq. Məqalədə qeyd edilir ki, sıxılmış qazla dolu gəmilər Britaniya və İspaniya sahillərində yeni qiymət artımı ərəfəsində düzülüb və bu qazı Avropada saxlamaq üçün yer yoxdur. Lakin gələn il, Rampinin fikrincə, Rusiyanın qaz tədarükünü tam kəsə biləcəyini nəzərə alsaq, vəziyyət təkrarlanacaq. Problem ondadır ki, Hollandiya və Norveç, eləcə də ABŞ və Avstraliyadakı digər istehsalçılar hasilatlarını Avropanın ehtiyac duyduğu həcmdə artıra bilməyəcəklər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 634   Tarix: 06 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.