Ronaldo: "Mançester Yunayted" mənə xəyanət etdi"

Ronaldo: "Mançester Yunayted" mənə xəyanət etdi""Mançester Yunayted" mənə xəyanət etdi".

Sonxeber.az "Report"a istinadən xəbər verir ki, bunu İngiltərənin "Mançester Yunayted" futbol klubunun hücumçusu Kriştianu Ronaldo "The Sun" qəzetinə müsahibəsində deyib.

Ronaldo baş məşqçi Erik ten Haqın komandaya rəhbərlik etməsindən sonra oynamaq şansı olmadığını vurğulayıb. O, Erik ten Haqa da hörmət etmədiyini deyib.

"Mən ona hörmət etmirəm, çünki o, mənə hörmət etmirdi. Əgər mənə hörmət etməsən, mən də sənə hörmət etmərəm", - 37 yaşlı futbolçu niderlandlı baş məşqçi barəsində deyib.

"Məni davamlı olaraq komandadan getməyə məcbur edirdilər. Vəziyyətin pis olmasında məni günahlandırdılar. Bunu təkcə texniki direktor yox, klub ətrafındakı bəzi insanlar etdi. Özümü xəyanət edilmiş hiss etdim", - "Mançester Yunayted"də çox zərbə aldığını bildirən Ronaldo əlavə edib.

Ronaldo "Mançester Yunayted"in keçmiş ulduzu Ueyn Runini də hədəfə alıb: "Məni niyə tez-tez tənqid etdiyini bilmirəm. Güman edirəm ki, bu, mən hələ də ən yüksək səviyyədə futbol oynadığım halda sənin futboldan təqaüdə çıxmağına görədir".

O, komandanın ciddi dəyişikliklərə ehtiyacı olduğunu da bildirib. "Pikassonun dediyi kimi, bərpa etmək üçün məhv etməlisən. Əgər onlar mənimlə başlasalar, bu, problem deyil. "Mançester Yunayted"i sevirəm, azarkeşləri sevirəm, onlar həmişə mənim tərəfimdədirlər. Amma onlar başqa şey etmək istəyirlərsə, etsinlər... Onlar çox şeyi dəyişməlidirlər", - Ronaldu vurğulayıb.

Ulduz futbolçu komandadan getməyə hazır olduğunu da dilə gətirib.


BiG.Az
Telegramda izləyin
İdman   Baxılıb: 1154   Tarix: 14 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Neftçi" Premyer Liqada liderliyə yüksəldi

"Neftçi" Misli Premyer Liqasının 10-cu turunda "Şamaxı"ya qalib gəlib. xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan matçda qonaqlar 2:3 hesab ilə qələbə qazanıblar. "Ağ-qaralar"ın heyətində Qustavo Klisman (14), Breno Almeyda (49) və Adeleke Akinyemi (75) fərqləniblər

01.11.2026 430
.

Daha 4 cüdoçumuz tatamiyə çıxır

Azərbaycanın daha 4 cüdoçusu Bakıdakı dünya çempionatında mübarizəyə qoşulacaq. "Qafqazinfo" xəbər verir ki, qadınlardan Madina Kaisinova (+78 kq), kişilərdən isə Camal Qamzatxanov, Uşanqi Kokauri və Kənan Nəsibov (hər üçü +100 kq) mübarizəyə qoşulacaqlar. M.Kaisinova yarışa 1/16 finaldan başlayacaq

10.10.2026 721
.

Formula-1 33 ildən sonra Afrikaya qayıdacaq: Yarış nə vaxt və harada keçiriləcək?

Formula-1 üç onillikdən çox müddətdən sonra ilk dəfə Afrikaya qayıdacaq. Ruanda yarışın keçirilməsi ilə bağlı 10 illik müqavilə imzalayıb. Qaynarinfo xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb. Yeni ixtisaslaşmış avtomobil trası ölkənin paytaxtı Kiqalidən cənubda, Buqesera rayonund

14.10.2026 813
.

"Sabah"ın oyununa 45 min bilet satılıb

UEFA Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turunda keçiriləcək "Sabah" - "Slaviya" (Çexiya) oyununa indiyədək satılmış biletlərin sayı açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu oyun üçün paket biletlərlə birlikdə 45 minə yaxın bilet satılıb. "Sabah"ın Çempionla

05.10.2026 684
.

Hidayət Heydərov bürünc medal qazandı

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirində Azərbaycan millisinin üzvü Hidayət Heydərov bürünc medal qazanıb. "Qafqazinfo" xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu ardıcıl olaraq Lusian Borş Dumitreskunu (Rumıniya)

30.10.2026 509
.

Ronaldu Portuqaliya millisindən uzaqlaşdırıldı

Portuqaliya Futbol Federasiyası Kriştianu Ronaldunun milli komandanın düşərgəsini icazəsiz tərk etməsindən sonra məşhur futbolçuya qarşı avtomatik diskvalifikasiya qərarı tətbiq edib. xəbər verir ki, bu barədə Britaniyanın "The Mirror" nəşri məlumat yayıb. Qeyd olunur ki, qaydalarına əsasən

10.10.2026 771
.

Türkiyə Super Liqası: "Qalatasaray" "Fənərbağça"nı məğlub etdi

Türkiyə Super Liqasının IX turunun derbi matçında "Qalatasaray" öz meydanında "Fənərbağça" ilə qarşılaşıb. Qaynarinfo xəbər verir ki, matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Qalatasaray"ın qələbə qazandıran qolları Viktor Osimhen 29 və 44-cü dəqiqələrd

27.10.2026 566
.

"Kəpəz" klubunun futbolçusu Azuma Abubakar "İmişli" ilə matçda iştirak etməyəcək

"Kəpəz" klubunun futbolçusu Azuma Abubakar Misli Premyer Liqasının X turunda "İmişli"yə qarşı keçiriləcək matçda iştirak etməyəcək. Bu barədə "Report"a Gəncə təmsilçisinin mətbuat xidmətindən bildirilib. Yarımmüdafiəçinin zədələndiyi qeyd olunub. Xatırladaq ki, "Kəpəz"

31.10.2026 429
.

"Bavariya"nın baş məşqçisi Vensan Kompani bir neçə gün xəstəxanada qalacaq

Almaniyanın "Bavariya" komandasının baş məşqçisi Vensan Kompani bir neçə gün xəstəxanada qalacaq. "Report" xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Belçikalı mütəxəssis cümə günü klubun məşq bazasında huşunu itirib. O, daha sonra xəstəxanaya çatdırılıb

25.10.2026 632
.