Qış təxirə salınır - Dubayda yay tətili davam edir - FOTOLAR

Qış təxirə salınır - Dubayda yay tətili davam edir - FOTOLARDubayın ən prestijli və şöhrətli Anantara The Palm Dubai Resort və Anantara World Islands Dubai payız-qış apatiyasından çıxmağın yollarını sizə təklif edir.

Anantara - əfsanəvi Tay qonaqpərvərliyinin brendidir.

Bu qrupun otelləri planetimizin müxtəlif əsrarəngiz nöqtələrində yerləşir. Hazırda şəbəkələnin 40 oteli Tailanda, Vyetnam, Kamboca, Çin, Ərəb Əmirliyi, Qətər, Oman, Mozambik, Zambiya və Portuqaliyada, Bali, Maldiv və Şri Lanka adalarında var. Anantara DISCOVERY proqramına daxildir.

Qış təxirə salınır - Dubayda yay tətili davam edir - FOTOLARAnantara The Palm Dubai Resort - su içində möcüzə

The Palm Dubai Resort Anantara otellər qrupuna daxil olan, qonşu otellərdən xarici görünüşü ilə fərqlənən kurortdur. 5 saata sanki mümkün olmayan baş verir. Siz Dubaya yox, Tay və ya Maldiv adalarına eniş etmisiz.

Budur, körfəzin zəngin mavi lacivərd sularında Tay üsulunda villalar, ağ qumlu çimərlik, Tay mətbəxi, Tay masajı, şərq qonaqpərvərliyi - Anantara otellərinin kök ənənəsidir.

Kurort Palm Cumeyra adasında yerləşir, burdan Dubayın mərkəzi, məşhur ticarət mərkəzlərindən 20 dəqiqə yoldur. Əgər şəhərə baş çəkmək istəsəz, biz sizi istər Dubayın şəhər mərkəzi, istər məşhur mağazalara dəqiqələr içərisində çatdırarıq.

Anantara The Palm Dubai Resort – şəhərdə yeganə oteldir ki, su içində yerləşən villaları var.

Qış təxirə salınır - Dubayda yay tətili davam edir - FOTOLAR293 otel nömrəsi - onlardan 38-i lüks - laquna mənzərəli, eləcə də çimərliyə ayrıca çıxışı olan 15 villa Beach Pool Villas. Fars körfəzi sularının içində yerləşən 18 su villası - Over Water Villas.

Kurortun təklif etdiyi Stay Longer at the Beach proqramında bütün ailə ilə yayı dekabra kimi uzada biləcəksiz.

Valideynlər istirahət gününə Crescendo restoranında başladığı vaxt uşaqları artıq xüsusi proqram gözləyir. Tuk-Tuk uşaq klubunun rəhbəri onları nəzarətə götürərək, əyləncə məkanları, oyunlar, rəqs, çimərlik və hovuzda əyləncəyə aparacaq.

Sonda xatirə olaraq Tuk Tuk klubun futbolkası, şokolad hədiyyəsi verilir.

Tineycerləri isə Chill klubunda komanda oyunları, futbol, xokkey, karaoke, binqo, rəqslər gözləyir.

Nahar vaxtı ailəvi olaraq otelin 7 restoranından birini seçə bilərsiz. Burada dünyanın bütün mətbəxləri toplanıb. Siz sanki Yer kürəsini qastronomik səyahətə çıxmış olacaqsız.

Tay qayığında gəzinti

Qonaqların ən bəyəndiyi gəzintilərdən biri də uzun Tay qayığında dəniz gəzintisidir.

Eləcə də yaxtada Fars körfəzi arxipelaqı boyu gəzinti sifariş edə bilərsiz.

Kurortun açıq havada kinoseans zalı var.

Stay Longer at the Beach ilə bron üçün www.anantara.com saytında açıqdır.

Gecəsi 200 dollardan başlayan paketə nələr daxildir:

- Otel nömrəsi və ya villada yerləşmək üçün 15% endirim (3 və daha çox gecə bron edənlər üçün keçərlidir)
- Pulsuz səhər yeməyi
- Yüksək sürətli internet
- Uşaq və yeniyetmələrin Tuk Tuk və Chill klublarına sərbəst girişi
- Spa mərkəz, restoran və barlarda istifadə üçün 40 dollarlıq bonus

Qış təxirə salınır - Dubayda yay tətili davam edir - FOTOLARPalma Cumeyranın ən yaxşı restoranları

Anantara The Palm Dubai Resort-a daxil olan restoran və barlar:

Crescendo

Ən dadlı səhər, günorta, axşam yeməkləri üçün ən ideal yerdir. Milli və dünya mətbəxini ya sahildə, ya infiniti-hovuzda, ya da açıq terrasda əyləşərək dadın.

Mekong

Əfsanəvi Tay, Vyetnam, Çin mətbəxi Şərq üslubunda və ab-havasında.

Bushman’s Reastaurant and Bar

Avstraliya sayağı şəhər barbeküsü - şirəli Avstraliya steykləri, dəniz məhsulları, əyləncəli musiqili proqramla.

Qış təxirə salınır - Dubayda yay tətili davam edir - FOTOLARThe Beach House

Aralıq dənizi menyusunun geniş çeşidi, eksklüziv kokteyllər. Burda tapas, evsayağı pizza verilir.

Lotus Lounge

Palma Cumeyraya açılan mənzərədə özəl içkilər və fərqli desertlər.

Revo Café

Təzə dəmlənmiş təbii qəhvə və isti bişmələrlə, yüngül qəlyanaltılarla rahatlan.

Mai Bar

Hovuz kənarında terrasda bar. Palmaların kölgəsində dincəlin, kokos şirəsi və ya buzlu Moxito ilə sərinlənin.

Dining by Design

Eyni yerdə, eyni anda bütün dünya mətbəxləri yeməkləri - istəsəniz sifarişiniz nömrəyə və ya villaya gətirilə bilər. Nağıl kimi məkanda özəl gününü qeyd et.

Spice Spoons

Burda kulinar bacarığını oyadıb, master klaslarda iştirak edib, şef aşpazlardan sirləri öyrənə bilərsiniz.

Anantara - Adanın ən yaxşı SPA kompleksi

Qış təxirə salınır - Dubayda yay tətili davam edir - FOTOLARDəbdəbəli ikimərtəbəli Anantara Spa mərkəzində kişi, qadın, ailələr üçün ayrıca hamam, masaj, spa otaqları var.

Burda isə dünyanın ən peşəkar, müalicəvi rahatlaşdırıcı masaj növləri, isti daşlarla masaj, ayurveda prosedurları, buxar, sauna, hidromasaj, cakuzi, müalicəvi vannalar alacaqsız.

Yüksək peşəkar mütəxəssislər sizin energetik mərkəzlərinizi qaydaya salacaq.

Tay müalicəvi metodlar və şəfalı yağlarla Sen energetik kanallarına təsir etməklə, stres və narahatlıq aradan qalxacaq, ruh və bədən tam rahatlanacaq.

Maldivsayağı villalarda Cənubi Amerika tətili

Yer kürəsi ətrafında uçuç 46 saat 39 dəqiqəyə başa gəlir. Lakin Dubay - Möcüzələr Əmirliyi - dünyada yeganə olan dünya arxipelaqını qurub.

Burda cəmi bir neçə saata qayıqla dünya səyahətini etmək mümkündür. Arxipelaq dünya xəritəsi formasında yaradılıb, ona görə ünvanları qitələrin adları ilə qeyd edirlər.

World Islands arxipelaqının Cənubi Amerika qitəsində 2022-ci ilin martında Anantara Hotels Resorts & Spas otellər qrupu Yaxın Şərqdə genişlənərək, daha bir otelini açdı.

Qış təxirə salınır - Dubayda yay tətili davam edir - FOTOLARAnantara World Islands Dubai Resort Fars körfəzi sularında, Dubay sahillərindən cəmi 4 km aralı yerləşir.

Oteldən Bürc Əl Ərəb və Bürc Xəlifə qüllələri ovuc içi kimi görünür.

Kurorta çatmaq üçün Dubay hava limanından cəmi 1 saat lazımdır. Aeroportdan Palm Cumeyraya 40 dəqiqə, ordan isə katerdə 20 dəqiqəyə Anantara World Islandsə çatacaqsız.

Kurortun 70 nömrəsi, lüks nömrələr və villaları sizə tam rahatlıq imkanı verəcək.

Bütün nömrələr Fars körfəzi və cənnət kimi bağ mənzərəsinə açılır.

Qış təxirə salınır - Dubayda yay tətili davam edir - FOTOLARKörfəzin mərkəzindəki ilk otel möcüzəvi ilğıma bənzəyir, yarı yolda üfüqdə yaşıl bir adanın getdikcə böyüdüyünü görürsüz.

Dubayda termometr ən yüksək rəqəmlərə qalxanda, Anantara World Islands Dubai sizə sərinlik vəd edir.

Palmalar bütün yol boyu uzun kölgələri ilə cığır açıb, bumbuz hovuzu və çətirləri, açıq havada hər addım duş kabinələri - Maldivdəki kimi sizi bir neçə dəqiqəyə sərinlədəcək.

Komfort adanın sərhədlərindən kənara çıxır, suda üzən çadırlarda qamakda uzanaraq, sərinlədici qəlyanaltı və içkilərdən dadaraq ətrafı seyr edəcəksiz.

Qış təxirə salınır - Dubayda yay tətili davam edir - FOTOLARKurortun bütün imkanlarını 1-2 günə əhatə etmək yetməyəcək, ona görə Anantara sizə Stay Longer Special tətbiqi vasitəsilə seçim etməyi təklif edir.

2 nəfərə gecəsi 560 dollardan başlayan təklifə daxildir:

- İki nəfərlik pulsuz səhər yeməyi
- 40 dollarlıq Spa mərkəz sertifikatı
- Qalacağınız günlərə uyğun əlavə endirimlər. 3 gecə üçün - 10%, 7 gecə bron üçün - 15%, 10 gecəlik - 20% endirim.

Anantara Hotels, Resorts & Spas barədə daha ətraflı saytda: http://www.anantara.com/

Qış təxirə salınır - Dubayda yay tətili davam edir - FOTOLAR


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1346   Tarix: 23 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ev almaq üçün yığdığı qızılları arvadı səhvən zibilliyə atdı

Türkiyənin Bursa şəhərində yaşayan bir ailənin illərlə ev almaq üçün topladığı təxminən 1 kiloqram qızıl səhvən zibil yeşiklərinə atılıb. yerli mediaya istinadən xəbər verir ki, hadisə Yıldırım qəsəbəsinin Esenevler məhəlləsində qeydə alınıb. Sedair Kurnaz ev almaq üçün topladığı təxminən 1 kiloqra

28.06.2026 239
.

Xoşbəxt sevginin sirri tapıldı

Polşanın Vratslav Universitetinin alimləri sevgi münasibətləri ilə bağlı hamını təəccübləndirəcək sensasiyalı araşdırmaya imza atıblar. Axşam.az xəbər verir ki, "Journal of Research in Personality" jurnalında dərc olunan bu qlobal tədqiqat çərçivəsində düz 74 ölkədən olan 41 606 nəfərin məlumatlar

28.06.2026 283
.

Hansı kərə yağı daha yaxşıdır? - 72,5, yoxsa 82,5 faiz?

Bir çox insan hesab edir ki, kərə yağının yağlılıq faizi nə qədər yüksəkdirsə, o qədər keyfiyyətli və faydalıdır. Buna görə də 72,5 faiz və 82,5 faiz yağlılığa malik kərə yağları arasında uzun illərdir müzakirələr davam edir. Qida texnoloqları və dietoloqlar bu iki məhsul arasındakı əsas fərqləri açıqlayıblar

28.06.2026 194
.

Qarğalar onları incidən insanların üzünü 5 il yadda saxlayır

Qarğanı incidirsinizsə, o, sizi uzun illər unutmaya bilər. Alimlərin araşdırmalarına görə, qarğalar insan simalarını ən azı beş il yadda saxlaya bilir və onları təhdid edən insanlar barədə məlumatı digər qarğalara, hətta öz balalarına da ötürür. xəbər verir ki, qarğalar "təhlükəli insanları"

21.06.2026 217
.

Süd orqanizm üçün düşündüyünüzdən daha faydalıdır -ARAŞDIRMA

İnək südü, hətta kalsium və vitaminlərlə zənginləşdirilmiş bitki mənşəli alternativlərlə müqayisədə belə, orqanizm üçün daha faydalı ola bilər. Bu nəticə Avstraliyanın Edit Kouen Universitetinin alimlərinin apardığı elmi icmalda yer alıb. xəbər verir ki, tədqiqatın nəticələri "Critical Reviews i

28.06.2026 188
.

Turlar.AZ - Xarici Turlar

saytinda daxili turlarla yanaşı, xarici turlarla bağlı elanlar da gündəlik yenilənir. Sayta daxil olmaqla Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Maldiv adaları, Misir və digər məkanlara sərfəli xarici turlar əldə edə bilərsiniz!. Təbii ki, azərbaycanlı turistlər daha ço

23.06.2026 893
.

İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?

Kembric Universitetinin professoru Hanna Fray yay aylarında içərisi "soba"ya dönən avtomobilləri saniyələr içində sərinlədəcək fiziki bir üsul paylaşıb. Cəmi bir şüşəni endirib sürücü qapısını bir neçə dəfə sürətlə aç-bağ edərək içəridəki isti havanı xaricə "vakumlayan" bu üsul qərib

27.06.2026 208
.

Xidmetler.AZ - Təhlükəsizlik kameraları, təhlükəsizlik sistemləri

Xidmətlər təklif edən XİDMETLER.AZ- saytinda müasir dövrdə ən çox tələb olunan texniki avadanlıqlardan təhlükəsizlik kameraları haqda elanlar toplanıb. Xüsusən, həyət evi, villası və obyekti olanlar nəzarət kameralarına ehtiyac duyurlar. Ancaq son illərdə bina evlərinə təhlükəsizlik kameraları qoşduranları

22.06.2026 180
.

ABŞ-də gözəllik kraliçası toyunun hesabını tam ödəmədiyi üçün məhkəməyə verilib

Özünü "Instagram" influenseri kimi təqdim edən və "Miss New York Elite" titulunun sahibi Keytlin Rouz Kennedi-Melanson 2025-ci ilin sentyabrında keçirilən dəbdəbəli toy mərasiminin hesabını tam ödəmədiyi iddiası ilə məhkəməyə verilib. bu barədə "New York Post" nəşrinə istinadə

27.06.2026 250
.

TOP MP3