Mingəçevirdə qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb
Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir Xətt Polis məntəqəsinin əməkdaşları tərəfindən xidməti ərazidə qanun pozuntularının aşkarlanması və təqsirkar şəxslərin müəyyən edilməsi istiqamətində monitorinqlər davam etdirilir.
DİN Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, bu tədbirlər çərçivəsində keçirilən növbəti reyd zamanı Mingəçevir Su Anbarının ərazisində quraşdırılan qanunsuz torlar və balıqların ovlanması üçün istifadə olunan müxtəlif növ qurğular polis əməkdaşları tərəfindən sudan çıxarılıb və qanunamüvafiq qaydada tədbirlər görülüb.
Monitorinq zamanı qanunsuz olaraq balıq ovu məşğul olan Yevlax şəhər sakini Elnur Hüseynov saxlanılıb. Onun ovladığı 30-dan çox sıf balıq maddi sübut kimi götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Vaxtaşırı olaraq keçirilən bu kimi nəzarət-profilaktiki tədbirlərlə balıq ovu və ovçuluq ilə məşğul olan şəxslərin onlara verilmiş kvotalara riayət etmələri, qayıqla balıq tutanların sənədlərinin mövcudluğu yoxlanılır, partlayıcı və digər qanunla qadağan edilmiş vasitələrdən istifadə edərək balıq ovlayanların müəyyən edilməsi, eləcə də başqa ekoloji cinayət törədənlərin aşkarlanması həyata keçirilir.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 447 Tarix: 25 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Ştutqart" qalmaqalı BÖYÜYÜR - Keçmiş deputat bacısı oğlunu məhkəməyə VERDİ
70 saylı Masallı şəhər dairəsinin keçmiş deputatı, "Ştutqart" mağazalar şəbəkəsinin sahibi Nəriman Əliyev bacısı oğlu Pərviz Abdullayev barəsində xüsusi ittiham qaydasında məhkəməyə şikayət verib. Teleqraf-a istinadən xəbər verir ki, sabiq deputat bacısı oğlunun Cinayət Məcəlləsinin 147.2-c
18.02.2026 353 Şortik geyinən anasını oteldə öldürən oğul HAKİM QARŞISINDA
Bakı Ağır Cinayətlər Məhkəməsində anasını qətlə yetirməkdə təqsirləndirilən A. Q-nın cinayət işi üzrə məhkəmə hazırlıq prosesi keçirilib. xəbər verir ki, hakim Telman Hüseynovun sədrliyi keçirilən məhkəmə şahid ifadələri ilə davam edib. Şahid Q.A həmin vaxt Rusiyada işlədiyini bildirib:. "Ailəml
18.02.2026 502 İlham Əliyev Vaşinqtonda Amerika İsrail İctimai Əlaqələr Komitəsinin icraçı direktoru və digər rəhbər heyəti ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vaşinqtonda keçiriləcək Sülh Şurasının ilk iclasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə bu ölkədə işgüzar səfərdədir. BİG.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, fevralın 18-də dövlətimizin başçısı Vaşinqtond
18.02.2026 337 Ramazan ayı başladı
Bu gündən Ramazan ayı başlayıb. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının Ramazan ayının başlanması münasibəti ilə yaydığı fətvada bu il Ramazan ayının 1-i miladi təqvimlə fevral ayının 19-na təsadüf etdiyi qeyd olunub. Fətvada bildirilib ki, Ramazan bayramının tarixi Şəvval ayının hilalının görünməsində
10:18 168 Enerji və sülh gündəliyi: Bakı-Vaşinqton danışıqlarının əsas xətti
"Azərbaycan Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına səfəri iki ölkə münasibətlərində yeni mərhələnin konturlarını müəyyənləşdirə bilər. Dəvətin məhz ABŞ Prezidenti Donald Tramp tərəfindən edilməsi isə prosesə əlavə siyasi çəki qazandırır və bunu sadəcə protokol jesti kimi qiymətləndirmə
13:51 2 O məktəbin bufetini bağladılar - Fotolar
Göygöldə kütləvi zəhərlənmə baş verən məktəb bufetinin fəaliyyəti müvəqqəti dayandırılıb. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib. Bildirilib ki, Göygöldə baş verən hadisə ilə əlaqədar AQTA-nın Gəncə-Daşkəsən Regional Bölməsi əməkdaşları tərəfindən rayonu
18.02.2026 376 Tramp İrana hücum variantlarını nəzərdən keçirərkən ABŞ təyyarədaşıyan gəmisi İsrail sahillərinə yerləşdirilə bilər
ABŞ mediası xəbər verir ki, Prezident Tramp 2003-cü ildən bəri Yaxın Şərqdə ən böyük Amerika hərbi kontingenti qurduğu bir vaxtda İrana zərbələr endirmək üçün variantları nəzərdən keçirir; The New York Times qəzetinin məlumatına görə, USS Gerald Ford hələ gəlməyib, lakin əvvəlcə İsraili müdafiə etməs
11:52 156 Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər azadlığa buraxıldı
Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməkdə təqsirləndirilən Səudiyyə Ərəbistanı vətəndaşları Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad azadlığa buraxılıblar. Bizim.Media xəbər verir ki, onlar cəza müddətləri başa çatdığı üçün bu gün Bakı İstintaq Təcridxanasından azad edilərək
18.02.2026 378 Hamının əsəbiləşdiyi anda "Qarabağ"ın futbolçuları nəyə gülürdü? - Video
Ötən gün UEFA Çempionlar liqasının pley-off mərhələsinin ilk oyununda "Nyukasl"la görüşdə (1:6) ehtiyat skamyasındakı futbolçularımızın hərəkəti diqqət çəkib. "Qafqazinfo" xəbər verir ki, oyunun 45-ci dəqiqəsində qapımıza penalti təyin olunan zaman ekranda futbolçular - Toral Bayramov
12:21 227