Gözəllik salonları xəstəlik mənbəyidir - PROBLEM

Gözəllik salonları xəstəlik mənbəyidir - PROBLEMHəkimlər bildirirlər ki, gözəllik salonlarında, bərbərxanalarda gigiyena qaydalarına riayət olunmalıdır. Hər müştəridən sonra ümumi istifadə olunan alətlər sterilizasiya edilməlidirlər. Əgər bu şərtlərə əməl olunmazsa, yoluxucu xəstəliklər yayıla bilər.

Hər birimiz gözəllik salonlarına və bərbərxanalara müraciət edirik. Lakin unutmaq olmaz ki, infeksiyaların yayıldığı yerlərdən biri də məhz gözəllik salonları və bərbərxanalardır. Əsasən infeksiyaların dırnaq manikürü və pedikürü zamanı yayıldığı bildirilir. Ona görə də insanlar çalışır ki, alətləri özləri ilə aparsınlar. Amma bu məkanlarda ümumi istifadə olunan alətlərdən biri də daraqlardır. Özü ilə salona daraq gətirən demək olar ki, çox azdır. Bəs axı baş dərimizdə də yaralar, sızanaqlar, cızıqlar ola bilir. Qanla keçən infeksiyalar baş yaraları zamanı da bir insandan digərinə yoluxa bilər?

Dermatoveneroloq Aqşin Kəngərli "Kaspi"yə açıqlamasında dedi ki, başın tüklü hissəsində bir çox xəstəlik ola bilər: "Onların çoxu yoluxucu deyil, amma yoluxucuları da var. Yoluxucu olanlar göbələk və parazitar xəstəliklər - bit, sirkədir. Göbələk xəstəliyinin bir insandan digərinə keçməsi halları çox az ola bilər. Başın tüklü hissəsində göbələk xəstəlikləri əsasən, uşaq bağçaları, uşaq evlərinə xasdır. Bilavasitə təmas vasitəsilə deyil, fərdi əşyalar - yataq, yastıq, papaqlarla keçə bilər. Daraq vasitəsilə nəzəri cəhətdən mümkün olsa da, çox az müşahidə olunur. Başda irinli xəstəliklər olarsa da, yoluxuculuq ehtimalı çox deyil".

Xəstəliyin təzahürləri varsa, bərbər diqqətli olmalıdır

Həkim bildirdi ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi salonlarda yoxlamalar aparmalıdır: "Salonlarda əsasən, dəmir daraqlardan istifadə olunur. Bərbər başa baxıb görəndə ki, orada xəstəliyin təzahürləri var, sözsüz ki, ehtiyatla yanaşmalıdır. Bərbərxanalar, gözəllik salonlarında dezinfeksiya məsələlərinə riayət olunmalıdır. Amma əksər hallarda buna əməl edilmir. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi rübdə bir, yaxud ildə iki dəfə obyektlərdə yoxlamalar aparmalıdır. İşçilər ildə bir dəfə yoluxucu xəstəliklərə qarşı xüsusi tibbi müayinədən keçirilməlidir".

A.Kəngərli qeyd etdi ki, cəmiyyətimiz inkişaf edib, təmizliyə riayət olunur: "Amma bu, arxayınlıq yaratmamalıdır. Hər zaman parazitar xəstəliklərin və göbələk xəstəliyinin artımı ola bilər. Bunun qarşısını almaq üçün ilk növbədə cəmiyyət özü gigiyena qaydalarını qorumalı, eyni zamanda dövlət orqanları, Gigiyena və Epidemiologiya Mərkəzi fəal olmalıdır".

Bütün alətlər xüsusi sterilizasiyadan keçirilməlidir

Trixoloq Gültəkin Abdullayevanın sözlərinə görə, daraqdan hər hansı bir infeksiyanın keçmə ehtimalı digər alətlərə görə daha azdır: "Saçın dərisində açıq yaralar olarsa, daraqlardan da digərlərinə keçə bilər. Amma bu ehtimal o qədər də çox deyil. Normalda saç ustalarında olan bütün alətlər hər bir müştəridən sonra xüsusi sterilizasiyadan keçməli, dezinfeksiyaedici maddələrlə təmizlənməlidir".

İnfeksiya yalnız natəmiz yerlərdə keçə bilər

İnfeksionist Nicat Əzimlinin fikrincə, infeksiya yalnız natəmiz yerlərdə keçə bilər: "Saç daraqlarının ortaq istifadəsi zamanı keçə biləcək infeksiyalardan ən çox rast gəlinəni qızartı, şişkinlik və qaşınma, bəzən də saç tökülməsi ilə müşahidə olunan baş dərisinin bakterial, fungal və parazit infeksiyaları, eyni zamanda saçqıran deyə adlandırılan dermatofit göbələk infeksiyalarıdır. Baş dərisində sızanaq və ya yaralar olan şəxsdən digərlərinə daraq vasitəsilə stafilokok bakteriyalarının ötürülməsi də mümkündür. Lakin bu qeyd etdiklərimiz gigiyenik qaydalara riayət olunmamaqla icra olunan prosedurlarda özünü göstərə bilər. Kosmetik vasitələr tələb olunan üsullarla dezinfeksiya olunduğu halda, bu ehtimallar aradan qalxır".

Bərbər seçərkən bu məqama diqqət etmək lazımdır

Dermatoloq Vaqif Abdullayev dedi ki, yoluxucu infeksiyaların çoxu bir müştəridən digərinə keçə bilər: "Məsələn, Malassezia furfur və digər göbələk xəstəlikləri. Başda sızanaqlar varsa, onlar zədələndikdə qayçıdan və daraqlardan ikincili infeksiya da yarana bilər. Hepatitin belə, salonda, bərbərxanada yoluxma riski var. Daraqlar, qayçılar spreylər, dezinfeksiyaedici məhlullardan istifadə etməklə tez-tez təmizlənməlidir. Salonlarda 10-20 dəqiqəlik saxlama müddəti ilə alətləri dezinfeksiya etmək üçün ultrabənövşəyi şüalı xüsusi sterilizasiya kameraları olmalıdır. Belə olarsa, salonlarda hansısa xəstəliklərin yayılmasının da qarşısı alınar. Müştərilər salonu, bərbəri seçdikdə əl işlərinə güvənməkdən əlavə, onların gigiyenik qaydalara əməl etmələrinə də baxmalıdırlar".

Kaspi.az


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1409   Tarix: 25 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu

Axşam yeməyi hazırlayarkən dondurucudan çıxarılan qiymənin gec əriməsi mətbəxdə ən çox qarşılaşlan problemlərdəndir. Dondurulan ətin mərkəzinə istilik gec çatdığı üçün ərimə prosesi saatlar çəkir. Lakin dondurucuya qoymazdan əvvəl tətbiq ediləcək sadə bir üsulla bu müddəti dəqiqələrə endirmək mümkündür

01.11.2026 603
.

14-cü mərtəbədən yıxılan kişi sağ qaldı

Rusiyanın paytaxtı Moskvada yaşayış binasının 14-cü mərtəbəsindən yıxılan kişi möcüzə nəticəsində sağ qalıb. yerli mediaya istinadla xəbər verir ki, hadisə bu gün səhər saat 8 radələrində Marşal Rokossovski bulvarında baş verib. Məlumata görə, kişi binanın 14-cü mərtəbəsindən yıxılaraq avtomobilin damın

01.11.2026 470
.

ABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülər

ABŞ-nin Uçan Naməlum Obyektlərin (UNO) Öyrənilməsi üzrə Milli Mərkəzi (NUFORC) Ohayo ştatı üzərində naməlum obyektlə qarşılaşan pilotların hesabatını dərc edib. xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, 2026-cı il avqustun 16-da mülki təyyarəni idarə edən pilotla

01.11.2026 675
.

Ofis mebeli seçərkən nələrə diqqət yetirilməlidir ?

Müasir dövrdə ən çox tələb olunan mebellər sırasında ofis mebelləri də var. Ofis mebelləri dedikdə bura müxtəlif mebellər daxildir. ofis kreslosu, ofis divanı, ofis masaları, qeydiyyat şöbəsi üçün masa, müdir kresloları, salon kreslosu, kompüter masası, sənəd dolabı və ofis stol-stulu aiddir. Ofis mebellər

05.11.2026 581
.

Sankt-Peterburqda mənzildə üç il əvvəl ölən şəxsin cəsədi aşkarlanıb

Rusiyanın Sankt-Peterburq şəhərində mənzillərdən birində mumiyalanmış kişi cəsədi tapılıb. bildirir ki, bu barədə REN TV-yə mənbə məlumat verib. Mənbənin sözlərinə görə, Veteranlar prospektində yerləşən mənzillərdən birində bir neçə il əvvəl intihar etmiş ev sahibinin cəsədi aşkarlanıb. Məlumata əsasən

01.11.2026 445
.

Bəy şadlıq sarayına çatmamış yuxuya getdi - Video

Toy günü lentə alınan maraqlı video sosial şəbəkələrdə diqqət çəkib. xəbər verir ki, görüntüdə bəy və gəlinin şadlıq sarayına yollanarkən avtomobildə olduğu görünür. Lakin bəyin məclisə çatmamış yuxuya getməsi izləyicilərin marağına səbəb olub. Toy həyəcanı və hazırlıqların yorğunluğu ilə əlaqələndirilə

31.10.2026 706
.

Payızda yarpaqların rəngini dəyişən görünməz proses

Payız fəslinin gəlişi ilə ağacların yaşıl yarpaqları sarı, narıncı, qırmızı və hətta bənövşəyi rənglərə bürünür. Təbiətdə müşahidə olunan bu dəyişiklik sadəcə mövsümi gözəllik deyil, ağacların qışa hazırlaşması ilə bağlı mürəkkəb biokimyəvi prosesin nəticəsidir. Qaynarinfo xəbər verir ki, Türkiyəni

06.11.2026 358
.

Mətbəxdə paket yığanlara mütəxəssislərdən xəbərdarlıq: Təhlükə saçır

Milyonlarla evdə marketlərdən gətirilən plastik paketlər "bir gün lazım olar" deyə mətbəx şkaflarında və ya rəflərin altında toplanır. Lakin mütəxəssislər demək olar ki, hər kəsin etdiyi bu vərdişin ciddi səhiyyə təhlükələri yaratdığını bildirərək, həmin paketlərin dərhal evdən atılması üçü

07.11.2026 216
.

"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO

"WhatsApp" istifadəçiləri şəxsi profillərinə üz qabığı fotosu əlavə edə biləcəklər. xarici mediaya istinadən xəbər verir ki, yeni funksiya əvvəlcə "Android"in beta versiyasında sınaqdan keçirilib, indi isə "iOS" istifadəçiləri üçün də əlçatan olmağa başlayıb. Yenilik sayəsind

00:15 283
.