Məktəbdə "çirkin" dedilər, üzünə tüpürdülər, bədənini yandırdılar - Böyüyüb İngiltərə gözəli oldu - FOTOLAR
Bir qrup uşağın başqa bir uşağa qarşı bilərəkdən dəfələrlə nümayiş etdirdiyi qərəzli və aqressiv davranışı bildirən bullinq (ing. "bullying") yalnız bizim ölkədə deyil, bütün dünyada yayılan, bəzən hətta məktəblilərin intiharına səbəb olan bəladır. Bəzən uşaqlar böyüklərdən də qəddar olurlar. Lakin danışacağımız hadisə dünyada ədalətin varlığını sübut edir.
BiG.AZ "Daily Mail"ə istinadən xəbər verir ki, məktəb vaxtı saç rəngiylə seçilən, eynək və breket taxan Cessika Geygen daim yaşıdları tərəfindən təhqirlərə məruz qalıb.
Sinif yoldaşları ona eybəcər olduğunu deyib, lağa qoyublar. Bununla yetinməyən uşaqlar onu vəhşicəsinə yumruqlayıb, üzünə tüpürüb, hətta bir neçə dəfə bədənində yanıq izi qoyublar.
Zavallı uşaq hətta naharını da hər kəsdən gizlənərək, ayaqyolunda etməli olub.
Lakin bütün bunlar Cessikanı yıxa bilməyib, əksinə, daha güclü edib və artıq böyüyən qız gözəlliyi ilə hər kəsi susdura bilib.
Düşmənlərinin acığına özünə inamı itirməyən Geygen əzab dolu illərdən sonra 18 yaşında, hələ tələbə olarkən model kimi çalışmağa və gözəllik müsabiqələrində iştirak etməyə başlayıb.
Nəhayət, ötən il, 26 yaşlı gözəl "Miss İngiltərə - 2022" tituluna layiq görülüb.
Maraqlıdır ki, yarışmanın 94 illik tarixində ilk dəfədir ki, qalib olan şəxs qarasaç, şaten, yaxud sarışın yox, məhz kürən qız olub.
Cessika etiraf edir ki, bu tac onun üçün böyük əhəmiyyət daşıyır. Geygen onun kimi təhqirlərə məruz qalan uşaqlara səslənərək deyir:
"Mən bunları yaşamışam və geridə qoymuşam. Siz də bütün ağrıları daha güclü olmaq üçün vasitə edə bilərsiniz. Bunu özünüzün supergücnüzə çevirin!"












Natəvan Baxşiyeva
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 3103 Tarix: 06 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYumurta qızartmaq üçün kərə yağını unudun - Aşpazlardan fərqli üsul
Adi qayğanağın dadını dəyişmək üçün mürəkkəb reseptlərə ehtiyac yoxdur. Cəmi bir neçə damcı küncüt yağı yumurtaya xüsusi aroma verə, kənarlarının xırtıldayan, sarısının isə yumşaq qalmasına kömək edə bilər. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə "Startlap" nəşri yazıb. Yumurt
00:33 71 "WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
"WhatsApp" istifadəçiləri şəxsi profillərinə üz qabığı fotosu əlavə edə biləcəklər. xarici mediaya istinadən xəbər verir ki, yeni funksiya əvvəlcə "Android"in beta versiyasında sınaqdan keçirilib, indi isə "iOS" istifadəçiləri üçün də əlçatan olmağa başlayıb. Yenilik sayəsind
00:15 101 İlon Mask və "Binance" qurucusu arasında gərginlik: Bir milyard dollarlıq xatırlatma
"Binance" kriptobirjasının qurucusu Çanpen Çjao amerikalı iş adamı və milyarder İlon Maskın "X" sosial şəbəkəsindəki reaksiyasından sonra 1 milyard dollardan çox dəyəri olan "SpaceX" səhmlərini satmaq ehtimalına eyham vurub. bu barədə RBC-ya istinadən xəbər verir. Məlumat
01.11.2026 526 Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir
Qış aylarında tez-tez geyinilən yun, trikotaj və kaşmir geyimlərdə sürtünmə nəticəsində yaranan tüklənmə (tiftiklənmə) geyimlərin köhnə görünməsinə səbəb olur. Xüsusi tiftik təmizləyən aparatlar olmadan, adi ülgüclə geyimləri zədələmədən ilk günkü görünüşünə qaytarmaq mümkündür. xəbər verir ki, yunu
31.10.2026 448 Dünyanın ən kiçik avtomobili hərracda satılacaq
"Ginnesin Rekordlar Kitabı"na dünyanın ən kiçik kütləvi istehsal olunan avtomobili kimi düşən "Peel P50" hərraca çıxarılır. "Qafqazinfo" xəbər verir ki, Böyük Britaniyanın Uorvikşir şəhərindəki "Iconic Auctioneers" hərrac evi tərəfindən satılacaq 1964-cü il istehsal
06.11.2026 409 Qışda bu 5 əşyanı maşına qoymadan yola çıxmayın
Avtomobil mütəxəssisləri havaların soyuması və şaxtalı günlərin yaxınlaşması ilə əlaqədar təhlükəsiz sürüşü təmin etmək, qəza və yolda qalma risklərini minimuma endirmək üçün vacib tövsiyələr paylaşıblar. həmin 5 tövsiyəni təqdim edir:. Akkumulyator və elektrik sistemi. Şaxtalı hava akkumulyatorun yükün
31.10.2026 470 Şabalıd soyarkən çətinliyə son: Küçə satıcılarının gizli fəndı
Qış aylarının vazkeçilməz ləzzəti olan şabalıdı sobada və ya tavada bişirərkən qabığının ətinə yapışması və soyularkən parçalanması çətinlik yaradır. xəbər verir ki, şabalıdların lokum kimi yumşaq bişməsini və qabığının tək bir toxunuşla soyulmasını təmin edən əsas formul qənd imiş. Kəsilmiş şabalıdlar
07.11.2026 129 Bu çətin kibrit çöpü tapmacasını yalnız dahilər 10 saniyədə həll edə bilər
Səhv riyazi tənliyi yalnız bir hərəkətlə düzəltməlisiniz, ancaq bunun üçün 10 saniyəniz var. 21 kibrit çöpündən ibarət tapmaca internetdə viral hala gəlib. Bu tapmaca, yalnız bir kibrit çöpünü hərəkət etdirərək səhv tənliyi düzəltməyinizi tələb edir. Hər kəs ilk cəhddə düzgün həlli tapmağı bacarmır
01.11.2026 681 "ChatGPT"nin dərmanlarla bağlı tövsiyəsi daha bir nəfərin həyatına son qoydu
ABŞ-nin Vaşinqton ştatında yaşayan 31 yaşlı Bouen Vanın ailəsi "ChatGPT"nin verdiyi tibbi məsləhətlərin onun ölümünə səbəb olduğu iddiası ilə "OpenAI" şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, iddialara görə, epilepsiyadan əziyyət çəkən Van işini itirdikdən sonra yen
01.11.2026 657