Dodaqlarınızı daha gözəl və cazibədar göstərməyin YOLLARI

Dodaqlarınızı daha gözəl və cazibədar göstərməyin YOLLARIQadınlar həmişə gözəl və cazibədar görünmək istəyir. Əslində gözəl qadın yoxdur, baxımlı qadın vardır. Hər bir xanım lazımı diqqəti özünə göstərsə, istədiyini əldə edə bilər. Təbii ki, baxımlı olmaq tək qadınlara məxsus anlayış deyil. Kişilər də bu mövzunu diqqətdə saxlamalıdır.

Qadınların çəkici görünməsindəki əsas meyarlardan biri dodaqlardır. Cəlbedici dodaq anlayışı bütün mədəniyyətlərdə eynidir. Dolğun və formalı dodaqlar hər zaman gözəlliyi təyin edən faktorlar arasındadır.

Bəs dodaqların daha parlaq, sağlam və cazibədar görünməsi üçün nə etməliyik?

Lent.az bunun üçün bir neçə yolu təqdim edir:

Dodaq boyası və parıldadıcıdan əvvəl mütləq nəmləndirici sürtün. Çünki onların nəmlənməsi və yumşalması sonradan tətbiq edəcəyiniz pomada üçün çox vacibdir.

Dodaqlarınızı daha gözəl və cazibədar göstərməyin YOLLARIƏgər boyanızın rənginin çox parlaq olmasından narahatsınızsa, əvvəlcə nazik bir qat çəkin. Daha sonra diqqətli hərəkətlərlə pomadanı dodaq səthinə yaymağa çalışın. Yox, əgər dodaqlarınızı daha dolğun görünməsini istəyirsinizsə, bu zaman boyanı iki qat çəkin. Dodaqlarınızın tamamı üçün tünd bir ton, ortası üçün isə daha açıq tonlu rəng seçin. Daha sonra ikisini bir-birinə qarışdırın. Bu dodaqlarınızı daha həcmli görünməsinə şərait yaradacaq.

Dodaqlarınızın mat görünməsini istəyirsiniz? O zaman pomadanızın üstündən nazik şəffaf pudra çəkin və 1 dəqiqə gözləyin. Sonra artıqları fırçalayaraq aradan qaldırın.

Dodaqlarınızı daha gözəl və cazibədar göstərməyin YOLLARIİşiniz təcilidir və əlinizdə pomada yoxdur? Pis olmağa dəyməz. Bunun üçün göz teni ilə bir az vazelini qarışdırın. Barmaqlarınızla dodaqlarınıza çəkin. Nəticədən çox məmnun qalacaqsınız.

Dodaq qələminizi pomadanızın rənginə uyğun seçin. Tonların üst-üstə düşdüyünə əmin olun.

Dodaq qələmindən istifadə etməzdən əvvəl salfetlə onun ucunu kütləşdirin. Bu zaman onu dodağa tətbiq etmək daha asan olacaq.

İstifadə etməkdən bezdiyiniz müxtəlif rəngli pomadalarınızı dodaqlarınıza qarışdıraraq çəkin. Bu zaman fərqli və yeni tonlar əldə edəcəksiniz.

Dodaqlarınızı daha gözəl və cazibədar göstərməyin YOLLARIDodaqlarınızı yumşaq və həssas hala gətirmək üçün müntəzəm olaraq fırça ilə yumşaq şəkildə fırçalayın. Bu həm də onların daha dolğun görünməsinə şərait yaradacaq.

Parlaq rəngli pomada və dodaq parıldadıcısından istifadə edərkən diqqətli olun. Onları hansı istiqamətdə çəkdiyinizə fikir verin. Əsasən pomadanı mərkəzdən kənara doğru çəkməyə çalışın. Bu zaman dodaqlarınız daha parlaq və həcmli görünəcək.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1767   Tarix: 15 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ev almaq üçün yığdığı qızılları arvadı səhvən zibilliyə atdı

Türkiyənin Bursa şəhərində yaşayan bir ailənin illərlə ev almaq üçün topladığı təxminən 1 kiloqram qızıl səhvən zibil yeşiklərinə atılıb. yerli mediaya istinadən xəbər verir ki, hadisə Yıldırım qəsəbəsinin Esenevler məhəlləsində qeydə alınıb. Sedair Kurnaz ev almaq üçün topladığı təxminən 1 kiloqra

28.06.2026 239
.

Xoşbəxt sevginin sirri tapıldı

Polşanın Vratslav Universitetinin alimləri sevgi münasibətləri ilə bağlı hamını təəccübləndirəcək sensasiyalı araşdırmaya imza atıblar. Axşam.az xəbər verir ki, "Journal of Research in Personality" jurnalında dərc olunan bu qlobal tədqiqat çərçivəsində düz 74 ölkədən olan 41 606 nəfərin məlumatlar

28.06.2026 283
.

Hansı kərə yağı daha yaxşıdır? - 72,5, yoxsa 82,5 faiz?

Bir çox insan hesab edir ki, kərə yağının yağlılıq faizi nə qədər yüksəkdirsə, o qədər keyfiyyətli və faydalıdır. Buna görə də 72,5 faiz və 82,5 faiz yağlılığa malik kərə yağları arasında uzun illərdir müzakirələr davam edir. Qida texnoloqları və dietoloqlar bu iki məhsul arasındakı əsas fərqləri açıqlayıblar

28.06.2026 194
.

Qarğalar onları incidən insanların üzünü 5 il yadda saxlayır

Qarğanı incidirsinizsə, o, sizi uzun illər unutmaya bilər. Alimlərin araşdırmalarına görə, qarğalar insan simalarını ən azı beş il yadda saxlaya bilir və onları təhdid edən insanlar barədə məlumatı digər qarğalara, hətta öz balalarına da ötürür. xəbər verir ki, qarğalar "təhlükəli insanları"

21.06.2026 217
.

Süd orqanizm üçün düşündüyünüzdən daha faydalıdır -ARAŞDIRMA

İnək südü, hətta kalsium və vitaminlərlə zənginləşdirilmiş bitki mənşəli alternativlərlə müqayisədə belə, orqanizm üçün daha faydalı ola bilər. Bu nəticə Avstraliyanın Edit Kouen Universitetinin alimlərinin apardığı elmi icmalda yer alıb. xəbər verir ki, tədqiqatın nəticələri "Critical Reviews i

28.06.2026 188
.

Turlar.AZ - Xarici Turlar

saytinda daxili turlarla yanaşı, xarici turlarla bağlı elanlar da gündəlik yenilənir. Sayta daxil olmaqla Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Maldiv adaları, Misir və digər məkanlara sərfəli xarici turlar əldə edə bilərsiniz!. Təbii ki, azərbaycanlı turistlər daha ço

23.06.2026 893
.

İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?

Kembric Universitetinin professoru Hanna Fray yay aylarında içərisi "soba"ya dönən avtomobilləri saniyələr içində sərinlədəcək fiziki bir üsul paylaşıb. Cəmi bir şüşəni endirib sürücü qapısını bir neçə dəfə sürətlə aç-bağ edərək içəridəki isti havanı xaricə "vakumlayan" bu üsul qərib

27.06.2026 208
.

Xidmetler.AZ - Təhlükəsizlik kameraları, təhlükəsizlik sistemləri

Xidmətlər təklif edən XİDMETLER.AZ- saytinda müasir dövrdə ən çox tələb olunan texniki avadanlıqlardan təhlükəsizlik kameraları haqda elanlar toplanıb. Xüsusən, həyət evi, villası və obyekti olanlar nəzarət kameralarına ehtiyac duyurlar. Ancaq son illərdə bina evlərinə təhlükəsizlik kameraları qoşduranları

22.06.2026 180
.

ABŞ-də gözəllik kraliçası toyunun hesabını tam ödəmədiyi üçün məhkəməyə verilib

Özünü "Instagram" influenseri kimi təqdim edən və "Miss New York Elite" titulunun sahibi Keytlin Rouz Kennedi-Melanson 2025-ci ilin sentyabrında keçirilən dəbdəbəli toy mərasiminin hesabını tam ödəmədiyi iddiası ilə məhkəməyə verilib. bu barədə "New York Post" nəşrinə istinadə

27.06.2026 250
.

TOP MP3