Sən saydığını say, gör Şaxta baban nə sayır?

Sən saydığını say, gör Şaxta baban nə sayır?Hə, deyəsən, bu ili də yavaş-yavaş başa vururuq. Bayrama son bir gün qalıb. Yeni ili qarşılamaq üçün 1 ay qabaqdan canfəşanlıq edirik. Axı bir xalq olaraq bayramları xüsusilə sevirik. Amma…

"Amma"sını deyəndə sevincimiz qursağımızda qalır. Fikirləşəndə ki, hər şeyin qiyməti qalxıb, bahalaşma da trendə çevrilib, məyus halda oturursan oturduğun yerdə…

Bəzən uşaq olub Şaxta babadan möcüzələr istəyirsən ki, bəlkə, çin olar arzuların. Lakin sən saydığını say, gör Şaxta baban nə sayır.

Gör vəziyyət nə yerdədir ki, Şaxta baba belə, saatı 200 manatdan aşağı səni təbrikə gəlməz. Hər zaman uşaqlara xoş təbəssüm yaşadan babamız da, öz aramızdır, bahalaşma trendi ilə ayaqlaşır. Elə Qar qızı da qoşulub ona.

Hələ "yolka"nı demirəm… İstədiyin ölçüdə 200 manatdan aşağı yolka tapsan, papağını göyə atarsan. Nə edək? Bütün bunlar Yeni il bayramının atributlarından olsa da, onlarsız da keçinmək olar.

Bir xalq kimi, "Bayram simvollarımız olmasa da olar, əsas qarnımız tox olsun" deyib, yollanırıq bazara. Amma burada da istəklərimiz istək olaraq qalır. Sevincək gedirsən bazara. Nə gözəl! Hər şey var, heç nə yox. Necə yəni yox? Naz neymətin içində heç nə yox? Nemət var ey, onu almağa pul yox… Ətə, toyuğa, balığa yaxınlaşırsan, dilin topuq vurmağa başlayır, ayaqlarını hiss etmirsən. Elə güc-bəlayla düzəlirsən yoluna ki, digər məhsullara baxasan, qalırsan məəttəl. Yağ ət qiymətinə, pendir yağ qiymətinə, yumurta çörək qiymətinə. Elə deyinə-deyinə bir də baxırsan ki, bazarın sonundasan. Nə almısam, nə də dadmısan…

Burada eşidirsən ki, kimsə səni səsləyir: "Yaxşı göyərtilərimiz var,10 dənəsi 1 manata". Deyirsən ki, şükür, nə əcəb göyərtinin qiyməti qalxmayıb? Belə də ki, qalxsa nə olar, qalxmasa nə olar? Nə qədər "otlayasan"? Heç olmasa, bayramda yox da…

Qaçaraq bazarı tərk edib, yollanırsan marketə. Ümidlə gedirsən ki, oradan nə isə tapasan. Amma nə fərqi var: keçəl Həsən, ya Həsən keçəl? Hə, bir fərqi var. Deməsəm, günah olar. Daha gözəl, zövqlə bəzədilmiş market ilk görünüşdən göz oxşayır. Rəngarəng endirim kampaniyaları adama "gəl-gəl" deyir. Hələ 1 manata olan məhsulun 99 qəpiyə olduğunu görəndə elə bilirsən, sənə bütün marketi hədiyyə edəcəklər. 1-2 qəpik endirimi ilə manipulyasiya edən marketinq qaydarı sənin olan-qalan 200 manatına "quş qoyur", sən də "uça-uça" gedirsən. Bu da olur sənin bayramın.

İstəyirsən baş götürüb qaçasan rayonlara, bəlkə, Bakıdan küsüb, Sahara səhrasına belə yağan qarı oralarda görüb sevinəsən, amma hay-hay!.. Oradakı qiymətlər nəinki əl yandırır, bütün nəslinə od qoyur… Bu qiymətlərə ata-babalarımız "bir kruq" xarici ölkəni gəzib gəlirdilər, özü də iki gün yox, azı bir həftə…

Ehh… Nə isə… Təki hər zaman bayram olsun. Xalqımız, millətimiz var olsun. Ölkəmizdə sülh, əmin-amanlıq olsun. Suriya, Ukrayna kimi ölkələrə baxıb, öz günümüzə şükür edərik…

Yeni ilə yeni ümidlərlə… Xoş gəldin, 2023! Yanında səfa da gətir...

Mehin Mehman


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 930   Tarix: 31 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

Payız və qış aylarında düzgün qidalanma immun sisteminin fəaliyyətini dəstəkləyə bilər. Diyetoloq Polin Koks soyuqdəymə və qrip riskini azaltmaq üçün gündəlik rasiona daxil edilməli qidaları açıqlayıb. BİG.AZ -a istinadən xəbər verir ki, mütəxəssisin sözlərini "Deyli Mirror" nəşri yayıb. Diyetolo

31.10.2026 433
.

Dünyanın ən kiçik avtomobili hərracda satılacaq

"Ginnesin Rekordlar Kitabı"na dünyanın ən kiçik kütləvi istehsal olunan avtomobili kimi düşən "Peel P50" hərraca çıxarılır. "Qafqazinfo" xəbər verir ki, Böyük Britaniyanın Uorvikşir şəhərindəki "Iconic Auctioneers" hərrac evi tərəfindən satılacaq 1964-cü il istehsal

06.11.2026 419
.

Plastik pəncərələr də evə soyuq buraxır - Bu cür həll edin

Soyuq havalarda pəncərələrin kifayət qədər izolyasiya olunmaması evin sürətlə soyumasına və istilik xərclərinin artmasına səbəb ola bilər. Lakin pəncərələri dəyişdirmədən də evdə istiliyi qorumağın bir neçə sadə və effektiv üsulu var. xarici mediaya istinadla xəbər verir ki, pəncərələr evdəki istili

01.11.2026 464
.

Mətbəxdə paket yığanlara mütəxəssislərdən xəbərdarlıq: Təhlükə saçır

Milyonlarla evdə marketlərdən gətirilən plastik paketlər "bir gün lazım olar" deyə mətbəx şkaflarında və ya rəflərin altında toplanır. Lakin mütəxəssislər demək olar ki, hər kəsin etdiyi bu vərdişin ciddi səhiyyə təhlükələri yaratdığını bildirərək, həmin paketlərin dərhal evdən atılması üçü

07.11.2026 216
.

14-cü mərtəbədən yıxılan kişi sağ qaldı

Rusiyanın paytaxtı Moskvada yaşayış binasının 14-cü mərtəbəsindən yıxılan kişi möcüzə nəticəsində sağ qalıb. yerli mediaya istinadla xəbər verir ki, hadisə bu gün səhər saat 8 radələrində Marşal Rokossovski bulvarında baş verib. Məlumata görə, kişi binanın 14-cü mərtəbəsindən yıxılaraq avtomobilin damın

01.11.2026 470
.

Bəy şadlıq sarayına çatmamış yuxuya getdi - Video

Toy günü lentə alınan maraqlı video sosial şəbəkələrdə diqqət çəkib. xəbər verir ki, görüntüdə bəy və gəlinin şadlıq sarayına yollanarkən avtomobildə olduğu görünür. Lakin bəyin məclisə çatmamış yuxuya getməsi izləyicilərin marağına səbəb olub. Toy həyəcanı və hazırlıqların yorğunluğu ilə əlaqələndirilə

31.10.2026 706
.

Payızda yarpaqların rəngini dəyişən görünməz proses

Payız fəslinin gəlişi ilə ağacların yaşıl yarpaqları sarı, narıncı, qırmızı və hətta bənövşəyi rənglərə bürünür. Təbiətdə müşahidə olunan bu dəyişiklik sadəcə mövsümi gözəllik deyil, ağacların qışa hazırlaşması ilə bağlı mürəkkəb biokimyəvi prosesin nəticəsidir. Qaynarinfo xəbər verir ki, Türkiyəni

06.11.2026 358
.

Tozsoran niyə zəif çəkir? - 3 əsas səbəb

Tozsoran əvvəlki kimi tozları yaxşı təmizləmirsə, bu, cihazın sıradan çıxması demək deyil. Əksər hallarda problem çirklənmiş filtrlər, tıxanmış boru və ya dolmuş toz qabı ilə bağlı olur. xəbər verir ki, mütəxəssislərin fikrincə, bir neçə sadə yoxlama ilə problemin səbəbini müəyyənləşdirmək və əlavə xər

01.11.2026 481
.

Gecələr ürəyimiz niyə zərərli qidalar istəyir?

Şam yeməyindən sonra mətbəxə tərəf addımlamaq bir çox insan üçün adi hallardan biridir. Araşdırmalar göstərir ki, insanların təxminən üçdə biri, 18-24 yaş arası gənclərin isə 80 faizi axşam yeməyindən sonra qəlyanaltı edir. Lakin dietoloq Dr. Kristina Bolyo yatmazdan iki saat əvvəl yemək yeməyin kökəlm

06.11.2026 354
.