Gennadi Nadolenko: "Ukraynaya Cənubi Qafqaz dövlətləri arasında ən böyük yardım göstərən Azərbaycandır"
"2023-cü ildə təkcə Ukrayna diplomatiyası üçün deyil, həmçinin bütün beynəlxalq ictimaiyyət üçün görüləcək çox işlər var. Rusiya Federasiyasının Ukraynaya qarşı heç bir səbəb olmadan yürütdüyü işğal siyasəti və faktiki olaraq Ukrayna xalqına qarşı apardığı soyqırımı ikinci plana keçə bilməz. Bu savaş onu göstərdi ki, bu, qlobal iqtisadiyyata və dünyanın müxtəlif yerlərində yaşayan insanların həyatına böyük təsir göstərən müharibədir. Buna görə də mən müttəfiqlərimizə və tərəfdaşlarımıza göstərdikləri köməyə görə təşəkkür etmək istəyirəm və 2023-cü ildə bu yardımın yalnız artacağını gözləyirəm".
Bu sözləri tanınmış ukraynalı diplomat, Ukrayna Xarici İşlər Nazirliyi yanında Gennadi Udovenko adına Diplomatik Akademiyanın direktoru Gennadi Nadolenko Oxu.Az-a 2022-ci ilin yekunlarını şərh edərkən deyib.
Diplomat vurğulayıb ki, Ukraynaya göstərilən hərbi, maliyyə, humanitar və sair yardımlar, əslində, həmin ölkələrin öz təhlükəsizliyinə və bütün dünyanın təhlükəsizliyinə yatırılan sərmayədir:
"Axı biz indi özünü dünyanın bütün ölkələrindən artıq hesab edən, beynəlxalq hüququ pozan, dünyanı öz yalanlarına, təbliğatına inandırmaq istəyən bir ölkəyə qarşı bir yerdəyik. Ona görə də gözləyirəm ki, yeni ildə müttəfiqlərimiz silahlı qüvvələrimiz kimi daha qətiyyətli və fəal olacaqlar. Ukraynanı dəstəklədiyi üçün Azərbaycana da ayrıca təşəkkür etmək istəyirəm. Humanitar dəstəyə görə ölkə rəhbərliyinə və bütün vətəndaşlara təşəkkür edirəm. İndi siz Ukraynaya Cənubi Qafqaz dövlətləri arasında ən böyük yardımı göstərən ölkəsiniz. Xüsusən indi, mülki infrastrukturumuzun Rusiyanın növbəti raket hücumlarına məruz qaldığı bir vaxtda, bizim üçün son dərəcə vacib olan tibbi və enerji avadanlıqları yardımlarınıza görə sizə minnətdarıq. Azərbaycanın Ukraynaya yardımının daha da artacağını gözləyirəm".
Gennadi Nadolenko əlavə edib ki, Azərbaycan öz haqq işi uğrunda mübarizənin nə qədər əhəmiyyətli olduğunu digərlərindən daha çox dərk edən ölkədir:
"Siz həmçinin çox yaxşı başa düşürsünüz ki, ərazi bütövlüyü, beynəlxalq sərhədlər toxunulmazdır, imperiyaların vaxtı çoxdan bitib. Bununla yanaşı Ukraynada Rusiya işğalçı qüvvələrinə qarşı Beynəlxalq Legionun tərkibində döyüşərkən həlak olmuş 9 azərbaycanlının ailələrinə dərin minnətdarlığımı bildirmək istəyirəm. Çox sağ olun, biz bunu heç vaxt unutmayacağıq. Sonda hamımıza sülh və firavanlıq arzulamaq istəyirəm".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 677 Tarix: 31 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşASAN Xidmət bu tarixlərdə işləməyəcək
ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı
07.11.2026 222 Simonyan: "70 il bizə türklərlə bağlı yalan aşılayıblar"
"Ermənistan uşaqlarına qisas deyil, sülhün miras qalmasını təmin etmək və müharibənin qarşısını almaq ölkə təhlükəsizliyinin ən vacib zəmanətlərindən biridir". erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Üçüncü Qlobal Erməni Sammit
07.11.2026 190 Mənzillərdəki kompüter, notbuk, planşetlər qeydiyyata alınacaq
Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. BİG.AZ -a istinadla xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internet
00:29 260 Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
Azərbaycanda uşağın doğulmasına görə birdəfəlik müavinətin gələn ildən 600 manatdan 1500 manata qaldırılması təklif edilir. Bu barədə məlumat 2027-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb. Müavinətin 900 manat qaldırılması demoqrafik vəziyyətə və ailələrin sosial rifahına nə dərəcədə təsir ed
00:27 280 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto
Noyabrın 6-da Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin təşəbbüsü və Sevilya Şəhər Şurasının dəstəyi ilə İspaniyanın Sevilya şəhərində möhtəşəm aksiya keçirilib. xəbər verir ki, Azərbaycan xalqı üçün ən əziz və qürurverici tarixlərdən biri olan 8 Noyabr - Zəfər Gününə həsr olunmu
07.11.2026 201 Topçu qardaşların döyüş hekayəsi: "Sağ olduğunu bilmirdim, birdən qarşıma çıxdı" - Video
44 günlük Vətən müharibəsində adlarını Zəfər tarixinə qızıl hərflərlə yazdıran qəhrəmanlarımızdan ikisi də Xocalıdan olan topçu qardaşlar - Şəhriyar və Cavad Quliyevlərdir. Onlar Birinci Qarabağ müharibəsinin iştirakçısı olan atalarının yolunu davam etdirərək Vətən müharibəsinə qatılıblar. xəbər veri
07.11.2026 210 Almaniya Ukraynaya "Patriot" göndərməyəcək
Almaniya öz müdafiəsində kritik boşluqların yaranması riski səbəbindən artıq Ukraynaya "Patriot" zenit-raket kompleksləri tədarük etmək imkanına malik deyil. xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Boris Pistorius "Funke" media qrupuna müsahibəsində bildirib. "Xüsusil
07.11.2026 221 Şuşanın işğaldan azad olunmasından altı il ötür - Video
Bu gün Şuşanın işğaldan azad olunmasından altı il ötür. Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub. Beləliklə, erməni işğalçılarından təmizlənən şəhəri
00:07 219 Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!
Noyabrın 8-i tarixi qələbəmizin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. Prezident İlham Əliyev 2020-ci il dekabrın 2-də "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, 2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş Vətə
00:10 279