Zakir Həsənov hospitalda müalicə olunan hərbçilərlə görüşüb

Zakir Həsənov hospitalda müalicə olunan hərbçilərlə görüşübMüdafiə Nazirliyinin rəhbər heyəti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə dekabrın 31-də Baş Klinik Hospitalı ziyarət edib.

Bu barədə BiG.AZ-a Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hospitalın ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyularaq xatirəsinə ehtiram nümayiş etdirilib.

Sonra general-polkovnik Z.Həsənov Baş Klinik Hospitalda müalicə olunan bir qrup hərbi qulluqçu ilə görüşüb, onların səhhəti ilə maraqlanıb, tezliklə sağalmalarını və xidmətlərini davam etdirmək üçün hərbi hissələrinə qayıtmalarını arzulayıb.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təbriklərini hərbi qulluqçulara çatdıran nazir onlara bayram hədiyyələrini təqdim edib.

Daha sonra general-polkovnik Z.Həsənov hospitalın tibb personalı ilə görüşüb, həkimlərimizin xəstə və yaralı hərbi qulluqçuların müalicəsində göstərdikləri xidmətləri müsbət qiymətləndirib. Qeyd olunub ki, Vətən müharibəsində və digər döyüş əməliyyatlarında hərbi tibb personalı öz vəzifəsinin öhdəsindən layiqincə gələrək yüksək peşəkarlıq nümayiş etdirib, yaralı hərbçilərimizin tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarına nail olub.

Hərbi həkimlər də öz növbəsində Azərbaycan Ordusunun bütün sahələrinə olduğu kimi hərbi tibb sahəsinə də göstərilən diqqətə görə Ali Baş Komandana və Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkür ediblər.

Zakir Həsənov hospitalda müalicə olunan hərbçilərlə görüşübZakir Həsənov hospitalda müalicə olunan hərbçilərlə görüşübZakir Həsənov hospitalda müalicə olunan hərbçilərlə görüşübZakir Həsənov hospitalda müalicə olunan hərbçilərlə görüşübZakir Həsənov hospitalda müalicə olunan hərbçilərlə görüşübZakir Həsənov hospitalda müalicə olunan hərbçilərlə görüşübZakir Həsənov hospitalda müalicə olunan hərbçilərlə görüşübZakir Həsənov hospitalda müalicə olunan hərbçilərlə görüşüb


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 632   Tarix: 31 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanda hazır çay ehtiyatları bir il ərzində 2 dəfə artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 6 min 537 ton çay istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,9 % azdır. Avqustun 1-nə müəssisələrin anbarlarında 174,1 ton hazır məhsul ehtiyatı olub, bu da bir il əvvəlk

22.08.2026 149
.

Bakıda gedişhaqqında DƏYİŞİKLİK: 1 saat ərzində limitsiz nəqliyyat

Azərbaycanda "28 May" metrosunda təmir işləri ilə əlaqədar sərnişinlərin bir neçə avtobusdan istifadə etməsi nəqliyyat xərclərini artırıb. Həm bu vəziyyətdə, həm də ümumiyyətlə zamana bağlı bilet sisteminin tətbiqi təklif olunur. İqtisadçı Natiq Cəfərli "Bakupost"a bildirib ki, ümumiyyətl

00:29 110
.

Dənizdə boğulduğu deyilən 5 uşaq atası Elmar XARİCDƏ SAĞ TAPILDI

Polis dənizdə boğulduğu deyilən şəxsin ölkə xaricinə getdiyini müəyyən edib. -ın məlumatına görə, avqust ayının 19-da saat 19 radələrində Masallı rayon sakini 36 yaşlı Elmar Məmmədlinin Xəzər dənizinin Astara şəhəri ərazisindəki çimərliyində boğulması, meyitinin isə suda itkin düşməsi barədə polisə məluma

22.08.2026 235
.

Qızılın qiyməti 29 maydan bəri ilk dəfə bu qədər artdı

"Comex" birjasında dekabr ayında tədarükü nəzərdə tutulan qızıl fyuçerslərinin qiyməti mayın 29-dan bəri ilk dəfə olaraq troya unsiyası üçün 4 600 dolları ötüb. xəbər verir ki, "Comex" birjasında dekabr ayında çatdırılma ilə qızıl füçerslərinin qiyməti mayın 29-dan bəri ilk dəfə tru

22.08.2026 129
.

CİBİMİZDƏ OLMAYAN PENSİYA KAPİTALI... - Toplanan vəsaiti istədiyimiz zaman götürə biləcəyik?

Son günlər bir sıra yerli mətbu orqanarda, eləcə də sosial şəbəkələrdə müzakirə predmetinə çevrilən mövzulardan biri də vətəndaşların pensiya yaşına çatmadan topladığı pensiya kapitalından istifadəsinə imkan yaradılmasıdır. Bir sıra mütəxəssislər hesab edirlər ki, vətəndaşın fərdi hesabında toplana

01:00 57
.

Pensiyalar nə vaxt artırılacaq? - İlkin TARİX AÇIQLANDI

Azərbaycanda təqaüdçülər üçün əsas suallardan biri növbəti pensiya artımının nə vaxt və hansı həcmdə olacağı ilə bağlıdır. BİG.AZ -a istinadən xəbər verir ki, 2026-cı ilin əvvəlində əmək pensiyaları 9,3 faiz indeksləşdirilərək artırılıb. Bu artım 2025-ci ilin yekun göstəriciləri, xüsusilə ölkə üzrə ort

00:09 119
.

Portuqaliyada niqaba qadağa qoyuldu

Portuqaliyada ictimai yerlərdə üzü tamamilə örtən geyimlərdən istifadəyə qadağa qoyulub. xarici mediaya istinadən xəbər verir ki, Prezident Antoniu Joze Sequro parlamentin iyul ayında qəbul etdiyi qanunu imzalayıb. Yerli mediada bu sənəd "niqab haqqında qanun" kimi təqdim olunur. Yeni qaydalar

22.08.2026 138
.

Yaşa görə pensiya BU MƏBLƏĞƏ ÇATDI - Ödənişlər 10% artdı

Bu ilin 7 ayında pensiya ödənişlərinə 4 milyard 568 milyon manat vəsait yönəldilib. "Yeni Sabah" xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Bildirilib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz və ya 426 milyon manat çoxdur. Dördpendirl

00:57 56
.

Rusiya-Ukrayna müharibəsində YENİ DÖNƏM? - Putin sülh barədə danışdı

"Rusiya Ukrayna ilə sülh barədə dialoqa yalnız cəbhədəki reallıqlar nəzərə alınmaqla hazırdır". xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin jurnalist Pavel Zarubinə müsahibəsində bildirib. Putin Ukraynanın hazırda münaqişənin nizamlanması ilə bağlı irəli sürdüyü təklifləri Moskv

22.08.2026 119
.