Qızıllarını tualetdə gizlətdi, hər gün döyüldü, evində ölü tapıldı - Ölümünü əvvəldən bilən Əməkdar artistimiz...
BiG.AZ Kulis.az-a istinadən aktyor, Əməkdar artist Elçin Həmidov 10 maraqlı faktı təqdim edir.
1. Uşaqlığı çox ağır keçib. Əvvəlcə atasını, sonra anasını itirib. Əmisi Elçini və bacı-qardaşlarını himayəsinə götürüb.
2. Əmisinin evində Elçini daha ağır günlər gözləyirmiş. Az yemək verir, çoxlu işlədirlərmiş. Eyni zamanda onu səbəbli-səbəbsiz hər gün döyürlərmiş. Hətta bir dəfə əmisi Elçini döyəndə elə hala düşür ki, məcbur qalıb təcili yardım çağırırlar. Qohumlar Elçini hədələyiblər: onu kimin döydüyünü heç kimə deməsin! Elçin Həmidov öz müsahibələrinin birində həmin günləri xatırlayıb deyir ki, aclıqdan taqəti qalmırmış, yemək az yediyi üçün vitaminsizlikdən kirpikləri tökülürmüş.
3. Ata-anasının ölümündən sonra hələ tam özünə gələ bilməyən Elçin yeniyetməlik yaşında əvvəlcə bir qardaşını, daha sonra bacısını və bir qardaşını da itirib.
4. O, kuryer, daha sonra isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında işıqçı, fəhlə işlərində çalışıb.
5. Hacıbaba Bağırovla yaxın dost olub. Hacıbaba ondakı istedada arxayın olaraq, öz rollarını belə ifa etmək üçün Elçinə həvalə edib. Bu təklifi eşidən aktyor elə bilib ki, Hacıbaba Bağırov onunla zarafat edir. Hacıbaba Bağırov dünyasını dəyişəndə onun qızı hələ balaca olur. Elçin Həmidov gecələr Hacıbaba Bağırovun evinə zəng vuraraq onun azyaşlı qızına telefonla nağıllar danışarmış.
Ətraflı
6. Əsl bariton və soprano səsə malik olub. Tamaşalardakı çox musiqiləri özü ifa edib. Bir müddət sonra Elçin"Bakılı oğlanlar" komandasındakı parodiyaları ilə yaddaşlarda qalıb. O, Flora Kərimovanı, İlhamə Quliyevanı, Gülşən Qurbanovanı yüksək səviyyədə parodiya etməyi bacarırdı.
7. Şəkər və təzyiqdən əziyyət çəkir, məşqlərdə rolun sözlərini unudub aktyor heyətindən, rejissordan üzr istəyirmiş.
8. Elçin Həmidov heç vaxt ailə qurmayıb. Buna səbəb isə onun ölüm qorxusu olub. Həmişə deyirmiş ki, ciddi bir qadınla ailə qurmaq istəyirəm, amma qorxuram. Ölüb gedəcəm, o qadın yazıq tənha qalacaq. O, hamıya deyirmiş ki, qızıllarını tualetdəki sifonun içində gizlədir. Teatrda olan zaman tez-tez halı pisləşir, özündən gedirmiş, teatrdakı bütün aktyorlar başına yığılırmış. Aktyorun səhnədəki son rolu da Qoqolun "Evlənmə" tamaşasından olub.
9. Həmişə dostlarına deyirmiş ki, mən əlli yaşımı keçməyəcəm.
"Bizimkilər hamısı əlli yaşına qədər ölüb. Əlli yaşı keçsəm də, az sonra mənim ölümüm bağlı qapı arxasında olacaq və bundan sizin heç birinizin xəbəri olmayacaq. Gəlib qapımı döyəcəksiniz, açmayacam. Sındırıb içəri girəndə görəcəksiniz ki, ölüb ortalıqda qalmışam".
10. Elçin Həmidovun dediyi kimi də olur. Ölümündən iki gün əvvəl dostları ilə telefonla danışır, onlara evdə tək qalmaqdan qorxduğunu, ürpəndiyini deyir. Martın beşində isə tamaşaya gəlmir. Təşviş keçirən adamlar onun evinə yollanırlar. Aktyor qapı və telefon zənglərinə cavab vermir. Qapını sındırmağa məcbur olurlar. Aktyoru evində ölü vəziyyət tapırlar. Məlum olur ki, irsi ürək xəstəliyindən əziyyət çəkən aktyor duş qəbul edəndə halı pisləşib, hamamdan çıxıb divardan tuta-tuta otağa keçmək istəyəndə əli boşluqda qalıb və yerə yıxılıb.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1609 Tarix: 07 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQışda bu 5 əşyanı maşına qoymadan yola çıxmayın
Avtomobil mütəxəssisləri havaların soyuması və şaxtalı günlərin yaxınlaşması ilə əlaqədar təhlükəsiz sürüşü təmin etmək, qəza və yolda qalma risklərini minimuma endirmək üçün vacib tövsiyələr paylaşıblar. həmin 5 tövsiyəni təqdim edir:. Akkumulyator və elektrik sistemi. Şaxtalı hava akkumulyatorun yükün
31.10.2026 470 2027-ci il nə ilidir? - Şərq təqvimi AÇIQLANDI
2027-ci il Şərq təqviminə görə "Alovlu Keçi ili" hesab olunur. xəbər verir ki, Keçi ili 6 fevral 2027-ci ildən başlayacaq və 25 yanvar 2028-ci ilə qədər davam edəcək. Keçi ilinin xüsusiyyətləri bunlardır: mehribanlıq, sülhsevərlik, yaradıcılıq, həssaslıq, səbirli olmaq və daxili güc. Qeyd edə
01.11.2026 548 Velosipedi yenidən kəşf etmək də olurmuş... - Fotolar
Nigeriyanın Kebbi əyalətində yaşayan 19 yaşlı Bello Məhəmməd müstəqil şəkildə dizayn edib hazırladığı fövqəladə nəqliyyat vasitəsi ilə dünya rekorduna imza atıb. "Qafqazinfo" xəbər verir ki, peşəkar kömək almadan 2.9 metr hündürlüyündə velosiped quraşdıran gənc "Ginnesin Rekordlar Kitabı"n
06.11.2026 299 Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir
Qış aylarında tez-tez geyinilən yun, trikotaj və kaşmir geyimlərdə sürtünmə nəticəsində yaranan tüklənmə (tiftiklənmə) geyimlərin köhnə görünməsinə səbəb olur. Xüsusi tiftik təmizləyən aparatlar olmadan, adi ülgüclə geyimləri zədələmədən ilk günkü görünüşünə qaytarmaq mümkündür. xəbər verir ki, yunu
31.10.2026 448 Xalçadakı pis qoxudan qurtulmaq üçün üzərinə səpin - 30 dəqiqə gözləyin
Xalçalara hopan arzuolunmaz qoxuları kənarlaşdırmaq üçün bahalı təmizlik vasitələrinə ehtiyac yoxdur. Mətbəxdə olan sadə bir ərzaq - çay sodası xüsusilə yemek və ev heyvanlarından yaranan yüngül qoxuları azalda bilir. xəbər verir ki, tətbiqdən əvvəl xalça səthinin tamamilə quru olduğuna əmin olun. Sod
01.11.2026 453 Turlar.az - Turizm elanları saytı
saytında bir-birindən maraqlı və sərfəli elanlar sizi gözləyir!. İstirahət etmək üçün yeni məkan axtarırsınız? Tez-tez getdiyiniz yerlər daha sizə darıxdırıcı gəlir? Gedəcəyiniz yeni məkanı müəyyənləşdirməkdə çətinlik çəkirsiniz? O zaman vaxt itirmədən pulsuz turizm elanları saytına daxil olun. Bu fürsə
03.11.2026 636 Ədviyyatlardan dünyanın ən böyük rəsmini hazırladı
Hindistanlı rəssam Amar Kale ədviyyatlardan istifadə edərək dünyanın ən böyük rəsmini yaradıb. Axşam.az xəbər verir ki, bu barədə "Ginnesin Rekordlar Kitabı" məlumat yayıb. Əsərin sahəsi 175,82 kvadratmetr təşkil edir. Rəsm yanvar ayında Hindistanın Dharvad şəhərində hazırlanıb. Amar Kale əsəri
31.10.2026 382 Kişilər və qadınlar üçün ən təhlükəli yaş dövrləri
Alimlər kişilərin və qadınların hansı yaş dövrlərində ciddi xəstəliklərə daha çox həssas ola biləcəyini araşdırıblar. Bildirilir ki, ürək-damar xəstəliklərinin yaranma riski yaşla birlikdə artır və bu proses kişilərlə qadınlarda fərqli xüsusiyyətlər göstərə bilər. xarici mediaya istinadla xəbər veri
01.11.2026 710 Telefon işığı beynimizi aldadırmış - Yuxusuz gecələrin səbəbi...
Smartfon və digər rəqəmsal cihazlardan yayılan mavi işıq insan sağlamlığına və yuxu rejiminə ciddi zərər vurur. "Qafqazinfo"nun xəbərinə görə, Harvard Tibb Məktəbinin tədqiqatçıları müəyyən ediblər ki, mobil telefon ekranlarının şüalanması yuxuya getməyi təmin edən melatonin hormonunun ifrazın
04.11.2026 464