Nazir müavininin həyat yoldaşı bir ildə 53 dəfə xaricə gedib - SƏBƏB - FOTO

Nazir müavininin həyat yoldaşı bir ildə 53 dəfə xaricə gedib - SƏBƏB - FOTOMüdafiə sənayesi nazirinin müavini Yəhya Musayevin həyat yoldaşı Zemfira Musayevanın Dubaya köçdüyü bildirilir.

"Unikal"ın əldə etdiyi məlumata görə, Z.Musayeva bu ilin əvvəlindən Dubaya səfər edib və hələ də Bakıya geri qayıtmayıb. Onun Dubada bu qədər uzun müddət qalması təsadüfi deyil. Belə ki, nazir müavini Yəhya Musayevin Dubaydakı biznes şəbəkəsini məhz həyat yoldaşı Zemfira xanım idarə edir. Zemfira Musayeva təkcə 2022-ci ildə xarici ölkələrə 53 dəfə səfər edib. Onun uçuşları 2021-2022-ci illəri əhatə edir, əsasən də London, Dubay və Türkiyəyə olub.

Mərhum nazir Yavər Camalovun dövründə müavin postuna təyin edilən Yəhya Musayevin London və Türkiyədə də biznes şəbəkəsinin olduğu bildirilir. Məlumata görə, Türkiyədəki biznes şəbəkəsi Yəhya Musayevin qaynı İlqarın nəzarətindədir.

Nazir müavininin oğlu Elvin Musayev də tez-tez Dubaya və Türkiyəyə səfər edir. O, sonuncu dəfə 2022-ci ilin oktyabr ayında Dubaydan Londona, daha sonra isə Türkiyəyə gedib. Elvin Musayev hazırda Bakıdadır.

63 yaşlı nazir müavini Yəhya Musayev isə Dubaya sonuncu dəfə 14 dekabr 2021-ci il tarixində səfər edib, həmin ayın 30-da Bakıya qayıdıb.

Musayevlər ailəsi paytaxtın Səbail rayonunda, Badamdarda, Neftçilər prospektində çox sayda bahalı mülklərə sahibdir. Onların Türkiyədə də bahalı mülkləri, otelləri və restoran şəbəkələri var.

Nazir müavininin həyat yoldaşı bir ildə 53 dəfə xaricə gedib - SƏBƏB - FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1629   Tarix: 26 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Pensiya alanlara şad xəbər - NAZİRLİK MƏLUMAT YAYDI

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) respublika üzrə avqust ayının pensiya ödənişini yekunlaşdırıb. Bu barədə Ölkə.az-a qurumdan məlumat verilib. Bildirilib ki, avqustun 14-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda, habelə Naxçıvan Muxta

22.08.2026 224
.

Hava ilə bağlı GÖZLƏNİLMƏZ DƏYİŞİKLİK: oktyabra qədər davam edəcək - YENİ REKORD

Sakit okeanda "El Nino" hadisəsinin son 150 ilin ən güclüsü olacağı barədə xəbərdarlıqlar artır. Proqnozlara görə, okeandan atmosferə böyük miqdarda istiliyin ötürülməsi qlobal istiləşmə ilə üst-üstə düşərək 2027-ci ilin rekord isti illərdən biri olmasına səbəb ola bilər. Bəs "El Nino"

00:33 107
.

Pensiya kapitalı ilə bağlı vətəndaşları SEVİNDİRƏCƏK YENİ TƏKLİF

"Hazırda pensiya kapitalı ən çox müzakirə olunan məsələlərdən biridir. Milli Məclisin Əmək və sosial siyasət komitəsində təkliflər təqdim olunub ki, vətəndaş dünyasını dəyişdiyi halda onun topladığı pensiya kapitalının müəyyən hissəsi, ən azı 30 faizi varisin hesabına köçürülsün və varis həmin vəsaitdə

22.08.2026 171
.

Şəmkirdə piyada ölümü ilə nəticələnən ağır qəza baş verib

Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə bu gün saat 05:05-də Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisindən keçən 397-ci kilometrində qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Ağstafa rayonu, Eynallı kən

22.08.2026 166
.

Bu il Ukraynada 36 azərbaycanlıya vətəndaşlıq, 194 nəfərə isə daimi yaşamaq icazəsi verilib

2026-cı il yanvarın 1-dən avqust 15-ə qədər 1 396 Azərbaycan vətəndaşı Ukraynada müvəqqəti yaşamaq, 194 nəfər daimi yaşamaq icazəsi, 36 azərbaycanlı isə Ukrayna vətəndaşlığı alıb. Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Kiyevdə azərbaycanlı vəkil Şəmsi Məhərrəmov bildirib. O qey

22.08.2026 163
.

Qızılın qiyməti 29 maydan bəri ilk dəfə bu qədər artdı

"Comex" birjasında dekabr ayında tədarükü nəzərdə tutulan qızıl fyuçerslərinin qiyməti mayın 29-dan bəri ilk dəfə olaraq troya unsiyası üçün 4 600 dolları ötüb. xəbər verir ki, "Comex" birjasında dekabr ayında çatdırılma ilə qızıl füçerslərinin qiyməti mayın 29-dan bəri ilk dəfə tru

22.08.2026 129
.

Ölən vətəndaşın pensiyası BU ŞƏXSƏ VERİLƏ BİLƏR

"Hazırda pensiya kapitalı ən çox müzakirə olunan məsələlərdən biridir. Milli Məclisin Əmək və sosial siyasət komitəsində təkliflər təqdim olunub ki, vətəndaş dünyasını dəyişdiyi halda onun topladığı pensiya kapitalının müəyyən hissəsi, ən azı 30 faizi varisin hesabına köçürülsün və varis həmin vəsaitdə

00:36 114
.

Bakıda işlədikləri şirkətdən oğurluq edən şəxslər saxlanılıb

Bakıda işlədikləri şirkətdən elektrik avadanlıqları oğurlayan iki nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Hadisə Binəqədi rayonu ərazisində yerləşən şirkətlərin birində qeydə alınıb. Polis əməkdaşları talama cinayətini törətməkdə şübhəli bilinən 3

22.08.2026 153
.

Ünvanlı sosial yardımların ödəniş tarixi AÇIQLANDI

Ünvanlı dövlət sosial yardımlarının bu ayın 25-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub. Bu barədə Bizim.Media-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Qeyd edək ki, avqustun 14-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda, habelə Naxçıvan Muxtar Respublikasında, bu gün isə ölkəmizi

22.08.2026 197
.