NATO və Rusiya arasında qalan Türkiyə - ŞƏRH

NATO və Rusiya arasında qalan Türkiyə - ŞƏRHTürkiyə NATO-nun Rusiya və Çin ilə rəqabətində bufer zonasıdır. Hətta yerigələndə Ankara NATO üçün elçilik edərək Moskva ilə münasibətlərdə tarazlaşdırıcı missiya ilə çıxış edir. Ankaranın belə gizli missiyası onu Avropa və Asiyanın kəsişməsində qlobal güc olmasına münbit zəmin yaradır.

"Kaspi" qəzeti mövzunu inkişaf etdirərək yazır:

Türkiyə NATO üzvü olsa da, alyansla bir çox mövzudakı inciklikləri mövcuddur. Ankaranın xarici siyasət kursundakı NATO gündəliyi nahamar müstəvidə inkişaf edir. Problemlərə baxmayaraq, Türkiyənin böyük strategiyasının mərkəzində NATO xüsusi yer tutur. Elə bu səbəbdəndir ki, Ankaranın Moskva ilə əməkdaşlıq sferasını genişləndirməsi alyansı sancılandırır.

Normaldır, çünki NATO da Türkiyəyə ehtiyac duyur və özünün aydın əlamətlərlə girə bilmədiyi regionlara Ankara vasitəsilə soxulmağa can atır.

Ankara geosiyasi proseslərdə strateji tarazlaşdırıcıdır

Onu da nəzərə almaq lazımdır ki, Türkiyə NATO-nun Rusiya və Çin ilə rəqabətində bufer zonasıdır. Hətta yeri gələndə Ankara NATO üçün elçilik edərək Moskva ilə münasibətlərdə tarazlaşdırıcı missiya ilə çıxış edir.

Ankaranın belə gizli missiyası onu Avropa və Asiyanın kəsişməsində qlobal güc olmasına münbit zəmin yaradır.

Elə buna görədir ki, Türkiyə sürətlə regional çərçivələri aşıb qlobal oyunçu statusu qazanmağa namizəd rolundadır. Bu istiqamətdə Ankaraya Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarında baş verən hadisələr stimullaşdırıcı dəstək verir.

Türkiyənin bu iki ərazi ilə yanaşı digər regionlarda da oyunçuluq bacarıqlarını inkişaf etdirməsi Rusiyaya da, NATO-ya da sərf edir. Elə isə sual olunur: Türkiyə daha çox hansının maraqlarını təmin edir?

Hesab etmək olar ki, bu, regionun xarakterindən asılı olaraq dəyişir. Lakin Türkiyə müvazinətini maksimal saxlamaqla təhlükəli böyük planların ortasında qalmaqdan kənarlaşır.

Türkiyə Rusiya-NATO qarşıdurmasından və onun mümkün nəticələrindən özünün milli maraqlarını inkişaf etdirmək üçün istifadə edir. Məsələn, Cənubi Qafqaz regionunda Ankara çəkisini Rusiya vasitəsilə artırır, atdığı addımların nəticələri isə NATO-nun xeyrinə işləyir.

Cənubi Qafqazda Türkiyənin təsirinin artması Azərbaycanın marağındadır

Türkiyənin çəkisinin Cənubi Qafqaz üzərində böyüməsi Azərbaycanın hədsiz marağındadır, çünki Ankara regional təhdidlərin önündə dayanmaq üçün böyük potensiala sahibdir.

Türkiyə Cənubi Qafqazda strateji maraqlarının təmini üçün Rusiya ilə əməkdaşlıq formatına üstünlük verir, çünki Moskvanın region üzərindəki nəfəsi kəsilməyib və Qərb hələ də ofsaydda qalmaqda davam edir.

Ankara isə gözləmək niyyətində deyil, çünki qlobal toqquşmalardan qopan qəlpələrin ona dəymək risklərini hesablayır, buna görə də qonşu regionlarda hansısa formada möhkəmlənməyi qarşıya məqsəd qoyur.

Cənubi Qafqazda Türkiyə üçün uyğun format Azərbaycanla dərinləşən strateji müttəfiqlik əlaqələrini Rusiyaya qarşı cəbhə kimi inkişaf etdirməməkdir. Lakin Ankaranın Bakıya dəstəyi də Moskvadan əsən küləklərin xəfiflədilməsində mühüm çəki qazanır.

Cənubi Qafqazda Azərbaycanla Türkiyəni narahat edən digər məsələ Gürcüstan-Rusiya gərginliyidir. Bakı ilə Ankara Tbilisinin təhlükəsizlik zolağında mövqelənməsi üçün çalışır və bu amil Kremli Gürcüstana hansısa məqamda hərbi müdaxilə etməkdən çəkindirir.

Yəni başıbəlalı və taleyində qara səhifələr çox olan bu regionda göründüyündən də artıq problemlər mövcuddur, Azərbaycanın Qarabağ münaqişəsini həll etməsi ilə Türkiyənin regiona gəlişi xoşagələn presedentlər üçün həlledici amil sayıla bilər.

Gürcüstan amili Azərbaycan-Türkiyə-NATO üçbucağında kanalların açıq qalması üçün bir mövzudur, çünki Şimali Atlantika Müqaviləsi Təşkilatı Cənubi Qafqazda Tbilisini öz bucağı altına çəkə bilib.

Göründüyü kimi Türkiyənin həm Qərblə, həm də Rusiya ilə mübahisələri, fikir ayrılıqları olsa da, bir-birinə əks qütbə dayanan oyunçular Ankara ilə bağlı xarici siyasət gündəminə praqmatik ideyaları gətirməyə məcburdurlar.

Rusiya və NATO-nun TDT-yə olan marağı

Rusiya və NATO-nu cəlb edən digər platforma Türk Dövlətləri Təşkilatıdır və onların hər ikisi bu qurumu regional güc kimi dəyərləndirdiyindən ondan müdafiə zolağı kimi yararlanmaq prioritetləri üzərində işləyirlər.

TDT-nin hansı strateji şüurla – Avroatlantik, yoxsa Avrasiyaçı – inkişaf edəcəyi suallar yaratsa da, hesab edirik ki, Türkiyə onu məhz öz proqramı çərçivəsində, yəni "həm Rusiya, həm də Qərb" modeli ilə meydana atmağı hədəfləyir.

Sadəlikdən mürəkkəbliyə doğru yön aldıqca, ortaya digər bir fərqli oyunçu olan Çinin çıxdığını görürük. Pekin də TDT-dən maksimal faydalar götürməkdə israrlı olduğu üçün onun Mərkəzi Asiyadakı maraqları Cənubi Qafqazdakı prioritetləri ilə düz mütənasib şəkildə qurulur.

Azərbaycanla Türkiyə NATO üçün rəqib, Rusiya üçün mehriban düşmən olan Çinin maraqlarının artmasından narahatlıq keçirmir. Çünki Pekin regiona ərazi təhdidləri gətirmir və iqtisadi prioritetlərlə əməkdaşlıq təklif edir.

Uzaq perspektiv üçün proqnoz

Rusiya-Ukrayna müharibəsinin gedişatı və hesablanan nəticələri digər oyunçuların maraqlarını redaktə etməsinə gətirib çıxaracaq. Lakin Türkiyənin Moskva ilə əməkdaşlıq xəttini sarsıdacağı real görünmür.

Cənubi Qafqaz bölgəsində hələ uzun illər Rusiya-Türkiyə birgə prioritetləri ilə proseslər inşa ediləcək. Əgər Ukraynadakı müharibədən Moskva məğlub çıxsa, onun bu regionda təsir imkanları zəifləyəcək. Bu zaman Türkiyə strateji dərinliklərdə NATO-nun regionda möhkəmlənməsinə şərait yaradacaq.

Ancaq NATO daxilində Türkiyəyə heç də xoş münasibət bəsləməyən ölkələr olduğundan Ankara alyansın maraqlarının təminində üzərinə düşən limiti aşmayacaq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 541   Tarix: 25 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto

Noyabrın 6-da Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin təşəbbüsü və Sevilya Şəhər Şurasının dəstəyi ilə İspaniyanın Sevilya şəhərində möhtəşəm aksiya keçirilib. xəbər verir ki, Azərbaycan xalqı üçün ən əziz və qürurverici tarixlərdən biri olan 8 Noyabr - Zəfər Gününə həsr olunmu

07.11.2026 201
.

Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Noyabr ayının pensiyalarının ödəniləcəyi tarix məlum olub. -ın əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfndən Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının noyabrın 13-də ödənilməsi nəzərd

00:07 263
.

İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Noyabr - Zəfər Günü ilə bağlı videoçarx paylaşıb. BİG.AZ xəbər verir ki, videoçarxın mətnində deyilir:. "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır

07.11.2026 217
.

Xətai rayonunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil olunub - Foto/Video

Noyabrın 7-də Xətai rayonunda Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində rayon İcra Hakimiyyəti və YAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə 8 noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil olunub. Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafi

11:40 0
.

Qətər ABŞ və İran arasında danışıqların uğursuzluqla nəticələndiyinə dair xəbərləri təkzib edib

ABŞ və İran razılaşma əldə etmək üzərində işləməyə davam edir, danışıqların uğursuzluqla nəticələndiyinə dair xəbərlər isə həqiqəti əks etdirmir. "Report" xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin nümayəndəsi Məcid əl-Ənsari "X" sosial şəbəkəsindəki hesabında paylaşı

10:00 78
.

Azərbaycanda bu şəxslərə 200 manat veriləcək

Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb. Yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur. Ölkə.az xəbər verir ki, müqaviləni Təhsilin İnkişafı Fondunun İdarə Heyətini

00:25 256
.

İran raketlərinin uçuş məsafəsinə tətbiq olunan məhdudiyyət ləğv edildi

İran öz raketlərinin uçuş məsafəsinə tətbiq edilən məhdudiyyəti aradan qaldırıb. ISNA agentliyinə istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi nümayəndəsi, briqada generalı Hüseyn Möhibi məlumat verib. "İran üçün raketlərin mənzillənmə limiti ləğv edilib"

11:00 0
.

Mətbuat Şurası: " Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar"

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin, birliyinin və sarsılmaz mübarizə əzminin təntənəsidir. xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurasının 8 Noyabr - Zəfər Günü münasibətilə yaydığı məlumatda qeyd olunub. "Prezident, Müzəffər Ali Baş Komanda

10:59 0
.

Zəfərdən sonra 132 min nəfərə sosial dəstək - Altı ilin rəqəmləri açıqlandı

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi həyat

11:02 0
.