Gələcəyimizin TƏHLÜKƏ MƏNBƏYİ - Yoxsulluq içində böyüyən uşaqlar necə təlim almalıdır?
"Bu gün maddi imkanı olan ailələrin uşaqları asudə vaxtlarını müxtəlif kurslarda, dərnəklərdə, yaradıcılıq evlərində dəyərləndirə bilsələr də, aztəminatlı ailələrin övladları bir çox hallarda bu imkanlardan məhrumdurlar".
Bunu Bizim.Media-nın həmsöhbəti sosioloq Lalə Mehralı deyib. O, qeyd edib ki, ödənizşsiz fəaliyyət göstərən yerlər olsa da, onlar bütün ailələr üçün əlçatan deyil:
"Əvvəllər texniki yaradıcılıq mərkəzləri var idi və onlar dövlətin hesabına fəaliyyət göstərirdilər. Həmin yerlərin bazası əsasında indi bəzi rayonlarda fəaliyyət göstərən gənclərin yaradıcılıq evləri istifadəyə verildi. İndi də çox az sayda ödənişsiz fəaliyyət göstərən mərkəzlər var, lakin baza olsa da, sayları azdır və artırılması üçün dövlət tərəfindən imkanlar yaradılmalıdır. Onlar çox az yerlərdə fəaliyyət göstərirlər və bütün valideynlər üçün əlçatan deyil. Bakının bəzi rayonlarında, ümumiyyətlə, bu cür fəaliyyət imkanları olan evlər, mərkəzlər yoxdur".
Sosioloq minimum əməkhaqqı ilə dolanmağa məcbur olan ailələr üçün uşağını ödənişli məşğuliyyət evlərinə, mərkəzlərə göndərməyin çətinlik yaratdığını deyib:
"Əksər valideyn məcbur olduğu halda uşağını ən yaxşı halda hansısa dil kursuna və ya zəif olduğu fəndən hazırlığa göndərə bilir. Bir uşaq üçün minimum hazırlıq 50 manatdır və bu, ikiuşaqlı ailə üçün ayda 100 manat xərc deməkdir. Bu, aztəminatlı ailə üçün çətinlik yaradır".
Lalə Mehralı onu da vurğulayıb ki, bu cür imkanların yaradılması həm də uşaqların sağlamlığı üçün atılmış vacib addım ola bilər:
"Uşaqlar üçün dövlət hesabına kursların sayını artırmaq lazımdır. Bu halda uşaqların sağlamlığı üçün də vacib addım atmış olarıq. Bilirik ki, ağıllı cihazlardan çox istifadə uşaqlarımız üçün yaxşı nəticə verməyəcək. Bu, onların həm sağlamlığına mənfi təsir edir, həm də dərslərdən geri salır. Hər birimiz uşaqların telefondan istifadəsini minimuma endirməyə çalışsaq da vaxtını evdə keçirdiyi halda buna müəyyən qədər gözyummaq məcburiyyətində qalırıq".
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 891 Tarix: 07 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQışda bu 5 əşyanı maşına qoymadan yola çıxmayın
Avtomobil mütəxəssisləri havaların soyuması və şaxtalı günlərin yaxınlaşması ilə əlaqədar təhlükəsiz sürüşü təmin etmək, qəza və yolda qalma risklərini minimuma endirmək üçün vacib tövsiyələr paylaşıblar. həmin 5 tövsiyəni təqdim edir:. Akkumulyator və elektrik sistemi. Şaxtalı hava akkumulyatorun yükün
31.10.2026 470 2027-ci il nə ilidir? - Şərq təqvimi AÇIQLANDI
2027-ci il Şərq təqviminə görə "Alovlu Keçi ili" hesab olunur. xəbər verir ki, Keçi ili 6 fevral 2027-ci ildən başlayacaq və 25 yanvar 2028-ci ilə qədər davam edəcək. Keçi ilinin xüsusiyyətləri bunlardır: mehribanlıq, sülhsevərlik, yaradıcılıq, həssaslıq, səbirli olmaq və daxili güc. Qeyd edə
01.11.2026 548 Velosipedi yenidən kəşf etmək də olurmuş... - Fotolar
Nigeriyanın Kebbi əyalətində yaşayan 19 yaşlı Bello Məhəmməd müstəqil şəkildə dizayn edib hazırladığı fövqəladə nəqliyyat vasitəsi ilə dünya rekorduna imza atıb. "Qafqazinfo" xəbər verir ki, peşəkar kömək almadan 2.9 metr hündürlüyündə velosiped quraşdıran gənc "Ginnesin Rekordlar Kitabı"n
06.11.2026 299 Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir
Qış aylarında tez-tez geyinilən yun, trikotaj və kaşmir geyimlərdə sürtünmə nəticəsində yaranan tüklənmə (tiftiklənmə) geyimlərin köhnə görünməsinə səbəb olur. Xüsusi tiftik təmizləyən aparatlar olmadan, adi ülgüclə geyimləri zədələmədən ilk günkü görünüşünə qaytarmaq mümkündür. xəbər verir ki, yunu
31.10.2026 448 Xalçadakı pis qoxudan qurtulmaq üçün üzərinə səpin - 30 dəqiqə gözləyin
Xalçalara hopan arzuolunmaz qoxuları kənarlaşdırmaq üçün bahalı təmizlik vasitələrinə ehtiyac yoxdur. Mətbəxdə olan sadə bir ərzaq - çay sodası xüsusilə yemek və ev heyvanlarından yaranan yüngül qoxuları azalda bilir. xəbər verir ki, tətbiqdən əvvəl xalça səthinin tamamilə quru olduğuna əmin olun. Sod
01.11.2026 453 Turlar.az - Turizm elanları saytı
saytında bir-birindən maraqlı və sərfəli elanlar sizi gözləyir!. İstirahət etmək üçün yeni məkan axtarırsınız? Tez-tez getdiyiniz yerlər daha sizə darıxdırıcı gəlir? Gedəcəyiniz yeni məkanı müəyyənləşdirməkdə çətinlik çəkirsiniz? O zaman vaxt itirmədən pulsuz turizm elanları saytına daxil olun. Bu fürsə
03.11.2026 636 Ədviyyatlardan dünyanın ən böyük rəsmini hazırladı
Hindistanlı rəssam Amar Kale ədviyyatlardan istifadə edərək dünyanın ən böyük rəsmini yaradıb. Axşam.az xəbər verir ki, bu barədə "Ginnesin Rekordlar Kitabı" məlumat yayıb. Əsərin sahəsi 175,82 kvadratmetr təşkil edir. Rəsm yanvar ayında Hindistanın Dharvad şəhərində hazırlanıb. Amar Kale əsəri
31.10.2026 382 Kişilər və qadınlar üçün ən təhlükəli yaş dövrləri
Alimlər kişilərin və qadınların hansı yaş dövrlərində ciddi xəstəliklərə daha çox həssas ola biləcəyini araşdırıblar. Bildirilir ki, ürək-damar xəstəliklərinin yaranma riski yaşla birlikdə artır və bu proses kişilərlə qadınlarda fərqli xüsusiyyətlər göstərə bilər. xarici mediaya istinadla xəbər veri
01.11.2026 710 Telefon işığı beynimizi aldadırmış - Yuxusuz gecələrin səbəbi...
Smartfon və digər rəqəmsal cihazlardan yayılan mavi işıq insan sağlamlığına və yuxu rejiminə ciddi zərər vurur. "Qafqazinfo"nun xəbərinə görə, Harvard Tibb Məktəbinin tədqiqatçıları müəyyən ediblər ki, mobil telefon ekranlarının şüalanması yuxuya getməyi təmin edən melatonin hormonunun ifrazın
04.11.2026 464