Ukrayna Prezident Ofisinin rəsmisi İrana zərbə endirməyə çağırıb
Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak dron istehsal edən İran zavodlarına zərbə endirməyi təklif edib.
"Report" xəbər verir ki, bu barədə Prezident Ofisinin rəsmisi Vahid Ukrayna telemarafonunun efirində bildirib.
M.Podolyakın fikrincə sanksiya və embarqo Tehranı cəzalandırmaq üçün yetərli olmayacaq. O hesab edir ki, İranın Ukraynada genişmiqyaslı müharibə başlamazdan əvvəl Rusiyaya pilotsuz uçan aparatları tədarükünü etiraf etməsi mənasız görünür:
"Dronların Rusiyaya ötürülməsinin bu cür etirafı bir qədər qəribə görünür. Yəni müharibədən əvvəl mindən çox pilotsuz uçan aparatı təhvil vermişdilər, yalnız rusiyalılar döyüş meydanında müharibəni praktiki olaraq uduzduqdan sonra istifadə etməyə başladılar. Yəni kritik infrastrukturumuzu dağıtmaq əvəzinə 8 ay anbarlarda qalmışdılar?".
O həmçinin İranın dronları tədarük etdiyinə görə cəzalandırılmasını istəyib.
"Mənə elə gəlir ki, təkcə sanksiyalar və ya embarqo tətbiq etmək lazım deyil. Zənnimcə, dronların və ballistik raketlərin istehsalına və s.-ə görə konkret zərbələr endirmək olardı. Belə bir dövlət cəzasız bunu davam etdirə bilməz", - M.Podolyak bildirib.
Xatırladaq ki, noyabrın 5-də İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ölkəsinin Rusiyaya dronlar verdiyini, lakin bunu Rusiyanın genişmiqyaslı işğalından bir neçə ay əvvəl etdiyini etiraf edib.
Ukrayna Xarici İşlər Nazirliyinin spikeri Oleq Nikolenko buna cavab olaraq vurğulayıb ki, Ukrayna yalnız faktlara güvənməyə öyrənib.
Ukrayna Prezidenti Volodimir Zelenski iranlı nazirin sözlərinin yalan olduğunu bildirib. O qeyd edib ki, terrorçulardan və ya onların ortaqlarından heç biri cəzasız qalmayacaq.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 625 Tarix: 06 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSamsung 10 il əvvəl buraxdığı telefonları yenilədi
"Samsung" illər əvvəl istehsal etdiyi bəzi smartfon modelləri üçün gözlənilmədən yeni proqram təminatı yeniləməsi təqdim edib. xarici mediaya istinadən xəbər verir ki, yeniləmə "Samsung Galaxy S8" və "Galaxy Note 8" istifadəçiləri üçün əlçatan olub. Mütəxəssislər şirkəti
24.08.2026 228 Leyla Əliyeva Şavkat Mirziyoyevin qızları ilə - Foto
Leyla Əliyeva sosial şəbəkə hesabında Özbəkistanın Buxara şəhərindən yeni şəkil paylaşıb. "Qafqazinfo" xəbər verir ki, fotoda Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin qızları da yer alıb. Həmin görüntünü təqdim edirik:
24.08.2026 316 İlham Əliyev, Şavkat Mirziyoyev və xanımları "Ark" qalasında olublar - FOTO - VİDEO
Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, birinci xanım Ziroatxon Mirziyoyeva və ailə üzvləri Buxara şəhərində "Ark" qalası ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki
24.08.2026 210 Ögey atasını çəkiclə vuran oğulun məhkəməsi: "Anamı da içkiyə öyrətmişdi"
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə atalığına xəsarət yetirməkdə təqsirləndirilən Adəm İsgəndərovun cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib. xəbər verir ki, dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən A.İsgəndərov ona qarşı irəli sürülə
24.08.2026 203 Səudiyyə Ərəbistanının Qırmızı dəniz sahillərində tankerə mərmi düşüb, UKMTO bildirib
Birləşmiş Krallıq Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının Yanbu liman şəhərinin 63 dəniz mili qərbində naməlum mərmi tankerə dəyib və nəticədə gəminin əsas göyərtəsində yanğın baş verib. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, UKMTO-nun məlumatına görə
24.08.2026 183 Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxaradakı "Poyi-Kalon" kompleksi ilə tanış olublar - FOTO - VİDEO
Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, birinci xanım Ziroatxon Mirziyoyeva və ailə üzvləri Buxara şəhərində "Poyi-Kalon" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbə
24.08.2026 206 Rusiya-Ukrayna müharibəsində gərginlik artır: Kiyev yeni hücumlara məruz qaldı, Avropa Ukraynaya 6,1 milyard avro ayırdı
Rusiya-Ukrayna müharibəsində son sutkada qarşılıqlı hücumlar və diplomatik gərginlik davam edib. Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin sülh istədiyini, lakin Rusiya qarşısında təslim olmayacağını açıqlayıb. Eyni zamanda, Avropa İttifaqı Ukraynanın müdafiəsi üçün əlavə 6,1 milyard avro maliyy
24.08.2026 201 İran bu AB ölkəsinə xəbərdarlıq etdi
Bolqarıstanın ABŞ-la İrana hücum etmək üçün əməkdaşlıq etməsi təcavüz aktıdır. xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai keçirdiyi brifinqdə deyib. "Bolqarıstanı ABŞ-la əməkdaşlıq etməməyə çağırırıq. İrana qarşı hər hansı təcavüzün mənbəyinin hədəfə alınması İranı
24.08.2026 213 Qızılın qiyməti yeni həddə
"Comex" birjasında oktyabr ayında çatdırılma ilə qızıl füçerslərinin qiyməti mayın 14-dən bəri ilk dəfə bir trua unsiyası üçün 4 700 dolları geridə qoyub. xəbər verir ki, bu barədə ticarət platformasının açıqladığı göstəricilərdə qeyd olunub. Bakı vaxtı ilə saat 06:10-a olan məlumata əsasən
24.08.2026 201