Lüşer TESTİ ilə həyatınızın rəngini müəyyən edin

Lüşer TESTİ ilə həyatınızın rəngini müəyyən edinFərz edək ki, əlinizdə bir fırça var və siz bir rəsm çəkmək istəyirsiniz. Ağ kağız götürüb başlayın. Sizin üçün rəngsiz, yoxsa rəngli xoşdur? Təbii ki, rəngli şəkillər daha çox göz oxşayır. O zaman rəngli fırçaları götürüb başlayın. Həyatın rəngləri sizin əlinizdədir. Elə bir rəsm yaradın ki, rənglər ahəngi harmoniya yaratsın. Axi hər bir rəngin öz mənası, öz psixologiyası var.

Lüşer testi barədə heç eşitmisiniz?

BiG.AZ oxuculara bu testlə bağlı qısa məlumatı təqdim edir.

Rənglərin insanda həm fizioloji, həm də psixoloji effektlər əmələ gətirməsi artıq hər kəsə məlumdur. Bu amili incəsənət, estetika və istehsalda nəzərə alırlar. Rənglərə qarşı emosional münasibət onlardan bəzilərinə üstünlüyün verilməsi ilə (seçim), bəzilərinə qarşı etinasızlıqla və imtina ilə (neqativ qiymətləndirmə) xarakerizə olunduğundan psixodiaqnostikada da bu məsələ önəm daşıyır.

Lüşer testinə görə, rəng seçimi tədqiq olunanın fəaliyyət istiqamətini, əhvalını və şəxsiyyətin funksional vəziyyəti və nisbətən sabit keyfiyyətlərini özündə əks etdirir.

Lüşerə görə, rənglərin xarakteristikası 4 əsas və 4 əlavə rəngi özündə birləşdirir.

Əsas rənglər:

1. Göy - məmnunluq və sakitliyi simvolizə edir;
2. Tünd yaşıl - özünəinam, qətiyyətlilik hissi, bəzən isə tərslik;
3. Al-qırmızı - iradi səyin güclülüyünü, aqressivliyi, təzyiq tendensiyalarını,
ehtirası simvolizə edir;
4. Açıq-sarı - aktivlik, ünsiyyətə meyl, ekspansivlik, şən əhval-ruhiyyə.

Optimal vəziyyətdə, konflikt mövcud deyilsə, əsas rənglər ilk beş pozisiyada yer tutur.

Əlavə rənglər:

5. Bənövşəyi
6. Qəhvəyi
7. Qara
8. "0" ton (boz)

Bu rənglər neqativ tendensiyalardan olan həyəcanlılıq, stress, qorxu hissini, məyusluluğu simvolizə edir. Onların mənaları bir-biri ilə qarşılıqlı əlaqədə müəyyənləşdirilir. Aşağıda bunun üçün müxtəlif pozisiyalar verilib.

LÜŞER TESTİ

Lüşer TESTİ ilə həyatınızın rəngini müəyyən edinBurada 2 rəng seçməlisiniz

Ən sevdiyiniz rəngi seçmək məcburiyyətində deyilsiniz, hazırki vəziyyətinizdə sizə xoş gələn və gəlməyən olsun

1.Hazırda ürəyinizcə olan rəng
2.Hazırda ürəyinizcə olmayan rəng

Mavi

Xoşunuza gəlibsə, hazırda siz razılıq, güvən, anlayış və şəfqət istəyirsiniz. Hazırda emosional rahatlıqdasınız. Sakit, yumşaq və xəyalpərəstsiniz. Dostlarınızla ünsiyyət sizə xoşdur.

Xoşunuza gəlməyibsə, siz narahatsınız. Ola bilər ki, yaxınlarda hansısa yaxın insandan uzaqlaşmısınız. Özünüzü tənha və qəlbi qırılmış hiss edirsiniz.

Yaşıl

Xoşunuza gəlibsə, özünüzə inanırsınız. Gücünüzün ən yüksək nöqtəsindəsiniz. Özünüzə hörmətiniz artıb. Çox şeyə qadirsiniz və hökmü əlinizə almağa can atırsınız. Həmsöhbətiniz üzərində hegemonluq etmək istəyirsiniz. Əksi də ola bilər, yəni siz sadəcə psixoloji dınüşüm yaşayırsınız.

Xoşunuza gəlməyibsə, tərəf müqabilinizin sizə diqqət etməməsindən şikayətçisiniz. Küskün, ruhdan düşmüş, təhqir olunmuş hiss edirsiniz. Qarşı qoymağa gücünüz qalmayıb.

Qırmızı

Xoşunuza gəlibsə, hazırda emosional, ehtiraslısınız. Əhvalınız yaxşıdır. Uğur qazanmağa can atırsınız. Amma qarşnızdakının üzərinə çox gedirsiniz. Siz tərs, bəzən də agressivsiniz.

Xoşunuza gəlməyibsə, hazırda əsəbi və hər şeyə qıcıqlanırsınız. Dərin stresdəsiniz. Gücsüz və yorğun hiss edirsiniz.

Sarı

Xoşunuza gəlibsə, optimizm ürəyinizi əlinə alıb və sürətlə döyünməsini vadar edir. Rahatlıq və ümid dolusunuz. Dəyişikliklərə hazırsınız. Münasibətlərdə azadlığa hazırsınız.

Xoşunuza gəlməyibsə, dəhşətli xəyal qırıqlığına düşmüsünüz. Heç kəsə inanmır, şübhə edirsiniz. Emosional vəziyyətiniz stabil deyil. Qarışıqlıqdasınız.

Bənövşəyi

Xoşunuza gəlibsə, hamıyla flirt edirsiniz. Hamının xoşuna gəlmək istəyirsiniz. Kompliment və iltifatlar istəyirsiniz. Dəstək istəyirsiniz. Əhvalınız normaldır.

Xoşunuza gəlməyibsə, gözə görünməməyə çalışırsınız. Hamıdan qaçırsınız. Hisslərinizi cilovlamağa çalışırsınız.

Qəhvəyi

Xoşunuza gəlibsə,yorğunsunuz, dincəlmək və emosional rahatlıq istəyirsiniz. Psixoloji yorğunsunuz. Dostların dəstəyinə ehtiyacınız var. Nədənsə qorxursunuz. Ruhi qidaya ehtiyacınız var.

Xoşunuza gəlməyibsə, gərilmiş sim kimisiniz. Bütün emosional və fiziki istəklərinizi bastırmağa çalışırsınız. Özünüzə məhdudiyyətlər qoymaqla güclü olmaq istəyirsiniz.

Qara

Xoşunuza gəldisə, negativliyi sevirsiniz. Etiraz, aqressiya sizin bədəninizi və ruhunuzu ələ alıb. Düşmən mövgeyindəsiniz və hər şeyə aqressiv cavab verməyə qadirsiniz. Siz ozünüzü və ətrafınızdakılarla müanisəbtinizi məhv edə bilərsiniz.

Xoşunuza gəlməyibsə, xaricdən sakit və özünüzə inamlısınız. Amma agressiyanı daxilinzə atmısınız. Özünüzü məhv edirsiniz, üzürsünüz.

Boz

Xoşunuza gəldisə, siz sığınacağınız adam axtarırsınız. Başınızı goymağa çiyin axtarısınız. Həyatınızdakı sizi incidən şeylərdən qaçmaq istəyirsiniz. Emosional sakitlik və yuva istəyirsiniz. Əsl hisslərinizi maskalayırsınız, sanki vecinizə deyil.

Xoşunuza gəlmədisə, heç vaxt olmadığı kimi proaktivsiniz. Siz "indi və burada" prinsipinə uyğun hərəkət edirisiniz. Şənsiniz. Məqsədiniz var, sabaha inanırsınız.

Mehin Mehman


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 4593   Tarix: 15 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Son Xəbərlər