Avtobuslar Bakı qarına hazırdır? - RƏSMİ

Avtobuslar Bakı qarına hazırdır? - RƏSMİ"Müntəzəm sərnişindaşıma xidməti göstərən hüquqi və fiziki şəxslərin istismarında olan avtobuslarda payız-qış mövsümünə keçidlə bağlı müvafiq hazırlıq işlərinin görülməsi həmin şəxslər tərəfindən həyata keçirilir. Buna baxmayaraq, Bakı Şəhər İcra Hakimiyyəti başçısının "Dövlət müəssisələri, idarə və təşkilatlar tərəfindən 2022-2023-cü illəri əhatə edən payız-qış mövsümünə hazırlıq işlərinin təşkil və təmin edilməsi" haqqında Sərəncamına uyğun olaraq Bakı Nəqliyyat Agentliyi tərəfindən hüquqi və fiziki şəxslərə Payız-qış mövsümünə keçidlə əlaqədar marşrutlar üzrə hərəkət edən avtobuslarda və avtoparklarda zəruri tədbirlərin görülməsi ilə bağlı xəbərdarlıq məktubu göndərilib".

Bu sözləri BAKU.WS-ə BNA-nın sərnişindaşıma fəaliyyətinin tənzimlənməsi şöbəsinin müdiri Vüqar Məmmədzadə bildirib.

Onun sözlərinə görə, xəbərdarlıq məktubunda sərnişinlərə göstərilən xidmət keyfiyyətinin yüksəldilməsi, eyni zamanda sərnişindaşımada təhlükəsizliyin və fasiləsizliyin təmin edilməsi üçün aşağıda sadalanan profilaktik tədbirlər həyata keçirilməsi göstərilib:

- İş planının qurulması (müəssisəsinin işçi heyətinin soyuq hava şəraitində işin vaxtında təşkil olunmasına istiqamətlənir);

- Sürücülərin və texniki xidmət personalının qış mövsümündə avtomobillərin istismarına dair təlimatlandırılması;

- Avtoparklarda mövsümi dəyişikliklərlə əlaqədar müvafiq hazırlıqların görülməsi;

- Avtobuslara mövsümi texniki xidmətin göstərilməsi və dövrü texniki xidmət vaxtının təyin edilməsi;

- Avtonəqliyyat vasitələrinin müvafiq maddi-texniki baza ilə təmin olunması;

- Şinlərin mövsümə uyğun təchiz olunması (protektor naxışlarının qalmış hündürlüyü 2 mm-dən az olmamalıdır);

- Akkumulyator batareyalarında (AKB) nəzarət – məşqlərin keçirilməsi;

- Təkər zəncirlərinin hazırlanması;

- Alın şüşəsinin silgəclərinin yenilənməsi;

- Avtomobillərin istilik və daxili qızdırıcı sistemləri, dərman qutuları, odsöndürən balonları, yol alət dəstləri və dartqı avadanlıqları ilə təmin edilməsi;

- Avtonəqliyyat vasitələrində pəncərələrin, havalandırma yerlərinin (lyukların) və qapıların çərçivə ilə birləşən plastik araqatı (rezin) hissələrin davamlılığının təmin edilməsi;

- Avtobuslarda daxili temperaturun normal istilik dərəcəsindən aşağı olmaması;

- Maye səviyyəsinin (şüşə yuyucu, soyutma, əyləc və hidravlik sükan mayeləri) nəqliyyat vasitəsinin təlimatına uyğun dəyişdirilməsi;

- Payız-qış mövsümünə keçid ilə əlaqədar əyləclərin yoxlanılması (yolların qar və buzdan sürüşkən olma potensialına sahib olduğu üçün soyuq hava əyləc problemini artırır).

Eyni zamanda sürücülərə mütəmadi olaraq sürüşmə ehtimalı olan yollarda, buzlu döngələrdə, körpü və yol ötürücülərində daha diqqətli olmaları, hərəkət sürətinə nəzarət etmələri, baş verə biləcək yol-nəqliyyat hadisələri ilə bağlı risklərin daha çox olmasını nəzərə alaraq, bu istiqamətdə tədbirlər görülməsinin, həmçinin maarifləndirmə işləri aparılmasının zəruriliyi vurğulanıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1308   Tarix: 05 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz"

"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir". BİG.A

07.11.2026 175
.

PENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı

"2027-ci ildə isə ortaaylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır". "AzPolitika" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev Parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bugünk

00:31 97
.

İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto

Noyabrın 6-da Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin təşəbbüsü və Sevilya Şəhər Şurasının dəstəyi ilə İspaniyanın Sevilya şəhərində möhtəşəm aksiya keçirilib. xəbər verir ki, Azərbaycan xalqı üçün ən əziz və qürurverici tarixlərdən biri olan 8 Noyabr - Zəfər Gününə həsr olunmu

07.11.2026 171
.

Bu ailələrə hər ay 650 manatadək pul veriləcək - Nazirlik məlumat yaydı

Azərbaycanda indiyədək 91 uşaq (51-i qız, 40-ı isə oğlan) himayədar ailələrə verilib. "Yeni Sabah" xəbər verir ki, uşaqların himayədar ailələrə verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə himayədar şəxslər arasında müvafiq müqavilələr imzalanıb. Bu qayğı modeli valideynlərin

00:17 98
.

Özbəkistanın axtarışa verdiyi "narkobaron" Türkiyədə tutulub

Özbəkistan hüquq mühafizə orqanları tərəfindən qırmızı bülletenlə axtarışa verilmiş "narkobaron" Odil Fəxrəddinoviç Xudayberdiyev Türkiyənin Mersin şəhərində tutulub. "Report" xəbər verir ki, məlumatı Türkiyənin NTV kanalı yayıb. Bildirilib ki, o, Mersində kənd təsərrüfatı sahələrind

07.11.2026 141
.

ABŞ-nin BƏƏ-dəki səfirliyi Yaxın Şərqdəki amerikalıları yüksək sayıqlığa çağırıb

ABŞ-nin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyi artan silahlı hücum təhlükəsi səbəbindən Yaxın Şərqdəki ABŞ vətəndaşlarını yüksək sayıqlıq nümayiş etdirməyə çağırıb. "Report" xəbər verir ki, bu barədə diplomatik missiyanın rəsmi bəyanatında bildiirlib. Səfirlik təhlükəni Yəmən husilərini

07.11.2026 175
.

Şuşanın işğaldan azad olunmasından altı il ötür - Video

Bu gün Şuşanın işğaldan azad olunmasından altı il ötür. Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub. Beləliklə, erməni işğalçılarından təmizlənən şəhəri

00:07 100
.

Qızıl almaq istəyənlərin nəzərinə

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub

07.11.2026 181
.

Kaliforniyada havada toqquşmadan sonra iki paraşütçü həlak olub

ABŞ-nin Kaliforniya ştatının Leyk-Elsinor şəhərində iki qadın paraşütçü havada toqquşduqdan sonra həlak olublar. "Report" NBC-yə istinadən xəbər verir ki, hadisə noyabrın 6-da yerli vaxtla saat 11:45 radələrində "Skydive Elsinore" mərkəzinin üzərində baş verib. Mərkəzin məlumatın

07.11.2026 168
.